“Nə qədər ki, gecə - gündüz gəlib gedir, illərin dəyişməsinə təəcüb etməyin”
“İnsanlar bir dəfə peşman olduqları işlərdən nə üçün bir də peşman olsunlar?”
“Həyatı arzu etdiyi kimi keçməyən adam nə üçün özünü diri hesab edir?”
“Sənə pis deyəni onu sənə xəbər gətirəndən daha tez bağışla!”
“Faydasız qulaq asan adamın başı başsağlığı verilən adamınkından daha çox ağrıyar”.
“Ziyan dəyənlər içərisində ən çox ziyan çəkən onu hesab et ki, ziyanını gözü ilə görmüş olsun”.
“Alınıb – satılan qulu öz qarnının qulu olan adamdan daha azad hesab et”.
“Elmi olub ağlı olmayan adama elm əziyyət verər”.
“Həyatdan dərs ala bilməyən adama heç kəs dərs verməməlidir, çünki əməyi hədərə gedər”.
“Nadana hər şeyi qorumaq özünü öz nadanlığından qorumaqdan daha asandır”.
“İstəyirsən xalq səni tərifləsin, sən də xalqı təriflə”.
“İstəyirsən sənin xalqa sərf etdiyin əmək hədərə getməsin, xalqın sənə sərf etdiyi əməyi hədər etmə!”
“Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!”
“Artıq dərəcədə kədərli olmaq istəmirsənsə paxıl olma”.
“İncidilmək istəmirsənsə özünə rəva bilmədiyini başqasına rəva görmə”.
“İstəyirsən ki, asudə yaşayasan, işlərini hadisələrin gedişinə uyğun qur”.
“İstəmirsən ki, sənə divanə desinlər, tapılmayan şeyi axtarma”.
“Həya – abırla yaşayıb dolanmaq istəyirsənsə başqalarını rüsvay etmə”.
“Aldanmaq istəmirsənsə, görülməmiş işi görülmüş hesab etmə”.
“İstəyirsən ki, sirrinin üstü açılmasın, başqalarının sirrini açma”.
“Dalda ələ salınmaq istəmirsənsə, əlin altında işləyənlərlə mülayim dolan”.
“Uzun müddət peşman olmaq istəmirsənsə, nəfsinə tabe olma”.
“Zirək olmaq istəyirsənsə, öz üzünü başqalarının aynasında gör”.
“Qorxusuz yaşamaq istəyirsənsə başqalarına yamanlıq etmə”.
“İstəyirsən sənin qədrini bilsinlər, başqalarının qədrini bil”.
“İstəyirsən sənin dediyinə əməl etsinlər, özün dediyinə əməl et”.
“İstəyirsən xalq səni ağıllı hesab etsin, ağlı olmayan adama sirr vermə”.
“İstəyirsən camaatdan üstün olasan, duz – çörək verən ol”.
Nəsihətlər
Printable View
-
11-30-2009, 05:38 AM_SoMMeT_Nəsihətlər
-
11-30-2009, 12:15 PMzeynalov_Re: Nəsihətlər
tesekkurler, faydali ve duzgun meselehetler ucun.
-
11-30-2009, 12:32 PMXeyallarimRe: Nəsihətlər
“Həyatı arzu etdiyi kimi keçməyən adam nə üçün özünü diri hesab edir?”
tesekkurler ::yerivar::
