ƏN BöYüK CƏZA
--------------------
Ruha verilmiş ən böyük cəza,
Bədəndir.
Düşüncəyə verilmiş ən böyük cəza,
Şairlikdir.
Şairə verilmiş ən böyük cəza,
Biganə oxuculardır.
Millətə verilmiş ən böyük cəza,
Onu alverçi etməkdir.
Ağıla verilmiş ən böyük cəza,
Sevgidir.
Sevgiyə verilmiş ən böyük cəza,
Ehtirasdır.
Təbiətə verilmiş ən böyük cəza,
Insandir.
Insana verilmiş ən böyük cəza,
Məhdud yaddaşdır.
Cəmiyyətə verilmiş ən böyük cəza,
Dövlətdir.
Dövlətə verilmiş ən böyük cəza,
Manqurtlaşan gənclikdir.
Günahkara verilmiş ən böyük cəza,
Vicdandır.
Xarakterə verilmiş ən böyük cəza,
Məsuliyyətdir.
Yoxsula verilmiş ən böyük cəza,
ümiddir.
Varlıya verilmiş ən böyük cəza,
Qorxudur.
Uşağa verilmiş ən böyük qorxu,
Cəzadır.
Cəzaya verilmiş ən böyük cəza,
Onu cəzasız buraxmaqdır.
Ən böyük cəza
Printable View
-
11-05-2009, 07:40 AM_SoMMeT_Ən böyük cəza
-
11-05-2009, 11:34 AMKralica_Re: Ən böyük cəza
Ağıla verilmiş ən böyük cəza,
Sevgidir. -
11-05-2009, 12:16 PM_SoMMeT_Re: Ən böyük cəza
:alqis:
-
11-05-2009, 01:15 PMkombat80Re: Ən böyük cəza
İnsana Verilmiş ən böyük Cəza kim nə deyir desin NƏFSİDİ!
"Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi)." (əl-Əhzab, 72) -
11-05-2009, 02:36 PMdamla1-7Re: Ən böyük cəza
en böyük ceza
Millətə verilmiş ən böyük cəza,
Onu alverçi etməkdir.
bu dehşetdi... -
11-05-2009, 10:59 PMXeyallarimRe: Ən böyük cəza
Cəzaya verilmiş ən böyük cəza,
Onu cəzasız buraxmaqdır.
doqrudan da gunahgari cezalandirmadiqda ve onun Allahin cezalandirdiqini gorende bu fikrin yeri var ::yerivar::
en boyuk mehkeme Allahin qurduqu mehkemedir ,
-
11-06-2009, 03:34 PMAmiqo_100MRe: Ən böyük cəza
hamısı düzdür amma bu daha doğrusudur. təşəkkürlər ::yerivar::
Cəmiyyətə verilmiş ən böyük cəza,
Dövlətdir.
Dövlətə verilmiş ən böyük cəza,
Manqurtlaşan gənclikdir.
