[
Bu, amerikalı müsəlmanların ilk böyük kütləvi cümə namazıdır.
Dünən sentyabr ayının son cümə günü ABŞ prezidentlərinin inaqurasiya mərasimlərinin keçirildiyi Kapitoli təpəsində müsəlmanlar cümə namazı qılıblar.
Cümə mərasiminin təşkilatçıları bu günü “İslam vəhdəti günü” adlandıraraq, İslamın ali mənəvi prinsiplərini nümayiş etdirmək istədiklərini deyiblər.
“Gözəllik və həmrəylik Amerikaya əks etdiriləcək. Adətən amerikalılar bu əraziyə hər hansı bir etirazlarını bildirmək məqsədilə gəlirlər. Ancaq bizim təşkil etdiyimiz tədbir siyasi motivlər daşımır. Bizi bu namazı Kapitolidə qılmağımıza prezident B.Obamanın Misirdə müsəlmanlara müraciəti sövq edib”, – deyə Nyu Cersi şəhərindəki “Dar əl-İslam” məscidinin imamı Həsən Abdullah bildirib.
“Foks-Nyus” telekanalının verdiyi məlumata görə, cümə namazında məşhur misirli Quran qaresi Şeyx Məhəmməd Cəbrayil da iştirak edib.
50 min müsəlman“böyük” cümə namazı qılıb.
Printable View
-
09-26-2009, 11:42 PMLive_Your_Life50 min müsəlman“böyük” cümə namazı qılıb.
-
09-27-2009, 10:30 AMGLAMOURKARe: 50 min müsəlman“böyük” cümə namazı qılıb.
Allah qebul etsin.
