1-İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz.
2-İnsanın bütün mənəviyyatı onun niyyət və əməllərindən irəli gəlir və onlarla ölçülür.
3-İnsanın savadsızlığı onun boşboğazlığı və yersiz sual verməyi ilə aşkara çıxır.
4-Yalan ola bilsin ki,bir problemi həll edə bilər amma özüylə daha yüz problemi gətirər.
5-Əxlaq düşüncəni itiləşdirir,insanlar arasında xoş münasibətləri bərqərar edir,
mədəniyyəti elm və sənətdən yüksəyə qaldırır.
6-Həqiqəti tapmaq istəyirsənsə axtar,həqiqətlə evlənmək istəyirsənsə onu öyrən,
həqiqətə sahib olmaq istəyirsənsə ona inan.
7-Dilənçi olmaq nadan olmaqdan yaxşıdır,belə ki,dilənçi yalnız puldan məhrum olduğu halda,
nadan insan simasından məhrumdur.
8-İnsanların öz işində xoşbəxtlik tapması üçün üç şərt vacibdir:onun bu işə gücü çatmalıdır,
iş yorucu olmamalıdır və ona mütləq uğur gətirməlidir.
9-Ürək üçün yalqızlıq bədən üçün aclıq pəhrizi kimidir:bəzən o,çox faydalıdır,amma uzun sürsə zərər yetirə bilər.
10-Hünər və şəxsi ləyaqəti olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil,bəlkə rəzalət və həqarətdir.
11-Yer üzündə hamı xoşbəxtlik axtarmaqla məşğuldur.Onu tapmağın yalnız bir yolu var.
Bunun üçün siz öz düşmənlərinizi idarə etməyi öyrənməlisiniz.
12-Hər bir zülmkar öz-özünə bəraət qazandırmağa çalışaraq fikirləşir ki,onun törətdiyi cinayətlər heç də bir ziyan gətirmir və bunlar zərurətdən irəli gəlir.
Hikmətli fikirlər...
Printable View
-
09-21-2009, 05:45 PMLive_Your_LifeHikmətli fikirlər...
-
09-22-2009, 09:27 AMLenigmeRe: Hikmətli fikirlər...
::yerivar:: cox sag olun movzuya gore.
-
10-16-2009, 04:57 PMGLAMOURKARe: Hikmətli fikirlər...
4-Yalan ola bilsin ki,bir problemi həll edə bilər amma özüylə daha yüz problemi gətirər. ::yerivar::
