Mənim davam:
Məhkəmə quruldu. Əllərim qandallı, qəlbim möhürlü, gözlərim bağlıydı. Hamı danışlrdı amma bilmirdilər. Məni müdafiə edən vəkil cəsurca sovurarkən kəlimələri, mən gülürdüm, içimə axıdaraq gözyaşlarımı. Əslinə baxsaq, dava mənim davam idi! Mənim ki sadəcə uzaqlara atdığımız, yaşamın başqa üzünü yaşamaq idi! Deyərkən: Mənasız gözləyiş sona çatdı. Hakim qələmini qırıb soruşdu: ” Demək istədiyin son bir şey varmı?” Titrək bir səslə: ”Bu mənim davamdır!” dedim Kimsə bilmir və bilə də bilməz!
Mənim davam:
Həyatın sevdasına basdırılıb qalmaqdır. Ya da basdırıldığım torpaqda sonsuzlaşmaq. Bilinməz bir tuneldə itmək. Ya da bilinməz bir tuneldə tək bilinən olmaq, nəfəs almaq ya da karbondioksidi iliklərimə qadar hiss edib, oksigenin inadına, yenə də dərin-dərin iç və ahh çəkmək! İtmək, axtarılmaq və daldalanmaq, təzadlıqların şahı olub, müftəxorların inadına, yüzlərcə zihniyyətdə biçarə, avara bilinib, bir səyahətci misalı enmək yüzlərcə mədəniyyətə…!
Mənim Davam
Rəngli alma şəkərinə inad dişləmək, budaqdan düşmüş qurtlu almanı. İliklərinə qədər işləmək, dalğaların inadına dənizi doyunca seyr etmək. Bir qağayının qanad çırpışında can tapmaq, qaçmaq, nadir tapılan kiçik yoxuşlarda mahnı oxumaq…
Mənim davam:
Sadəcə və sadəcə insan ola bilmək…!