Məhəmməd Əli Mücahidi müəllifi olduğu “Övliyaların hüzurunda” adlı kitabında belə bir xatirə nəql edir:
Yaxın dostlarımdan olan Kaşani dünya görmüş, təqvalı bir şəxs idi. Həftənin əksər günləri onun evi qonaqla dolu olardı. Evi Allah dostlarının ümid məkanına çevrilmişdi. Nə vaxt evinə getsəydin, süfrəsini açıq görərdin.
Mərhum Kaşani bir dəfə mənə belə bir əhvalat danışdı: Bir nəfər cavan oğlan tez-tez məsləhət üçün yanıma gələr, həyatındakı çətinliklərdən şikayət edərdi. Mən bacardığım köməyi ondan əsirgəmirdim, amma işləri nədənsə düzəlmirdi.
Bir gün məni Həzrət Əlinin (ə) doğum günü münasibəti ilə düzənlənmiş mərasimə də`vət etdilər. Mən həmin cavana dedim ki, bu gecə bərat gecəsidir, gəl sən də mənimlə gedək, görək nə olur.
Olduqca maraqlı bir mərasim düzənlənmişdi. Məddahlar biri digərinin ardınca öz mədhiyyələrini oxuyur, camaat da arada onlara qoşulub səs verir, salavat göndərirdi. Mərasimin başlanmasından bir saat keçmiş Ağa Müctəhidi gəlib çıxdı və mənim yanımda boş yerdə əyləşdi.
Həmin cavan mənim Ağa Müctəhidiyə hədsiz ehtiram göstərdiyimi görüb anladı ki, bu şəxs kimdirsə, kəramətli bir insan olmalıdır. Bu üzdən o, elə hey məndən xahiş edirdi ki, onun məsələsini Ağa Müctəhidiyə söyləyim, bəlkə bir yol göstərdi.
Həmin cavanı ağa Müctəhidi ilə tanış etdim və dedim: Neçə vaxtdır ki, düşdüyü problemlərin həllinə çalışır, amma bir yerə çıxa bilmir. Bu gecə əziz bir gecədir, lütf göstərib ona kömək edə bilsəniz sizdən çox məmnun olardım.
Ağa Müctəhidi nüfuzlu baxışlarını cavanın üzünə zilləyib bir anlığa fikrə getdi. Bir neçə saniyədən sonra ona buyurdu: Siz atanızın razılığını əldə etməlisiniz! Cavan oğlan təəccüblənmiş halda dedi: Atam iki il olar ki, rəhmətə gedib.
–Elə sənin problemlərin də iki il olar başlayıb. Yəqin axırıncı gün atanla aranızda olan söhbəti unutmamısan? Atanın ömrünün son saatlarında qəlbini qırmısan. Atanı həmin böhranlı dəqiqələrdə ürəyi qəhərli halda yalqız qoyub getdin!
Bu sözləri eşidəndə cavanı xəcalət təri basdı. Üzünü mənə tutub dedi: Ağa düz deyir. Gərək onu tək qoymayaydım. Mən onun yeganə oğlu idim. Çox böyük səhv etmişəm! Yaxşı, indi mən neyləyim?
Kaşani nəql edib deyir ki, Ağa Müctəhidi bir neçə dəqiqədən sonra həmin oğlana nə edəcəyini tapşırıb, bizimlə xudafizləşib getdi.
Həmin cavan oğlanın işləri Ağa Müctəhidinin tapşırığına əməl edəndən sonra qaydasına düşür.
Cənab Kaşani cavanın problemlərinin həlli üçün Ağa Müchədinin verdiyi tapşırığın nə olduğunu demədi. Amma dedi ki, cavan həmin görüşdən bir neçə gün sonra atasını yuxuda görür və atası ondan razı qaldığını bildirir.
Atası oğluna deyir: Sən bu əməlinlə bərzəx aləmində mənim yolumun üstündən böyük bir maneəni götürdün.
Allah-təala bizə yalnız Ona ibadət etməyi əmr edəndən sonra ata-anaya yaxşılıq etməyimizi tapşırır. Xüsusən valideynin qocalıq çağlarını xatırladıb deyir ki, əgər onlardan biri və ya hər ikisi qocalığın ahıl çağlarına çatarsa (təbii ki, belə yaşlarda sizin zəhmətiniz də artacaq) məbada onların xətrinə toxunacaq bir söz deyəsiniz. Allah-təala bizə öz danışığımız və davranışımızla onları əziyyətə salmamağımızı tövsiyə edir. Deyir: Valideynlərinizlə hörmətlə davranın.
Bu ayədən belə nəticə çıxardırıq ki, ata-ananın Allah yanında məqamı olduqca yüksək və əziz tutulur. Bu səbəbdəndir ki, bizi Özünə ibadət etməyə də`vət edəndən sonra valideynlərə yaxşılıq etməyə səsləyir. Ata-anaya yaxşılıq etmək heç bir şərtlə yanaşı qeyd olunmur. Valideynə hörmət ümumi bir göstərişdir. Hətta, əgər ata-ana kafir olsalar belə onların hüququna riayət olunmalıdır. Xüsusilə də qocalıq çağlarında onların əlindən tutmaq tapşırılır.
Valideynin üzünə ağ olmaq böyük günahlardan sayılır və bağışlanılmazdır. Çünki, valideynin bizim boynumuzda olan haqqı “həqqünnas” növün-dəndir. Allah-təala həqqünnasın paymal olmasını bağışlamır. Əgər bir kəsin haqqını tapdala-mışıqsa onu bərpa etməli, razılığını əldə etməliyik. O cümlədən ata-ana haqqı ən böyük hüquqlardan biridir. Bu hüquqa riayət edilməli, onun pozulmasına yol verilməməlidir.
Bu məzmunda olan hekayələr onu göstərir ki, bütün günahlar elə bu dünyada insanın yaxasından yapışır. Axirət dünyasına qədəm qoyduqda isə vəziyyət daha ağır olur. Bunun üçün də fürsət varkən bu dünyada günahların yuyulmasına çalışmaq lazımdır ki, hər iki dünya səadətini əldə etmiş olaq.
Məlahət Əsədova "İbrət güzgüsü" səh32
ATANIZDAN HALALLIQ ALIN
Printable View
-
08-30-2009, 08:49 PMmontin490ATANIZDAN HALALLIQ ALIN
-
09-11-2009, 06:36 PMXeyallarimRe: ATANIZDAN HALALLIQ ALIN
cox ibratamiz yazin ucun cox saq ol
-
10-13-2009, 03:46 PMSENLI_DUNYAMRe: ATANIZDAN HALALLIQ ALIN
cox sag olun.elleriniz var olsun bu gozel movzuya gore. heqiqetende ATA VE ANAYA sagliginda qiymet verin
-
10-13-2009, 08:04 PMkombat80Re: ATANIZDAN HALALLIQ ALIN
Allah razi olsun. Coxdandi meneviyyat forumu unudulub !
-
10-13-2009, 08:42 PMAmiqo_100MRe: ATANIZDAN HALALLIQ ALIN
çox sağ ol. bu çövzuda sağlıq olsun ətraflı yazacam...
-
10-17-2009, 04:00 PMpitbullRe: ATANIZDAN HALALLIQ ALIN
Allah razı olsun, həqiqətəndə düzdür ata və ananın qədrini, qiymətini, var olduğunda bilmək, anlamaq lazımdır.
Çox sağol montin brat Allah ürəyinə görə versin əla mövzudur.
Allah bütün ana və atalara can sağlığı uzun ömür versin.
Onları bizim başımızın üstündən əsirgəməsin. -
10-20-2009, 06:52 PMmontin_490Re: ATANIZDAN HALALLIQ ALINSizdə çox sağolun.Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
10-20-2009, 06:53 PMmontin_490Re: ATANIZDAN HALALLIQ ALINSizdə çox sağolun Allah razı olsun.Alıntı:
SENLI_DUNYAM Nickli Üyeden Alıntı
-
10-20-2009, 06:55 PMmontin_490Re: ATANIZDAN HALALLIQ ALINÇox sağol,cümləmizdən Allah razı qalsın, razı olsun.Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
10-20-2009, 06:56 PMmontin_490Re: ATANIZDAN HALALLIQ ALINsizdə çox sağolun,gözləyirik ətraflı yazmanızı,bizdə sevə-sevə oxuyarıq.Alıntı:
Amiqo_100M Nickli Üyeden Alıntı
-
10-20-2009, 06:57 PMmontin_490Re: ATANIZDAN HALALLIQ ALINÇpx sağol bratka.Alıntı:
pitbull Nickli Üyeden Alıntı
-
11-24-2009, 09:16 PMzeynalov_Re: ATANIZDAN HALALLIQ ALIN
Hədis [حَدِيثٌ] lüğətdə hekayə, rəvayət, söhbət, danışıq, yeni və.s mənaları ifadə edir. İstilahi mənada isə - Peyğəmbərə (s.ə.s) istinad edilən kəlmə, ya hərəkət, ya təsdiq etmə ya da sifət hədis adlanır.Aşağıda
• Əbu Hüreyrə (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün”. Kimin Ya Rəsulallah! deyə soruşdular. Hz. Peyğəmbər (s.ə.s): “Qocaldığında anasına, atasına; onlardan birinə yaxud ikisinə də yetişən, ancaq onlara yaxşılıq etmədiyi üçün cənnətə girməyən kimsənin...” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2551)
• Əbu Hüreyrədən (r.a.) rəvayət olunmuşdur: Bir adam: “Ya Rəsulallah! Mənimlə söhbət etməyə ən çox haqqı olan kimdir?” deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) də “Anandır, sonra anandır, sonra anandır; sonra atandır. Sonra da dərəcə dərəcə yaxınlarındır.” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2 (2548); Sünəni- Tirmizi, Birr və Sila Babı, Hədis: 1959)
• Abdullah ibn Məsuddan (r.a) rəvayət edilir: Rəsulullaha (s.ə.s) “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s) “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana-ataya yaxşılıq etmək” dedi. “Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Səhihi-Müslim, İman Kitabı, 137)
• Peyğəmbərdən (s.ə.s) hansı əməlin daha fəzilətli olduğu soruşulduqda: İlk öncə “Allah Təala və Rəsuluna iman etməyi,” sonra “Allah Təala yolunda cihadı,” ondan sonra da “qəbul olunan həcc” buyurmuşdur. (Səhihi-Buxari, İman Kitabı, 19)
• Əbu Hüreyrə (r.a) deyir: «Bir kişi Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın elçisi! Kimə daha çox qayğı göstərməliyəm?" O dedi: "Anana". Kişi soruşdu: "Sonra kimə?" Peyğəmbər (s.ə.s) dedi: "Anana". Kişi təkrar soruşdu: "Bəs daha sonra kimə?" O yenə cavab verdi: "Anana". Kişi bir daha soruşdu: "Bəs daha sonra kimə?" Peyğəmbər (s.ə.s) Bu dəfə dedi: "Atana"» «əl-Buxari, 5971»
• Abdullah bin Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Kişinin valideynlərini lənətləməsi (söyməsi) böyük günahlardandır" -Səhabələr: "Ey Allahın elçisi! Kişi valideynlərini lənətləyərmi?" - deyə soruşduqda, o dedi: "Birinin ata-anasını söyür, o da qayıdıb onun ata-anasını söyür"» «əl-Buxari, 5973»
• Əbu Hüreyrə (r.a) belə rəvayət edir: «Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə, Peyğəmbər (s.ə.s) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib, dedim: "Ey Allahın elçisi! Mən anamı islama dəvət edirdim, o bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, Əbu Hüreyrənin anasına hidayət versin! Peyğəmbər (s.ə.s) dedi: "Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!" Mən Peyğəmbərin (s.ə.s) duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: "Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa (ibadət haqqı olan) məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir". Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Gözün aydın! Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi» «Müslim, 6346»
