Azərbaycanın milli geyimləri xalqın maddi-mənəvi mədəniyyətinin çoxəsrlik və mürəkkəb inkişafı prosesində yaranmışdır. Xalqın tarixi ilə six bağlı olan geyimlər digər maddi mədəniyyət növləri ilə müqayisədə milli xüsusiyyətləri daha mükəmməl əks etdirir, etnik çalarlarla kifayət qədər zəngindir. Paltarların forması, bədii tikmə, toxuma və zərif işləmələrdə xalq yaradıcılığının bir sıra etnoqrafik, tarixi və estetik xüsusiyyətləri ifadə olunmuşdur. Azərbaycan XVII əsrdə yaxın şərqin ən böyük ipəkçilik mərkəzlərindən biri idi. Şirvan əyaləti Azərbaycan ipəkçiliyinin başında dururdu. Ipək parçalar əsasən Şamaxı, Basqal, Gəncə, Şəki və Şuşada istehsal olunurdu.
Burada olduqca zərif, nadir və gözəl naxışlı parçalar, ipəkdən qadın baş örtükləri yaradılırdı. Paltarların üslubu onun sahibinin əsil nəcabəti və yaşını əks etdirirdi. Qızların paltarları ərli qadınlarınkından kəskin fərqlənirdi. Gənc qadınlar daha parlaq və bayramsayağı geyinirdilər. Azərbaycanın digər tarixi-etnoqrafik bölgələrində olduğu kimi kişi paltarları, geyimləri əsasən oxşar olurdu. Eyni zamanda kişi paltarlarına nəzər salmaqla sahibinin sinfi mənsubiyyətini müəyyən etmək mümkün idi. Uşaq paltarları da formaca böyüklərin geyiminə oxşayırdı, yalnız ölçüləri yaşla əlaqədar xırda əlavələr ilə fərqlənirdi.
Milli Geyimlərimiz
Printable View
-
08-29-2009, 09:10 AMmontin490Milli Geyimlərimiz
