Allahpərəstlik və Tövhid məramının yayımı yolunda çoxlu əzab-əziyyətə qatlaşan peyğəmbərlərdən biri də Nuh idi. Uzun ömr etməsinə, kafir və müşrik camaat arasında hamıdan çox qalmasına və dinin təbliği yolunda etdiyi ağır mübarizələrə dözməsinə baxmayaraq ona çox az, barmaq sayına gələn kəslər iman gətirdilər.
Ola bilsin bunun səbəbi bütpərəstliyin camaat arasında yeni ayaq açması və şeytanın bəndələr üçün qurduğu yeni tələnin güclü olması idi. Çünki əvvəldə batil əqidələrin və səhv fərziyyələrin alıcısı çox olur. Öz sözlərində həddindən artıq israr edirlər. Bütpərəstlər də bu batil əqidələrin yayılmasında israr edirdilər və Quranda adları gələn Vudd, Suva, Yəğus, Yəuq və Nəsr kimi bütlərdən böyük rəğbətlə müdafiə edirdilər. Xususi ilə dövlətli təbəqələr bu işə can yandırmaqla şəxsi mənfəət güdürdülər.
Təbiidir ki, Nuh belə vəziyyətdə özünə dost tapa bilməyəcək və bu batil məzhəbi aradan qaldırmaq üçün nə kimi çətinliklərlə üzləşib onlara səbr etməli olacaq.
Qur`ani-Kərimdə də Nuhun əhvalatı gələn yerlərin çoxlarında onun zəmanəsinin insanlarından çəkdiyi əzab-əziyyətlər və dinin yayımı yolunda dözdüyü ağrılar xüsusi ilə işarə olunmuşdur. Camaatın həddən artıq bütlərə rəğbəti, bəzi yazılı tarixlərə görə Nuhun illərlə nadan camaatdan kənarda, dağlarda, mağaralarda təklikdə yaşayıb vahid Allaha ibadət etməsinə səbəb oldu.
Seyyid ibni Tavus, Məhəmməd ibni Cürey Təbəridən “Qisəs” kitabından nəql edir ki, Nuh peyğəmbərin ömründən 460 il keçmişdi. O hələ də dağlarda yaşayır və Allaha ibadət edirdi. Arvad-uşaq sahibi də deyildi, yundan paltar geyinir və öz yeməyini bitkilərdən hazırlayırdı.
Nəhayət 460 il onun ömründən keçəndən sonra Cəbrail onun yanına gəlib dedi:
-“Niyə camaatdan kənarda yaşayırsan?”
Dedi:
-“Mənim millətim Allahı tanımırlar. Buna görə də mən onlardan uzaqda yaşayıram”.
Cəbrail dedi:
-«Onlarla mübarizə apar».
Nuh dedi: -
-Bu işə qüdrətim çatmaz. Əgər əqidəmi bilsələr məni öldürərlər. Cəbrail dedi:
-«Əgər sənə bu işdə qüdrət versək onlarla mübarizə apararsan?»
Nuh dedi:
-«Bundan yaxşı şey ola bilməz. Bu mənim ən yüksək arzumdur!»
Bu an Nuh soruşdu:
-«Sən kimsən? Cəbrail mələkləri səslədi. Bütün mələklərin toplaşdığını görən Nuh qorxuya düşdü. Cəbaril özünü təqdim etdi və Rəhman Allahın salamını ona çatdırıb nübüvvət məqamını müjdə verdi. Onu Əmurə, Zəşran ibni Uxnunun qızı ilə evlənməyi əmr etdi. O, ilk şəxs idi ki, ona iman gətirmişdi».
Nuh ilahi məmuriyyətə əməl etmək üçün camaatın içərisinə daxil oldu. Onun əlində insanların batinindən xəbər verən əsası var idi. Nuhun gəlişi camaatın bayram gününə təsadüf edirdi.
Nuh qövmünün sərkərdələri yetmiş nəfər idi. O gündə onlar öz bütlərinin ətrafına yığışmışdılar. Nuh onların arasına varid olaraq “La ilahə illəllah” səsini ucaltdı. Özünün, ondan qabaq və sonra gələn peyğəmbərlərin nübüvvətini onlara çatdırdı. Bu anda idi ki, bütlər titrəməyə başladılar, yanan alovlar söndülər və camaat dəhşətli qorxuya düşdülər. Başçılar və sərkərdələr “Bu kişi kimdir?” -deyə soruşdurlar. Nuh dedi: -«Mən Allahın bəndəsiyəm. Allah taala məni sizləri onun əzabından qorxutmaq üçün göndəri».
Əmurə Nuhun sözlərini eşitcək ona iman gətirdi. Atası bu mövzudan xəbərdar oldu və onu məlamət edərək dedi: -“Nuhun sözləri bu tezlikdə səndə təsir qoydu. Qorxuram padşah xəbərdar olsun və səni öldürsün.” Amma Əmurə atasının sözlərinə məhəl qoymadı və öz imanından əl çəkmədi. Ondan sonra da onu nə qədər qorxutdular, həbsdə saxladılar yenə də Nuhun Allahına olan imandan əl çəkmədi. Nəticədə Nuhla evləndi və Sam ibni Nuh ondan dünyaya gəldi.
Bu, İbni Tavusun yuxarıdakı kitabdan nəql etdiyi əhvalatın xülasəsi idi. Amma Nuhun evlənməsində və onun həyat yoldaşının adında müxtəlif fikirlər vardır. Yəqubi yazır ki, Allah taala o həzrətə Hamus ibni Uxnuxun qızı ilə evlənməyi vəhy etdi. İbni Tavus Heykəl həmən Əmurə adlı qızın ləqəbi oluğunu ehtimal vermişdir. Əlbəttə bu qadın Quranın kafir və xain kimi tanıtdırdığı qadından başqadır.
NUH PEYĞƏMBƏR
Printable View
-
07-16-2009, 01:55 PMkombat80NUH PEYĞƏMBƏR
-
07-16-2009, 01:56 PMkombat80NUHUN ADI, ƏXLAQI VƏ ONUN XASİYYƏTLƏRİ
NUHUN ADI, ƏXLAQI VƏ ONUN XASİYYƏTLƏRİ
Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar.
Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündür boylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəgli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Allahın vəhyi də onun natiqliyinə kömək edirdi.
İlk Ulul-əzm peyğəmbər idi ki, Allah taala ona məxsus kitab və ayrıca şəriət əta edib, onu zəmanənin camaatı üçün göndərdi. Onun kitabı Allahın şəriətlərinə şamil olan ilk kitab, şəriəti isə ilk şəriət idi.
Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Necə ki, Allah taala “Saffat” surəsində buyurur:
-”Ancaq onun nəslini (yer üzündə) qalanlardan etdik.”
Adəm və İdris peyğəmbərdən başqa bütün peyğəmbərlərin nəsli ona yetişir.
Allah taala Quranda onun xasiyyətlərində daima şükür edən olduğunu xatırlamışdır. “Əsra” surəsində buyurur:
-”O, həqiqətən daima şükür edən bəndə idi.”
Bu ayənin təfsirində gəlmişdir ki, o hər vaxt paltar geyinsəydi, ya yemək yesəydi, ya da su içsəydi Allaha şükür edərdi və “Əlhəmdu lillah” deyərdi. Başqa bir təfsirdə gəlmişdir ki, əvvəldə “Bismillah” axırda “Əlhəmdu lillah” deyərdi.
İmam Baqir və İmam Sadiqdən (ə) rəvayətdə deyilir ki, o, hər gecə-gündüz bu cümləni oxuyardı:
-”Pərvərdigara, mən şəhadət verirəm ki, mənə yetişən bütün dini və dünyəvi nemətlərin hamısı Səndəndir. Sən təksən, Sənin şərikin yoxdur. Həmd və sitayiş Sənə məxsus, şükür Sənə məxsusdur. O vaxta qədər ki, razılıqdan sonra bir daha, dəfələrlə razı olasan.” -
07-16-2009, 01:57 PMkombat80NUHUN ÖMRÜ
NUHUN ÖMRÜ
Nuhun ömrünün çoxluğu ərəb-fars ədəbiyyatında atalar sözünə çevrilmişdir. Tarix və rəvayətlərə görə onun ömrü 1000-2800 il arasında təxmin edilir. Amma Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Quranın “Ənkəbut” surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi “Biharul-ənvar” kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər. Bir qrupu 1000 il, biri 1450, üçüncüsü 1470 il, dördüncüsü 2300 il, amma mötəbər rəvayətlərdə 2500 il gəlmişdir.
Məsudi “İsbatul-vəsiyyə” kitabında yazır ki, Nuhun yaşı bir rəvayətə görə 1450 il, başqa bir rəvayətdə 2300 il olduğu, Allah tərəfindən seçiləndə 850 yaşı var idi. 950 ildə öz milləti ilə birlikdə keçirib (və onları tövhidə və tək olan Allaha ibadətə çağırıb). Tufandan sonra isə 500 il yaşayıb, birlikdə 2300 il olur. Başqa bir hədisdə isə 2800 il dünyada ömr sürməsi rəvayət olunur.
Məclisi də bu haqda buyurur: -“Səduq, Əli ibni İbrahim və Ravəndi Əhli-beyt (ə)-dan nəql edirlər ki, o, həzrətin ömrü 2500 ildir. Belə ki, 850 il peyğəmbərliyə yetişməzdən əvvəl, 950 il camaat arasında təbliğdə, 200 il gəmi düzəltməkdə və 500 il isə gəmidən düşəndən sonra şəhərləri abad etmək, öz övladlarını o şəhərlərdə yerləşdirməkdə sərf etmişdir.”
Hər halda Quranda gələn peyğəmbərlərin arasında hamıdan çox ömr sürən Nuh peyğəmbər olubdur. Bəziləri (məsələn: Sələbi) bu uzun ömrü Allahın möcüzəsi bilib yazırlar ki, Nuhun möcüzəsi onun özündə idi. Çünki 1000 il ömr etdi, amma bu müddət ərzində onun qüvvəsi azalmadı və heç bir dişi tökülmədi.
Bəzilərinin isə əllərinə çox uzaq gəldiyindən onu başqa mənaya yozmağa çalışmışlar. Yaxşısı budur onların sözlərindən və cavablarından sərfi-nəzər olunsun. Çünki əvvəla Nuh kimi böyük şəxsiyyətlərin ömrünün uzunluğu ilahi qüdrətə aiddir və bunun kimi minlərlə xariqul-adə (adi olmayan) işlər belə möcüzə, ya kəramət şəklində, peyğəmbər və övliyalardan baş vermişdir. Bunlar hamısı Allahın fərmanı və nufuzlu qüdrəti ilə olan işlərdir.
Başqa bir tərəfdən isə qədim insanların sadə yaşayışı, fikir rahatlığı, təbii yeməkləri, bizə irs yetişən cürbəcür xəstəliklərin olmaması, bəşəriyyətin artması nəticəsində yaranan çətinliklərin olmaması, ağır, gec həzm olan yeməklərin təsirindən tez ölmə hallarının olmaması və həddindən artıq cinsi ləzzətlərin ardınca olmamalarında, sadəliklə onların ömrlərinin uzun olmasının sirrini dərk etmək olar. Həkimlərin dediyi kimi, hər nə qədər bəşəriyyətin fikri rahat, yaşayışı sadə, yeməyi təmiz, gigiyena qaydalarına və sağlamlığa riayət etsələr bir o qədər uzunömürlü olarlar.
İnsanın təbii ömrünün kəmiyyətində həkimlər hələ də dəqiq nəzəriyyə irəli sürə bilməyiblər. Müxtəlif təcrübələr və təhqiqatdan sonra bu nəticəyə gəliblər ki, insanın ölmə səbəbi onun 80 ya 90 il yaşaması deyil, bəlkə kənardan müxtəlif maneələrin olması onun davamına mane olur. Buna görə də bəzi alimlər məxsus yemək pəhrizləri, vitaminlər və müxtəlif elmi yollarla bəzi heyvanların ömrlərini 900 il təbii ömrə çatdıra biliblər. Bu cümləni məşhur həkimlərdən biri demişdir: -“Ölümün səbəbi qocalıq yox, bəlkə xəstəlikdir.”
Məşhur cərrah professor Aleksis Karel bir heyvanın bədənindən ayrılmış bir hissəni o heyvanın təbii ömründən çox qıraqda diri saxlaya bilmişdir. Bu barədə artıq izah bizi öz bəhsimizdən kənara çıxardır. Əziz oxucular, bu barədə həzrət Sahibəz-Zaman (ə)-ın ömrü haqqında yazılan kitablara müraciət edə bilərlər. -
07-16-2009, 01:57 PMkombat80NUHUN DƏVƏTİ VƏ CAMAATLA HÖCƏTLƏŞMƏSİ
NUHUN DƏVƏTİ VƏ CAMAATLA HÖCƏTLƏŞMƏSİ
Deyildiyi kimi Nuhun tayfası bərk bütpərəstliklə məşğul idilər. Bütlər özlərinə çox güclü və sarsılmaz tərəfdarlar tapmışdılar. Bəlkə də (necə ki, yuxarıda bu mövzu haqqında bəhs etdik) onun yeni camaatı özünə tərəf çəkməsi və şeytanın səadət yoluna atdığı yeni bir tələ idi. Başqa bir tərəfdən də camaatın fikri o qədər də inkişaf etməmişdi ki, xeyrlə ziyanı ayırd edib, öz əməllərinin pisliyinə agah olsunlar. Hər halda Nuhu böyük çətinliklərlə üzbəüz edib öz müqəddəs məqsədi, tövhid, allahpərəstlik uğrunda zəhmətlərə qatlaşmağa məcbur etmişdir. Onun ruhani sözləri camaatda çətinliklə təsir qoyurdu.
Dinlərin bu ilahi insanlara verdikləri cavablardan ağıllarının zəifliyi və onunla bərk düşmənçikləri açıq-aşkar görünüdü. Hətta bir həddə çatdı ki, o həzrəti istehza edib ələ salmağa başladılar. Onlardan bir neçəsini Qurandan seçib sizin üçün tərcümə edirik:
-“Həqiqətən biz Nuhu öz tayfasına peyğəmbər göndərdik.” Nuh dedi: -“Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən (cəza) şiddətli günü (Qiyamət günü) sizə üz verəcək əzabından qorxuduram!”
Burada tayfa başçıları pul, sərvət və qüdrət əllərində olduğundan özlərini hamıdan üstün sayırdılar. Nuha dedilər: -“Biz səni ancaq özümüz kimi (adi) bir insan sayırıq.” Başqa bir ayədə var ki, bir-birlərinə dedilər: -“Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi.” Bəlkə hədlərindən keçib Nuha və onun tabeçilərinə dəlilik, azğınlıq və yalan nisbəti verərək dedilər: -“Bu adamda sadəcə olaraq bir dəlilik var.” ya dedilər: -“Biz səni (haqq yolundan) açıq-aydın azmış görürük!” ya da başqa bir ayədə deyirlər: -“Biz sizi yalançı sanırıq.”
Yüngül fikirli tayfa başçıları öz vəzifələrini və maddi mənfəətlərinin Nuhun təbliğatı ilə əziləcəyini başa düşürdülər. Nuhun məntiqli, dəlilli sözlərinə cavab tapmayıb məğlətə etməyə başlayırdılar. Əgər məsələyə bir az insafla yanaşsaq görərik ki, elə Allahın peyğəmbərlərin besətində sünnəsi bu idi. Yəni hər bir tayfaya öz içərisindən peyğəmbər yollayır. Çünki öz tayfası onun əslini, nəslini və bütün xüsusiyyətlərini hamıdan yaxşı tanıyır. Bununla ondan yaxşı söz eşidər və dəvətini heç bir şübhə olmadan qəbul edərlər.
Çox təəssüflər olsun ki, Nuhun tayfası bu yersiz sözləri gələcək peyğəmbərlərin düşmənləri üçün yadigar qoydular.
Nuha tutulan iradlardan biri də bu idi ki, ona deyirdilər: -“Elə ilk baxımda yalnız içimizdəki səfillər (cütcü, pinəçi, dəmirçi, dərdi və s.) sənə uyduğunu görürük.” Fəziləti pulda, sərvətdə bildikləri üçün dedilər: -“Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük, əksinə biz sizi yalançı hesab edirik.” Başqa bir ayədə Nuha təəccüb edərək, ya ələ salmaq üçün deyirdilər: -“Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” Bu eynilə Rəsuli-Əkrəmə (s) Məkkə müşriklərinin tutduqları irada bənzəyir.
Nuh onların cavabını bir neçə cümlə ilə belə buyurdu: -“Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!” “Ey cammat, bir deyin görək əgər mən Rəbbimdən açıq-aşkar bir dəlilə (möcüzə) istinad etsəm Rəbbim mənə Özündən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və o sizə gizli qalsa, istəmədiyiniz halda biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?” “Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”
Bəzən də böyük sübutlara, özündə ya başqa məxluqatda olan Allahın nişanələrinə işarə edib deyirdi: -“(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır. O, sizə göydən bol yağış göndərər, O, sizə mal-dövlət oğul-uşaq əta edər. O, sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz (sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca saymırsınız? Yaxud iman gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?) Halbuki, O sizi cürbəcür xəlq etdi. Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı. Orada ayı bir nur, günəşi də bir çıraq etdi və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (Qiyamət günü dirildib oradan da) çıxardacaqdır. Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki, onun geniş yollarında gəzəsiniz.”
Çox vaxt başqa peyğəmbərlər kimi bu cümləni də öz sözlərinə artırıb deyirdi: -“Ey camaat! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aiddir. (Bu ki, deyirsiniz mənə iman gətirənlər bir neçə səfil və yoxsul insanlardır. İstəyirsiniz mən onları qovum, bəlkə siz iman gətirəsiniz.) Mən iman gətirənləri qovan deyiləm.” “Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüzmü?”
Bundan əlavə mən onların batinlərindən agah deyiləm və bilmirəm hansı əməlin sahibidirlər. Mən onları özümdən qova bilmərəm.
Hər halda həzrətin o yüngül fikirli tayfa ilə bir çox mübahisələri oldu. Nuhun gözəl, məntiqli dəlilləri müqabilində sözləri olmadığından düşmənçiliyə və onu təhdid etməyə başladılar. Günlərin bir günü dedilər: -“Ey Nuh, bizimlə çənə-boğaz olub çox mübahisə etmə. Əgər doğrudanışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək.” Yenə də dedilər: -“Ey Nuh, əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən.”
Onlar Nuhla mübahisədən ayrılıb, daha çox inad və düşmənçiliklə camaata dedilər: -“(Nuhun sözlərinə görə) Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Vəddi, Suvanı, Həğusu, Yəuqu və Nəsri atmayın.” -
07-16-2009, 01:58 PMkombat80NUHUN ÖZ TAYFASINDAN ÇƏKDİYİ MÜSİBƏTLƏR
NUHUN ÖZ TAYFASINDAN ÇƏKDİYİ MÜSİBƏTLƏR
Nuhun uzun ömürlüyündən, hamıdan çox camaatın arasında qalmasından, çox az miqdarda bəndənin ona iman gətirməsindən və tayfasının bütpərəstliyə olan bərk əlaqəsindən onun nə qədər müsibətlər çəkməsini dərk etmək olar. Bundan əlavə ona çoxlu söyüş söyür, dəli, azmış və cinvurmuş deyə çağırır və müxtəlif növdə cismi şikəncələr verirdilər.
Səduqun İmam Sadiq (ə)-dan rəvayət etdiyi hədisdə deyilir: -“Camaat həzrəti o qədər döyürdülər ki, üç gün huşu gedirdi, huşsuz halda qalır və qulağından qan açılırdı.”
Mərhum Təbəri demişdir ki, Həzrət Nuh 950 il gecə-gündüz dayanmadan camaatı Allaha tərəf dəvət etdi. Amma onun sözləri onlarda heç bir təsir qoymadı. Hərdən də camaat onu o qədər döyürdülər ki, huşu başından çıxırdı. Huşu başına gələn kimi deyirdi:
-“İlahi, mənim bu tayfamı hidayət elə ki, onlar (haqqı) bilmirlər.”
Vəhbdən nəql olunmuşdur: Nuh üç əsr təmamilə camaatı Allaha tərəf dəvət etdi. Hər əsr 300 il idi. Bu da 900 il olurdu. Aşkar və gizli öz təbliği ilə məşğul idi. Amma camaat ona qarşı çıxmaqdan başqa bir iş bacarmırdılar. Hər əsr keçəndə camaatın düşmənçiliyi daha da artırdı. Hətta camaat öz uşaqlarının əlindən tutub Nuhu göstərərək onlara tapşırırdılar:
-“Əgər məndən sonra yaşamalı olsan, heç vaxt bu dəli insandan tabeçilik etmə!”
Sonra davam edərək deyir: -«Camaat ona hücum edib onu döyürdülər. O qədər döyürdülər ki, qulaqlarından qan açılırdı və huşunu itirirdi. Onu götürüb evinə atırdılar, ya da huşsuz halda qapının ağzında qoyub gedirdilər».
Quranın ayələrindən də bəllidir ki, ona verilən əzab-əziyyətlər çox şiddətli idi. Çünki, “Ənbiya” və “Saffat” surələrində buyurur: -“Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq.” Müfəssirlər deyirlər ki, fəlakətdən məqsəd camaatın ona verdiyi çoxlu əzab-əziyyətlərdir.
“Qəmər” surəsində gəlmişdir ki, Nuh dua edərək dedi: -“Mən (öz qövmümün içində) məğlub oldum, mənə kömək et.”
“Şüəra” surəsində də Allahın rəhman olan dərgahından kömək istəyərək dedi: -“Ey Rəbbim! Həqiqətən qövmüm məni təkzib etdi. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri (bu əzabdan) qurtar! Allah taala da öz peyğəmbərinin duasını qəbul etdi. Nuhu və ona iman gətirənləri zalım camaatın əzabından qurtardı.” -
07-16-2009, 01:58 PMkombat80NUHUN ÖZ QÖVMÜNƏ NİFRİNİ
NUHUN ÖZ QÖVMÜNƏ NİFRİNİ
Qur`ani-Kərimdə dəqiqliyi ilə gəldiyi kimi, Nuh düz 950 il öz qövmünü dinə təbliğ və Allaha ibadət etməyə dəvət etdi. Bu müqəddəs dinin inkişafı üçün aşkarda və gizlində gecə-gündüz rahatlıq üzü görmürdü. Qısa desək, hər bir kiçik fürsətdə həqiqəti, Allaha imanı, cəza gününü, fəziləti, təqvanı camaata çatdırırdı. Amma uzun bir müddətin keçməsini və camaatın düşmənçiliyinin günbəgün artmasını nəzərə alaraq yavaş-yavaş ümüdini itirirdi. O, bir neçə iman gətirən şəxslərdən başqa hamıdan gözünü çəkmişdi. Xüsusilə, Allahın vəhyi də onun daha da ümidsiz olmasına kömək edirdi. Çünki Allah ona xəbər vermişdi: -“Əvvəlcə iman gətirənlərdən başqa tayfadan daha heç kəs iman gətirməyəck. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları məhv edər, səni kafirlərin zülmündən qurtararıq).”
Bir hədisdə deyilir ki, Nuhun dəvətindən 300 il keçmişdi. Nuh öz qövmünə nifrin etmək istəyirdi. Elə bu fikirlə sübh ibadətini edib oturmuşdu və nifrin etmək istəyirdi ki, yeddinci göydən bir neçə mələk gəlib ona dedilər:
-”Səndən bir xahişimiz var.” Nuh soruşdu:
-”Xahişiniz nədir?” Dedilər:
-”Öz nifrinini təxirə sal, çünki Allahın yer üzündə ilk əzabı olacaq. Nuh cavabda dedi ki, 300 il də onu təxirə saldım, (yəni əgər 300 il bundan sonra diri qalsam nifrin etməyəcəyəm). 300 il də keçdi və Nuh yenə də nifrin etmək istədi. Altıncı göydən bir dəstə mələk onun yanına gəlib yenə də nifrini təxirə salmağını istədilər. Beləliklə 300 il də təxirə düşdü. Amma 900 il keçdikdən sonra Nuh və tabeçiləri düşmənlərin əzab-əziyyətindən təngə gəlmişdilər və ondan istədilər ki, Allahdan bir qurtuluş yolu tələb etsin. Nuh onların xahişini qəbul etdi. Namaz qıldıqdan sonra əllərini Allah dərgahına qaldırıb dua etdi. Cəbrail nazil olub Nuha dedi: -“Allah taala sənin duanı qəbul etdi. Get öz tərəfdarlarına de ki, xurma yeyib tumunu basdırsınlar. Hər vaxt xurma ağacı olub bəhər versə istəklərinə çatacaqlar.
Nuh Cəbrailin sözlərini möminlərə çatdırdı. Onlar hamısı sevincək Allahın fərmanına əməl etməyə başladılar. Ağaclar böyüyüb bəhər verdikdə Nuhun yanına gəlib dedilər: -“Xəbər verdiyin zaman gəlib yetişmişdir.” Nuh Allahdan istədi ki, öz vədəsinə əməl edib əzabı nazil etsin. Vəhy gəldi ki, onlara de: -“Xurmalarını yeyib tumunu basdırsınlar. Ağaclar bəhər verəndə xilas olacaqlar.” Bu sözdən sonra Nuha iman gətirənlərin üçdən bir hissəsi dindən əl çəkib mürtəd oldular. Amma qalan üçdən iki hissəsi isə xurma yeyib, tumunu əkdilər. Ağac böyüyüyənə qədər ona qulluq etdilər. Bəhər verdikdə Nuhun yanına gəlib Allahın vədəsinə vəfa etməsini istədilər. Yenə də vəhy oldu ki, onlara de: -Xurmasını yeyib tumunu əksinlər. Bu zaman digər üçdən bir hissə də dindən üz döndərdilər. Ancaq üçdən bir hissəsi qaldı. Allah tərəfindən yenə də əmr yetişdi. Tumu əkdilər, böyüdü və bəhər verdi. Nuhun yanına gəlib dedilər: -“Bu bir neçə nəfərdən başqa heç kəs qalmayıb. Əgər bu dəfə də təxirə düşsə biz də qorxuruq ki, dində həlak olanlardan və azmışlardan olaq.” Nuh namaz qıldı, dua etdi və duasında belə dedi: -“Pərvərdigara, bu bir neçə nəfərdən başqa heç kəs qalmayıb, qorxuram əgər bu dəfə də təxirə salsan onlar da getsinlər. Bu anda Allahdan vəhy gəldi. “Duanı qəbul etdik, indi isə gəmi düzəltməyə başla.”
Başqa bir hədisdə deyilir ki, imtahanlardan sonra 72 nəfərdən çox dindar qalmadı. Allah taala Nuha belə vəhy etdi: -“Bu ona görə idi ki, xalis, pak, əsl mömin bəndələr qalsınlar və napak insanlar sənin ətrafından təmizlənsinlər. İndi mən onlara dinlərində qüvvət verəcəyəm və qorxularını əmin-amanlıqla dəyişdirəcəyəm ki, mənə ixlasla ibadət etsinlər.
Beləliklə Nuh öz qövmündən tamamilə ümüdini üzdü. Onların düşmənçiliyini, əzab-əziyyətlərini görüb onlara şiddətlə nifrin edərək dedi: -“Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma. Çünki Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub törədəcəkdir!”
Allah taala Nuhun duasını qəbul etdi və əzabı o zalım camaata qəti etdi. Hətta Nuha belə onlar üçün kömək istəməməsini əmr edərək buyurdu:
-“Zülm edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar!”
Bəli, nadan camaat onların hidayəti yolunda gecəsini gündüzünə qatan, heç bir təmənnası olmadan onları bədbəxtçilik, iki tirəlik yaradan, heç bir faydası olmayan cansız mücəssəmələrin ibadətindən xilas edən böyük şəxsiyyətə, Allahın peyğəmbərinə təşəkkür əvəzinə ona əzab-əziyyət verir və onun hikmətli, ürəyəyatan sözlərinə qulaq asmaq əvəzinə isə, necə ki, Nuh özü deyir, barmaqlarını qulaqlarına qoyur, paltarlarını başlarına çəkirlər. Bu cür camaat fəlakətdən başqa heç nəyə layiq deyildir. Gərək bu qövm kökündən aradan qaldırılsın və yerinə yeni bir nəsl gəlsin ki, peyğəmbərlərin sözlərini, Allahın həqiqətlərini dərk etməyə qabiliyyətləri olsun. -
07-16-2009, 01:59 PMkombat80NUHUN GƏMİSİ
NUHUN GƏMİSİ
Allah taala Nuha xəbər verdi ki, bu bir neçə nəfərdən başqa daha heç kəs sənə iman gətirməyəcək. Onun ardınca gəmi düzəltməyi ona əmr etdi. Elə ki, Quran ayələrindən başa düşülür o zaman gəmi düzəltməyin misli olmamışdı. Buna görə də Nuha belə vəhy olundu: -“Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar.”
Nuh Allahın əmri ilə gəmini düzətməyə başladı. Mələklərin nəzarəti altında hər tərəfdən taxta və mismar yığaraq onları bir-birinə birləşdirdi. Sürətlə taxtalar gəmi şəklinə düşürdü.
Zəif düşüncəli insanların Nuhun qarşısında düzgün məntiqləri olmadıqlarına görə hər bir şeylə ona əziyyət vermək istəyirdilər. Ona əzab vermək üçün yeni-yeni üsluba əl atırdılar və Şeyxul-ənbiyanı (peyğəmbərlərin ən yaşlısı) məsxərəyə qoymağa başladılar. Biri deyirdi ki, ey Nuh, peyğəmbərlikdən əl çəkib xərratlığa keçmisən? Başqası “Bu quru susuz yerdə bu uzunluqda gəmini niyə düzəldirsən? Quru səhrada gəmi sürmək istəyirsən?” -deyə söyləyirdi. Başqa birisi isə deyirdi: -“Bu gəmini quru yerdə düzəldirsən, bəs harda suya atacaqsan?”
Nuh onların cavabında ancaq bir cümləni təkrar edirdi: -«Əgər (indi) siz bizi məsxərəyə qoyursunuz, (vaxt gələcək) biz də sizi bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz».
Bir hədisdə gəlmişdir ki, o, ağac əkməyə başladı. Bəzi onun yanından keçərək ona gülüb, məsxərəyə qoyaraq deyirdilər: -“Ağac əkməklə məşğul olursan?” Ağaclar böyüdü. Onları doğrayaraq yonmağa başladı. Yenə gəlib deyirdilər: -“İndi də xərratlığa keçmisən?”
Nuh böyük iradə ilə gəmi düzəltməyə başladı. Camaat ona gülür və bir-birlərinə deyirdilər: -İndi də deyəsən bu quraqlıq yerdə gəmi sürmək istəyirsən? Gəmiçi olmusan? Nuh bu dövranı da arxada qoydu. Nəhayət gəmi düzəlib qurtardı.
Onun uzunluğu, eni və formasında müxtəlif fərziyyələr verilmişdir. Bəziləri demişlər ki, uzunluğu 1200 (1 dirsək təxminən 50 sm-ə bərabərdir) dirsək, eni 800 dirsək, hündürlüyü isə 80 dirsək olmuşdur. Bu fərziyyə İmam Sadiq (ə)-dan rəvayət olunan bir hədislə uyğundur.
Bəziləri isə uzunlunu 700 dirsək, eni 500 dirsək, hündürlüyünü isə 80 dirsək yazmışlar. Üçüncü fərziyyədə isə uzunluğu 300 dirsək, eni 800 dirsək, hündürlüyü isə 30 dirsək deyilir. Həqiqəti Allah yaxşı bilir.
İbni Abbasdan nəql olunur ki, gəminin üç mərtəbəsi var idi. Birinci mərtəbədə böyük və vəhşi heyvanları, ikincisində dördayaqlıları (dəvə, inək, qoyun və s.), üçüncü mərtəbədə isə insanların özü və bütün lazım olan yeməli, içməli şeyləri yerləşdirmişdi.
Beləliklə gəmi tamamilə hazır oldu və Nuh Allahın əmrinin intizarında durdu. Nəhayət əmr gəldi: -“Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı zaman dedi: -“Hər heyvandan biri erkək, o biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümün) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir.” “Zülm edənlər barədə mənə müraciət etmə (onların bağışlanmalarını məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar.” -
07-16-2009, 01:59 PMkombat80TƏNDİR HARDA VƏ ONDAN MƏQSƏD NƏ İDİ?
TƏNDİR HARDA VƏ ONDAN MƏQSƏD NƏ İDİ?
Necə ki, ayədə gəlmişdir. Tufanın nişanəsi təndirdə suyun qaynaması idi. Təndir çörək bişirilən yerə deyilir. Bir neçə hədisə, İbni Abbas və başqalarından nəql olunan sözlərə istinadla belə ələ gəlir ki, qeyd olunan təndir, ya Nuhun evində, ya da indiki Kufə məscidi olan bir möminə qadının evində idi və ondan çörək bişirmək üçün istifadə olunurdu. Nuhun arvadı ya möminə qadın çörək bişirməklə məşğul idi. Birdən təndirdə su qaynamağa başladı. Dərhal hadisəni Nuha xəbər verdilər. Nuh gəlib bir az torpaq götürüb onun üstünü qapadı. Sonra gəmiyə qayıdıb lazım olan adamları və heyvanları gəmiyə yığdı. Yenə də qayıdıb torpağı təndirin üstündən götürdü. Bu an su qaynadı. Göy, su tuluğunun ağzı açılantək yağmağa, Fərat çayları və başqa bulaqlar daşmağa başladı. Yer üzü su ilə doldu.
Təndirin mə`nası haqqında başqa fərziyyələr də verilmişdir. Məsələn: Bəziləri ondan məqsəd yer üzünü və suyun ondan qaynamasını, bəziləri isə günəşin çıxmasını və onun saçmasını biliblər. Amma Təbəri, Məclisi və başqa alimlərə uyğun olaraq birinci fərziyyə daha düzgün nəzərə çarpır.
Hər halda bulaqlar şiddətlə qaynadı, çaylar daşdı və göy guruldayıb dəhşətli yağış yağdı. Bir azdan bütün yer üzü, çöllər, səhralar, meşələr su ilə doldu. Ancaq gəmidə olan Nuh, onun ailəsi və iman gətirənlər nicat tapdılar.
“Nuh (yoldaşlarına) dedi: -“Gedəndə, dayananda gəmiyə Allahın adını çəkərək minin. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”
“Gəmi onları dağ kimi (yüksək) dalğaların içi ilə aparırdı.” Zalım, qudurmuş camaatın necə qaynayan dalğaların arasında ölümlə üzbəüz olduqlarını, Allahın əzəmətli tufanı içərisində necə çabaladıqlarını və Allah tərəfindən öz itaətsilikləri üçün qəti cavab aldıqlarını müşahidə edirdilər.
Bəli, böyük Allah onların haqqında buyurur: -“Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik. Sonra yerdə qalanları suda boğduq! Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.” Başqa bir surədə buyurur: -“Biz Nuha və onunla birlikdə olanlara nicat verdik, onları (yer üzünə) varislər (xəlifələr) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör qorxudulanların axırı necə oldu...” Necə günahkarlar öz günahlarına görə boğulub Duzəxə daxil oldular.” -
07-16-2009, 02:00 PMkombat80XİLAS OLANLARIN SAYI
İndi görək Nuhun bu uzun müddət təbliğində neçə nəfər ona iman gətirmişdi və gəmi ilə əzəmətli tufandan xilas olmuşdu. Bu barədə dəqiq məlumat yoxdur. Yuxarıda qeyd etdiyimiz hədisdə iman gətirənlərin sayını 72 nəfər olduğu qeyd olunurdu. Qur`ani-Kərimdə qapalı şəkildə gəlmişdir: -“Çox az adam ona iman gətirdi.” Müfəssirlərin bəziləri 80 nəfərin olduğunu yazırlar. Başqa bir hissəsi isə 78 nəfərin, 72 nəfəri öz qövmünün kişi və qadınları, 6 nəfər isə öz ailəsi, oğulları və qadınları olduğunu qeyd edirlər. İmam Sadiq (ə)-dan nəql olunan bir hədisdə onların cəmi 10 nəfər olduqları qeyd olunur. Başqa bir fərziyyədə isə 7 nəfər deyilir.
Hər halda çox az adam nicat tapdı. Onlardan Nuhun üç oğlu, Sam, Ham, Yafes və arvadları ki, indiki yer üzündə olan irqlər onlardandırlar. -
07-16-2009, 02:01 PMkombat80NUHUN OĞLUNUN HEKAYƏSİ
NUHUN OĞLUNUN HEKAYƏSİ
Nuhun başqa oğlunun adı Kənan idi və düşmənlərin zümrəsilə yaşayır, atasından uzaq gəzirdi. O, hələ də atasının dininə iman gətirməmişdi. Su bütün yer üzünü basanda Nuh və onunla birlikdə gəmidə olanlar o dəhşətli mənzərəyə tamaşa edirdilər. Birdən Nuhun gözü, başqa zalımlar kimi özünü boğulmaqdan xilas etməyə cəhd edən oğluna sataşdı. Nuhda atalıq məhəbbəti coşaraq onu çağırıb dedi: -“Oğlum, bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” O bədbəxt o qədər təkəbbürün əsiri idi ki, bu iztirablı halda atasının sözlərinə qulaq asmadan ona belə cavab verdi: -“Mən bir dağa sığınaram, o da məni sudan qoruyar.” Amma bundan qafil idi ki, bu sel kiçik, adi sellər kimi deyil, bəlkə Allahın tufan və sel şəklində düşən qəzəbidir və bu tufan qudurmuş, zalım insanları udur. Ondan qurtarmaq üçün heç bir çıxış yolu yoxdur. Nuh da bu məsələni ona başa saldı və ürəyi yanaraq dedi: -“Allahın iradə etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz. Nəhayət, (onun sözləri qurtarıb-qurtarmamış) dalğa ata ilə oğlunun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu.”
Nuh qabaqcadan Allahdan vədə almışdı ki, öz ailəsini bu əzabdan xilas edəcək. Bu haləti görüb əllərini Onun dərgahına qaldırıb dedi: -“Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır.” Sən özün bu vədi vermişdin ki, mənim ailə üzvlərimi xilas edəcəksən. Allah Nuha belə cavab buyurdu: -“Ey Nuh, o sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. Elə isə bilmədiyin şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürüm).”
Bir hədisdə İmam Rza (ə) bu ayənin təfsirində buyurur: -“O, Nuhun ögəy oğlu idi. Allaha itaətsizlik üzündən (atasına tabeçilik etmədi) onu atasından ayırıb Nuhun ailə üzvlərindən saymadı.” Yəni Allah dərgahında bəndələrin əməl və rəftarları tərəziyə qoyulur və Ona uzaq-yaxınlıq miqyası sayılır, nəinki onların əsl-nəcabətləri. Çünki əzab nazil olanda heç bir ailəvi əlaqələrin təsiri olmayacaqdır.
Bu arada Salman Farsi kimilər də tapılır ki, öz itaətçiliyi nəticəsində Rəsuli Əkrəm (s) onu öz kəramətli ailə üzvlərindən sayıb “Əs-Səlmanu minna Əhləl-beyt” (Salman biz Əhli-beytdəndir) sözü ilə fəxri mənsəbi (Əhli-beytdən olmağı) ona nəsib etdi. Amma əksinə, Nuhun oğlu öz itaətsizliyinə görə Şeyxul-ənbiya olan Nuh kimi əzəmətli peyğəmbərin ailəsindən qovur və onun barəsində belə xitab olunur: -“İnnəhu leysə min əhlik” (O, sənin ailəndən deyil.)
Sədi demişkən:
-”Pesəre Nuh ba bədan beneşəst,
Xandan nübüvvətəş qom şod.
Səge Əshabe-Kəhf ruzi çənd,
Peye mərdom gereft və adəm şod.
(Nuhun oğlu pis insanlarla oturub-durdu. Nübüvvət olan ailəni itirdi.
Amma Əshabi-Kəhfin iti bir neçə gün insanlarla dolandı, adam oldu.)
Deməli, Nuhla Allah arasında gedən sual-cavabdan belə məlum olur ki, Nuh öz oğlunun batini küfründən xəbərdar deyildi. Əks halda yalvararaq onun xilas olmasını Allahdan istəməzdi. Çünki özü Allahdan istəmişdi: -“Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma.” Bir tərəfdən bu cümlə ilə bütün yer üzündə olanların aradan getməsini istəmişdi. Başqa tərəfdən isə Allah taala kafirlər üçün vasitəçilik etməyi qadağan etmiş və açıq-aşkar demişdir: -“Zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar.” Oğlunun kafirliyinə agah olan kimi bildi ki, atalıq məhəbbəti onu həyəcana gətirmiş və həqiqətindən xəbərdar olmadığı şeyi Allahdan istəməsinə peşman oldu. Bunu özü üçün böyük günah hesab edərək Allahdan üzr istədi və öz günahının bağışlanmasını xahiş edərək dedi: -“Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cürət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan rəhm etməsən ziyana uğrayanlardan olaram.” Təbərsinin bu ayənin təfsirində dediyi sözlərə görə bu cümlələr Nuhun nəhayət təvazökarlığına
