İki Mələk, gecəni keçirmək üçün olduqca varlı bir ailənin evinin qapısını döymüşlər. Ailə, çox kobud bir üslubla, mələklərə yatacaq yer olaraq böyük malikanənin qonaq otaqlarından birini vermək yerinə, soyuq zirzəmidəki kiçik bir küncü göstərmiş. Mələklər buz kimi otağın soyuq və sərt döşəməsində özlərinə yatacaq bir yer hazırlamağa çalışarkən, Yaşlı Mələk divarda bir dəlik görmüş və qalxıb dəliyi təmir etmiş. Gənc Mələk, Yaşlı Mələyə bu hərəkətinin səbəbini soruşduqda, Yaşlı Mələk gülümsəmiş və demiş: Hər şey, heç vaxt, göründüyü kimi deyil...
Səhər malikanədən ayrılan mələklər, gecə olunca yenə qalacaq yer tapmaq ümidiylə, bu dəfə çox kasıb bir cütçü ailəsinin qapısını döymüşlər. Son dərəcə qonaqpərvər olan kasıb ər-arvad, süfrələrində nə var, nə yoxsa mələklərlə paylaşdıqdan sonra, onlara rahatca yatmaları üçün öz yataqlarını verərək yanlarından ayrılmışlar. Səhər günəş doğulduğunda, mələklər yazıq ər-arvadı gözyaşları içində tapmışlar. Yeganə dolanışıq qaynaqları olan tək inək də tarlalarının ortasında cansız yatmaqdaymış. Gənc Mələk bu səfər yaxşıca hirslənərək Yaşlı Mələyə üsyan etmiş: Bunun olmasına necə icazə verə bildin?! O varlıqlı kobud adamın hər şeyi vardı, amma sən ona yenə də kömək etdin. Bu yaxşı ürəkli kasıb ailənin isə o tək inəkdən başqa heç bir şeyləri yox idi, buna baxmayaraq onu belə paylaşmağa könüllü oldular. Amma sən o inəyi də itirmələrinə icazə verdin!? Yaşlı Mələk, Gənc Mələyə dönərək bu cavabı vermiş: Hər şey, heç vaxt, göründüyü kimi deyil.
O zəngin malikanənin zirzəmisində qaldığımız gecə, divardakı dəliyin dibində külçə-külçə qızıl gizli olduğunun fərqinə vardım. Malikanənin sahibi bu qədər acgöz olduğu üçün və özünə verilmiş şans sayəsində əldə etdiyi zənginliyin bir parçasını belə paylaşmağa yanaşmadığı üçün, mən də o dəliyi elə bağlayıb möhürlədim ki, artıq axtarıb tapsa da aça bilməz. Və davam etmiş: Sonra, dünən gecə biz cütçü ailəsinin yatağında yatarkən, Ölüm Mələyinin o cütçünün arvadını öldürməyə gəldiyini gördüm. Mən də onun yerinə Ölüm Mələyinə inəyi verdim. Yaşlı Mələk, gülümsəyərək bir də əlavə etmiş: Hər şey, heç vaxt, göründüyü kimi deyil.
Bəzən, işlər istədiyimiz kimi nəticələnmədiyində, əslində bizim də başımıza gələn bax budur. Əgər inanırsınızsa, etməniz gərəkən şey yalnız, hər nəticənin hər vaxt sizin lehinizə olduğuna güvənməkdir. Bunun belə olduğunu, ancaq müəyyən bir zaman sonra öyrənəcək olsanız belə.
Dünən, tarix oldu. Sabah, bir sirrdir. Bu gün isə bir hədiyyə.
Məncə bu çox əsasdı... Hər anı zövqlə yaşayın və dadını çıxarın, çünki "Hər Şey Heç Vaxt Göründüyü Kimi deyildir"...
İki Mələk
Printable View
-
07-11-2009, 12:45 AMGLAMOURKAİki Mələk
-
07-11-2009, 01:29 AMSecdeRe: İki Mələk
Çox sağ ol! bu gözəl mövzu üçün. Allah sizdən cümlə aləm razı olsun! Allah o qədər rəhimlidir ki, bizim üçün açmadığı yollar qoymayıb. etdiyimiz bütün günahlar onun rəhmət dənizin bulandırmaz. Aşağı ayələri isə bizə hakk olaraq bildirir ki, hər şey onun əlindədir.
Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəsulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: “Bu Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” – söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır! (NİSA-78)
Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir! (ƏNAM-17)
(Ya Rəsulum!) De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”. (YUNUS-49)
Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir. (YUNUS-107) -
07-11-2009, 01:43 AMsladkayaRe: İki Mələkher şerde bir hayır her hayırda bir şer varmısh..Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
07-11-2009, 06:38 AMXeyallarimRe: İki Mələk
Tamamile seninle raziyam , Allah komeyin olsun Amin :wink:
-
02-15-2010, 05:09 PMKralica_Re: İki Mələk
Allah razi olsun ::yerivar::
-
02-16-2010, 02:55 PMDamla1Re: İki Mələk
Dünən, tarix oldu. Sabah, bir sirrdir. Bu gün isə bir hədiyyə. --coxxxxxxxx sağ ol cox gözel sözlərdi bular... Mövzuda cox gözel idi.tşəşkürlər ::yerivar:: ::yerivar::
-
02-16-2010, 05:29 PMnigar_01Re: İki Mələk
::yerivar::
-
02-18-2010, 01:57 PMGLAMOURKARe: İki Mələk
Bu movzu hansi arxivden cixib bele. :D
-
02-18-2010, 02:10 PMDamla1Re: İki Mələkhərdən toz silirik də :lol:Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
02-28-2010, 08:50 PMKleopatra_Re: İki Mələk
::yerivar:: Alla razi olsun gozel movzu ucun.
