Qadının şəhadət və orta barmaqda üzük taxması barədə.
Sual:
İnşaAllah, mən bacılar arasında barmağa üzük taxmağın hökmü barədə soruşmaq istərdim. Eşitmişəm ki, şəhadət və orta barmağa üzük taxmaq kafirlərin əlamətlərindəndir. Bu məsələni aydınlaşdırardınız, inşaAllah.
Cavab:
Allaha həmd olsun!
Qadın bütün barmaqlarına üzük taxa bilər. İmam əl-Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir:"Müsəlman alimləri kişinin kiçik (çeçələ) barmağında üzük taxmağının hökmünün Sünnə olması barədə icma ediblər (ortaq rəydədirlər). Qaldı ki, qadına, o istənilən barmağına üzük taxa bilər.
("Şərh əl Nəvəvi alə-Muslim", "Aun əl-Məbud"11/286)
Və Allah ən doğrusunu bilir!
Şeyx Muhəmməd Salih əl-Münəccid.
QEYD: - Fitvada nəzərdə tutulan qadının məhrəmləri yaxud qadınlar arasında istənilən barmağına üzük taxmğıdır. Naməhrəmlərin yanında isə üzük taxmaq haramdır, çünki bu zinətdən sayılır! Eyni qayda barmaqları boyamağa yaxud xınalı əllərlə naməhrəmlərin qarşısına çıxmağa da tətbiq olunur.
_________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin.
Qadının şəhadət və orta barmaqda üzük taxması barədə
Printable View
-
04-09-2008, 01:40 AMSecdeQadının şəhadət və orta barmaqda üzük taxması barədə
-
04-09-2008, 02:00 AMElif
Çox sağol bu melumata göre sahhat bu barede fikirleşirdim men de
-
04-20-2008, 02:18 PMsweety_girlRe: Qadının şəhadət və orta barmaqda üzük taxması barədəNece yeni namahrem birini gördünmü üzüyü çıxarmalısan?? Yada elin xınalıdı bunu nece gizlede bilersen başqasından? Men bunları başa düşmedim. :?Alıntı:
sahhat25 Nickli Üyeden Alıntı
-
04-21-2008, 05:41 PMSecde
sweety_girl yazıb:
sahhat25 yazıb:
[QEYD: - Naməhrəmlərin yanında isə üzük taxmaq haramdır, çünki bu zinətdən sayılır! Eyni qayda barmaqları boyamağa yaxud xınalı əllərlə naməhrəmlərin qarşısına çıxmağa da tətbiq olunur.
Nece yeni namahrem birini gördünmü üzüyü çıxarmalısan?? Yada elin xınalıdı bunu nece gizlede bilersen başqasından? Men bunları başa düşmedim.
Hörmətli sweety_girl. Zinət əşyalarını naməhrəmə göstərməmək möminə bacı və analarımızın borcudur. Xına yaxmaq da bu fitvaya aid edilib.
Açıqlama: Yuxarıda qeyd olunan QEYD-in mənasından belə çıxır ki, qadın naməhrəmlərdən qorunmaq üçün naməhrəm yerlərini gizlətməlidirlər. Məsələn: əllərində əlcək olmalıdır. Amma üzüyü əlcəyin üstündən də taxmaq olmaz. Adəti üzrə möminə xanımlarımız əlcəksiz gəzirlər. Dinimizdə əllərin görünməsi gunah deyil, sadəcə qəbul olunnayan haldır. Lakin, əllərin açıq olmasına ramən zinət əşyalarınıda taxıb bunu başqalarına göstərmiş olduqda həddi aşmış oluruq. Bunlar barədə aşağıda QURAN ayələrində də bildirilib. Bu ayələrdə kəskin olaraq qorunmaq buyurulmuşdur. Ən gözəlini ALLAH bilir.
Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. (ən-Nur. 31)
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.(əl-Əhzab. 59) -
04-23-2008, 07:23 PMsweety_girlAlıntı:
Secde Nickli Üyeden Alıntı
Melumatlar üçün çox sağol. Bunları heqiqeten de bilmirdim. Men yene bir söz demeliyem.:utandim: Çarşaf geyinib elcek taxmaq lazımdır deyilir yazıbsan mence çarşafla elcek lazım deyil bu qadınlara tamamile eziyyet olar :? -
04-24-2008, 02:00 AMSecdeəs salamu aleykumAlıntı:
sweety_girl Nickli Üyeden Alıntı
elə isə mən sizə cavab olaraq sualla cavab verim bu tək sənə deyil, belə suallar verən bacılarımıza ünvanlanır.
1) Hansı qız açıq-saçıq geyinərək gəzməsi zamanı, oğlanların onlara sözlər atıb narahat etməsindən xoşlanır?
2) Örtüksüz gəzəndə də naməhrəmlərin ona baxmasından kim xoşlanır.
3) Qadın bir cövhər olduğu halda onun şəkillərinin reklam və afişalarda gəzməsi normal haldırmı.
hələlik bu qədər -
04-25-2008, 11:20 AMyeshuRe: Qadının şəhadət və orta barmaqda üzük taxması barədə
Salam aleküm qardaşım,
İzahatlara göre çox sağolun.
Bir iki şeyi vurğulamak isteyirem:
Buradaki be'zi izahatlar bir qısım müselman möminin yorumu. Ye'ni 'izahat', Allahın emrlerinin şexsi yorumu/meali. Buna göre de izahatların/meallerin/yorumların altına 'sitat' götürülen kaynağın adı yazılmalı. Ona göre insanlar bilsinler ki, bu izahat hansı mezhebe, hansı Allah adamına ait.
Bir de...
Xınalı eller mövzu: üzük ve lakı bilmirem, amma ele sürülen xınanın elleri gözelleşdirdiyini deyil, çirkinleştirdiyini fikirleşirem. Belke keçmişde 'xına' gözellik üçün işledilen bir kosmetika idi, amma mene göre indilerde heqiqeten deyil. Qızıl diş kimi... yaxşı saç kraskası olmadığı vaxtlarda xanımların Sovyetlerde saçlarını xına ile kraskalaması kimi... Demeli... belke de artıq xına 'cezbeden' bir şey deyil, eqsine göze 'hoş gelmeyen' bir şey... Bunun yerine başqa şeyler var artıq... Meselen elçek nece olmalı? Parçası nece olmalı? En bahalı ve gözel Fransız parçasından istihsal olunan bir elceq geninen bir elin, xınalı elden daha fazla 'diqqet' çekeceyini fikirleşirem.Alıntı:
Secde Nickli Üyeden Alıntı
Bir de izahatlarınıza göre çox sağolun. -
04-27-2008, 09:09 AMSecdeRe: Qadının şəhadət və orta barmaqda üzük taxması barədəəs salamu aleykumAlıntı:
yeshu Nickli Üyeden Alıntı
Diqqətinizə görə təşəkkür edirəm.
doğrusu məini bir neçə fikir ayrıcında saxladınız. Mövzumuz uzun mövzu oldu. Yuxarıda göstərilən ayədə buyurlub ki, "Görünələrini (Yəni əl və üz) istisna olmaqla zinətlərini naməhrəmə göstərməsinlər" Burdan aydındır ki, əl və üz görünür. Bunu daha öncədə qeyd etmişdim ki, əl və üz görünə bilər amma daha yaxşısı tam örtünmədir ki, buda daha çox savab gətirər. Ən önəmlisi isə qəlbimizdə olan "Niyyətdir". Qadın olar ki bütün zinət əşyasını taxar amma onu kimsəyə göstərməya çalışmaz. Gizlər və diqqəti özünə çəkməyə çalışmaz. qadında var ki, ən kiçik zinəti olsa belə onu aləmə bəyan etməya çalışar.
Qaldı xına məsələsi ki, o heçdə pis bir adət deyil. İndi əlimdə olan dəlillərim azdır. Amma dinimizdə xına bir təbabət neməti kimi çox istifadə edilib. doğrudur ki bunu sonradan bəzək kimi istifadə ediblər. Amma onun insan sağlamlığında çox xeyri var. Həttə ən çoxuda qadınlarda. Bu kişilərədə şamil olunur.
