gun erzinde en cox hansi duani oxuyursuz?
Dualar
Printable View
-
03-22-2008, 03:44 AMlove_isDualar
-
03-22-2008, 12:53 PMElif
Hayırlısı olsun :)
-
03-22-2008, 05:21 PMAnel
[b] Həmd, İxlas
Azan, qunut və təşəhh -
03-22-2008, 10:47 PMChaosCastle
Allahın salam və bərəkəti üzərinizə olsun.
Dua kəlməsi, istəmək, səslənmək, yardim diləmək anlamına gəlir.
Quranda dua qulun Qüdrətli olan Allahdan yardım diləmə mənasında işlədilir.
Bundan əlavə dua ancaq Allaha edilir. Əl acıb kimdənsə yardım diləmək Allaha şirkdən başqa bir şey deyildir.
Bir ayədə
Bismillah
2:186 Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.
İnsanlar dua etməyə möhtacdılar. İşi, halı yerində olanda Allahı unutmaq və dua etməmək dua konusunu yanlış anlamaqdır. Fakir, zəngin fərq etməz hər zaman dua etmək lazımdır. Möminlər həm dünya həmdə axirət ücün dua edərlər
Başqa bir ayədə
Bismillah
2:200 - Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldiğınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!
2:201 - Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər.
2:202 - Belə şəxslərin qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!
Ayədən göründüyü kimi həm dünya həmdə axirəti istəmək lazımdır.
Pis gündə, təhlükə hiss etdiyində Allaha yalvarıb ondan yardım diləmək daha sonra bu təhlükədən uzaqlaşdıqda isə duanı unudub və Allahı xatirlamayanların halları isə quranda bir ayədə
Bismillah
10:22 - Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə siqdi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”
10:23 - Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik.
Hər an dua edə bilərsiniz. Quranda gözəl dualar var. Peyğəmbərlərin duası və s
Allah dualarınızı qəbul etsin. İnşAllah
56/26
