MÜSƏLMAN QADIN İFFƏTLİ VƏ ŞƏRƏFLİDİR
Allah, “Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir.” (Kəhf Surəsi, 46) ayəsiylə, insanlara çox əhəmiyyətli bir məlumat vermişdir: Bəzi insanların böyük əhəmiyyət verdikləri, bütün həyatlarını ona həsr etdikləri və əldə etməyə çalışdıqları dünyəvi dəyərlərin hamısı müvəqqəti gözəlliklərdir. Əsl qiymətli və daimi olan isə, insanların sahib olduqları mənəvi dəyərlər və bütün bunlarda göstərdikləri davamlılıqdır. Ancaq bu gerçəyi göz ardı edən kimi insanlar, gerçək dəyərin, qürur və möhtərəmliyin; zənginlik, etibar, mal mülk sahibi olmaq kimi ünsürlərdə olduğunu sanaraq, bunların arxasında qaçırlar. Eyni şəkildə ətraflarındakı insanları da bu ölçülərə görə qiymətləndirib, onlara da, sahib olduqları bu maddi xüsusiyyətlərə görə hörmət, sevgi və heyranlıq duya bilirlər.
Halbuki bütün bunlar Allahın insanların istifadəsinə verdiyi nemətlərdir; ancaq insanları həm Allah Qatında, həm də dünya həyatında qiymətli və üstün edən xüsusiyyətlər isə çox fərqlidir. Qürur, iffət və təmkin, bunlardan ən əsas olanlardır. Bu anlayışlar, möminin təqvasını biruzə verdiyi üçün, bir insana dəyər və məna qazandıran, gerçək mənada hörmət və sevgi oyandıran xüsusiyyətlərdir. Dünyanın ən zəngin, ən gözəl ya da, ən yüksək mövqeyinə sahib insanı olunsa belə, bunların heç biri adama iffətli, təmkinli və şərəfli bir insanın zadəganlığını və üstünlüyünü qazandıra bilməz. Bu xüsusiyyətlərə sahib olan insanın təbii bir heybəti və gözəlliyi, təbii bir ruh dərinliyi vardır. Allah, şərəfi"Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik." (Nisa Surəsi, 31) ayəsiylə, , Quran əxlaqını yaşamada səmimi bir səy göstərən, Özündən gərəyi kimi qorxub çəkinən kəslərə verəcəyini bildirmişdir. Bir başqa ayədə isə Allah, gerçək qüruru Quran əxlaqını yaşayan insanlara verəcəyini belə bildirmişdir:
Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli(üstün və şərəfli) bir mükafat da vardır. (Hədid Surəsi, 18)
Gerçək şərəf, insanın sahib olduğu Allah qorxusu və axirət inancı səbəbiylə, kiçik insanlarla kiçilməməsini, sadə davranışlara, kiçik mənfəətlər əldə etmək üçün kiçik saxtakarlıqlara, yalana, ikiüzlülüyə tənəzzül etməməsidir. İnsanların cahil rəftarlarına yetkin davranışlarla və gözəl əxlaqla cavab verməsidir. Mömin qadın da Allaha olan dərin imanı və qorxusu səbəbiylə, şərəfli və təmkinli bir şəxsiyyət göstərər. Quran əxlaqına uyğun bir davranışın insanı daim üstün mövqeyə gətirəcəyini bilərək, Allahın bəyəndiyi təvazökar və təslimiyyətli əxlaqından heç bir zaman güzəştə getməz.
Allah Quranın bir çox ayəsiylə iffətin əhəmiyyətinə və qadına qazandırdığı dəyərə də diqqət çəkmişdir. Allah, bütün aləmlərin qadınlarına Hz. Məryəmin əxlaqını və iffətini nümunə verdiyini bildirərək, bu xüsusiyyətin insana qazandırdığı üstünlüyü xatırlatmışdır:
Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. (Ali İmran Surəsi, 42)
Allah Quranın digər ayələrində isə iffətin mömin qadının əhəmiyyətli bir xüsusiyyəti olduğunu belə xatırlatmaqdadır:
Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. (Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin... (Nisa Surəsi, 25)
İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehr-lərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar. (Maidə Surəsi, 5)
Bir başqa ayədə isə Allah, iffətin əhəmiyyətini
“... onların (azad və iffətli) tanınması və əziyyət görməmələri üçün ən uyğun olan budur...” (Əhzab Surəsi, 59)
ifadəsiylə bildirmişdir. İffət bir qadına möhtərəmlik və şərəf qazandırmaqda və onun cəmiyyət içərisində əziyyət görməsinə mane olur.
Mömin qadınlar, Allahın Quranda bildirdiyi bütün qanunlara ən gözəl şəkildə tabe olaraq qürur, təmkin və möhtərəmlik qazanmış olurlar. Belə bir insanın bütün hərəkətlərindən, danışıqlarından, hərəkətlərindən, üzündəki ifadədən, baxışlarından, gülüşündən nə qədər iffətli və təmkinli bir kimsə olduğunu anlaya bilmək mümkündür. İffətli bir qadının təbii bir zadəganlığı, insani bir heybəti və etibarlı bir şəxsiyyəti vardır. Allah yuxarıdakı ayədə də, möminlərin bu xüsusiyyətləriylə 'tanındıqlarına' diqqət çəkmişdir. Quranın bir başqa ayəsində isə
“... Əlamətləri, səcdə izindən üzlərindədir...” (Fəth Surəsi, 29)
ifadəsiylə, Allah möminlərin üzlərindən tanındıqlarına diqqət çəkmişdir.
(məqalə harun yahya)
MüsƏlman qadın iffƏtli vƏ şƏrƏflidir
Printable View
-
08-07-2011, 04:38 PMmeridyen2MüsƏlman qadın iffƏtli vƏ şƏrƏflidir
