Cənabət qüslü:
İnsandan spermanın xaric olması və yaxud cinsi əlaqədə olması nəticəsində cənabət qüsulu almaq lazımdır.
Heyz qüslü:
Qadınların adəti üzrə, aybaşı olması nəticəsində heyz qüsulu almaq lazımdır. Heyz qanının müddəti üç gündən az və on gündən çox olmur. Üç gündən az və on gündən çox olan qan isə heyz qanı sayılmır. Qeyd edək ki, qadın ilə heyz halında cinsi yaxınlıq etmək olmaz.
İstihazə qüslü:
Qadınların heyz (aybaşı) adəti günlərindən çox və özlərinin həmişəlik təbiətlərinin əksinə olaraq gördükləri qan, istihazə qanı adlanır və bu qan qadının sağlam olmadığından xəbər verir. Bu halda da istihazə qüsulu alınır.
Nifas qüslü:
Qadının doğuşdan sonra gördüyü qan nifas qanı adlanır və bu qanın on günədək davam etməsi mümkündür. Bu qan bitdikdən sonra, nifas qüsulu almaq lazımdır.
Məssi-meyit qüslü (meyitin bədəninə toxunmaq):
Bədəni soyumuş və hələ meyit qüsulu verilməmiş meyitin bədəninə toxunduqda, “məssi-meyyit” qüsulu almaq lazımdır.
And, nəzir və s. niyyətlə olan qüsullar:
Ola bilsin ki, birisi hər hansı bir işinin düzəlməsi, arzusunun yerinə yetməsi üçün qüsul almağa nəzir etsin. Yaxud bir işin həyata keçəcəyi halda, qüsul alacağına and içsin. Belə olduqda, nəzərdə tutulan həmin məsələ həyata keçdikdə, qüsul almaq vacib olur.
Buradək olan bütün qüsullar tamamilə eyni qaydada alınır. Yalnız bu fərqlə ki, “niyyət” etdikdə hansı qüsul alındığı qeyd olunmalıdır. Məsələn, cənabət qüsulu aldıqda “cənabət qüsulu alıram, qurbətən iləllah (Allaha yaxın olmaq üçün)” niyyəti edilir, heyz qüsulu aldıqda isə “heyz qüsulu alıram, qurbətən iləllah”. (Qüsulun alınma qaydası ayrıca olaraq göstərilir).
Meyit qüsulu:
Müsəlman bir şəxs vəfat edib, bədəni soyuduqdan sonra ona meyit qüsulu vermək lazımdır. Meyit qüsulu ölüyə verilir və digər qüsullardan bir qədər fərqli şəkildə edilir. Meyit qüslü üç hissədən ibarətdir:
1) Sidr suyu ilə verilən qüsl; 2) Kafur suyu ilə verilən qüsl; 3) Xalis su ilə verilən qüsl. Bu barədə xüsusi şəriət kitablarında ətraflı məlumat verilir.
Qüsllər aşağıda göstərilən hər 2 qaydada alına bilər:
a) Tərtiblə bədən üzvlərinin yuyulması;
b) Başla-bədənin bütövlükdə suya girməsi.
Tərtiblə edilən qüslün qaydası:
1. Niyyət edilir (yəni ürəyimizdə deyirik, məsələn): “Cənabət qüslü alıram, vacib qürbətən iləllah”.
2. Əvvəlcə baş və boyun, daha sonra isə bədənin qalan hissələri yuyulur. Başı yuduqdan sonra bədəni sağ tərəfdən yumağa başlamaq daha yaxşıdır. Qulağın, burunun, ağızın içinə suyun dəyməsi vacib deyil. Belə qaydada qüsl, adətən, duş altında, yaxud bir qabla suyu bədənə tökərək alınır.
Qüsl almağın ikinci qaydası isə niyyət etdikdən sonra, dəniz, çay, hovuz və s. kimi yerlərdə başla-bədənin birdəfəlik suya salınmasıdır. Bu zaman əvvəl başın suya salınması şərt deyil, bədən üzvlərinin istənilən hissəsi ilə suya girmək olar. Əsas odur ki, başla-bədən tam olaraq eyni vaxtda suya girsin.
Qüslun 7 növü
Printable View
-
08-06-2011, 07:07 PMBakuQüslun 7 növü
