Sual: Bilmək istəyərdim niyə başqa günlər deyildə islamda cümə günü müqəddəs sayılır?
Cavab:
Cümə; cəm olmaq, toplanmaq mənalarına gəlir. Cümə günü, Müsəlmanlar üçün çox əhəmiyyətli bir gündür. Bu gündə Müsəlmanlar məsciddə toplanıb birlikdə Cümə namazını qılarlar. Topluca edilən bu ibadət, o günü bayram günü dəyərinə yüksəldər. Bu səbəblə Cümə gününə Seyyidül-əyyam, yəni, günlərin etibarlısı, əfəndisi də deyilir. Bütün xeyirli işlərin Cümə günü meydana gəldiyi; tarix boyunca bir çox qüdsi hadisələrin həmişə Cümə günü zühur etdiyi rəvayət edilər. Hədisi şərifdə belə buyurular:
"Üzərinə günəşin doğulduğu ən xeyirli gün, Cümə günüdür. Adəm (ə.s.) o gündə yaradılmış, o gün Cənnətə qoyulmuş, o gün Cənnətdən çıxarılmışdır. Qiyamət də ancaq Cümə günü qopar. " (Müslim, Cumuə, 5)
Çoxlarının zənn etdiyi kimi Cümə günü, iş görmək, xeyirli və faydalı mövzularla məşğul olmaq haram deyil. İş qörmə qadağası, yalnız namaz qılma vaxtına məxsusdur. Namaz xaricində işləmək, alış-veriş etmək mübahdır. Onsuz da ayədə də, namazdan sonra yer üzünə ruzi axtarmaq üzrə dağılın, əmr edilməkdədir.
Salam və dua ilə...
Suallarla İslam Redaktoru
Menbe:suallarlaislam.com
Cümə Gününün Əhəmiyyəti
Printable View
-
08-30-2010, 01:05 PMAzerbaycanliCümə Gününün Əhəmiyyəti
