Allah-Təala insanı yaradanda onun üçün fitrət qanunları qoyub. Quşlar üçün göy üzü, balıqlar üçün dəryalar nədirsə, insanlar üçün xeyirxahlıq etmək, əldən tutmaq, Allahı tanımaq o deməkdir. İnsanın insan ola bilməsi xeyirxahlıqla, başqalarının halını düşünməklə, başqalarına xeyirli ola bilmək duyğusu ilə bağlıdır. Sədəqə, zəkat, həm də insanı tərbiyə edir, onu daha da gözəlləşdirir, xeyirxahlığa sövq edir. Yardım edərkən, əldən tutarkən yaşanan ruhani duyğu, insanın içini liməlim dolduran xoş hisslər əslində ucalıqdır, Allah-Təala yaxınlaşmaqdır, kamilləşmə yolunda irəliləməkdir.
Üzr istəmək
Hz. Əbu Zərr (r.a.) Peyğəmbər Əfəndimizin (s.ə.s.) məşhur səhabələrindən biridir. Bir gün necə oldusa, O qara dərili səhabəyə hirslənir və ağzından qəfil: “Ey qaranın oğlu”- sözləri çıxır. Əslində bu sözlər ağzından çıxdığı an peşman olur, amma bu peşmançılıq qarşı tərəfin könlünü almağa yetərli deyil ki! Əbu Zərr Həzrətləri də bunun kifayət etmədiyini anlayır. Günahını bağışlatmaq üçün hirsləndiyi səhabənin qarşısında yerə uzanır və: “Vallah, bu başımı ayaqlayıb, üstündən keçmədikcə, sən məni bağışlasan da, özüm özümü bağışlamayacağam”,- deyir.
Qonaq
Bir nəfər Peyğəmbər Əfəndimizin (s.ə.s.) qəbrinin yanında ayaqlarını uzadaraq yatan bir adam görür. Ayağı ilə qaba şəkildə onu dürtür və: “Qalx buradan, Peyğəmbərimizin qəbrinə tərəf ayaq uzatmaq olmaz”,- deyir. Uzanmış adam isə ona heç əhəmiyyət vermir. Hər şeyə qarışan adam həmin gecə Peyğəmbər Əfəndimizi yuxusunda görür. Hz. Məhəmməd (s.ə.s.) onun hərəkətlərini bəyənmədiyini bildirir və: “Mən sənin evinə gələn qonağı narahat etmirəm. Bəs, sən niyə mənim qonağımı narahat edirsən?”,- deyir.
Dəyərli oxucular, din könül işidir. Onu məcburi şəkildə qəbul etdirmək olmaz, sadəcə onu sevdirməklə könüllərə yerləşdirmək olar.
Təvazökar
İmam Yusif Əbu Hənifə Həzrətlərinin tələbəsidir. Hənəfi məzhəbinin böyük alimlərindəndir. Qazi olduğu əsnada bir nəfər ona bir sual ilə müraciət edir. İmam Yusif bir az düşündükdən sonra: “Bilmirəm”,- deyir. Həmin şəxs ədəbsiz şəkildə: “O hündürlükdə taxtda oturmusan, özün də hələ bilmirəm də deyirsən?”- deyə öz etirazını bildirir. İmam Yusif taxta baxaraq bunları deyir: “Mən bildiklərimin üstündə oturmuşam. Əgər bilmədiklərimin üstündə otursaydım, başım buludlara dəyərdi”.
Zaman
Fitrət qanunu
Printable View
-
08-27-2010, 12:39 PMAzerbaycanliFitrət qanunu
-
09-08-2010, 12:37 AMXeyallarimRe: Fitrət qanunu
Sədəqə, zəkat, həm də insanı tərbiyə edir, onu daha da gözəlləşdirir, xeyirxahlığa sövq edir
her yasanan gun her acilan seher yasanan cetinliklere baxmadan bele aldiqimiz nefes ucun bele tesekkur etmeyi bacarmaliyiq
sən məni bağışlasan da, özüm özümü bağışlamayacağam.
Allah bizi bele seylerder qorusun ,ele sehvler elemeyek ki , sonda ozumuz -ozumuz baqislaya bilmeyek
Mən sənin evinə gələn qonağı narahat etmirəm. Bəs, sən niyə mənim qonağımı narahat edirsən?”,-
Insanlar insan olduqu ucun kimliyinden asili olmayaraq deyer vermeliyik ,kas ki , bunu her birimiz basa dusub emel ede bilek .
Əgər bilmədiklərimin üstündə otursaydım, başım buludlara dəyərdi”.
insan yasayir ve yasadiqi surece oyrenir ve her ne qeder bilirse bildikleri ona yetmir , oyrenmek hec vaxt gec deyil ve eyib deyil , bax bilmemek ve oyrenmek istememek bu cox boyuk faciyedir
tesekkur movzunuz ucun her kes oxuyub ozune lazim olanin goture biler .
