Daşın daş dili var, quşun quş dili. Otlar öz dilində pıçıldayır, ağaclar öz dilində danışır... Gördüyümüz, görmədiyimiz nə varsa, hər şey Onu çağırır, hər şey Ona yönəlir. Hər şey Ona itaət edir, hər şey Ona ibadət edir.
Bir mübarək Zatın ürəyindən belə bir fikir keçir ki, görəsən Allah-Təala bu ağcaqanadları niyə yaradıb? Bu ağcaqanaddan nə fayda var görəsən?
Sonra da ağcaqanadlar Allah-Təalaya müraciət edirlər ki, bir insanın başından milyonlarla ağcaqanad yaratmaq olardı ki, həmin o milyonlarla ağcaqanad da miylonlarla ağızla Allah-Təalaya dua edərdi.
Hər kəs, hər şey öz dilində Ona dua edir, Ona yalvarır. Çünki hər kəsin, hər şeyin Yaradanı da Odur, yaşadanı da, öldürəni də, o dünyada yerini müəyyən edəni də...
Yaz da olsa, qış da olsa Ramazan könüllərin çiçək fəslidir. Könlünüzdə bu çiçəklər kimi açılan, gülümsəyən duyğular tapmağa çalışın. Könlünüz bahar çiçəyi kimi təravətli, xoş ətirli olsun. Ramazan könüllərin baharıdır. Könlünüzə bahar duyğuları arzulayırıq.
Hər kəs O çağırır, hər şey Ona yönəlir. Onu çağır, Ona yönəl!
ZAMAN
Hər şey Ona yönəlir
Printable View
-
08-15-2010, 11:49 PMAzerbaycanliHər şey Ona yönəlir
-
08-15-2010, 11:55 PMXeyallarimRe: Hər şey Ona yönəlir
Yaz da olsa, qış da olsa Ramazan könüllərin çiçək fəslidir.
COX DUZGUN DEYILMIS BIR FIKIR .
