Səni düşünürəm indi…
Günahimdan çox rəhmətini
Və gəldim…
Nəyim var, nəyim yox isə aldım, gəldim..
Günahlarımla, üsyanlarımla…Olmayan şükrlərim və dualarımla gəldim..
Gəldim ALLAHım…
Elə yorğun gəlişdir ki bu gəliş…
Alacaqsanmı məni hüzur qapısından?
Qapılar önündə qoymazsan məni, deyilmi?
Çarəsizəm indi… Elə çarəsiz…
Hüzurunun o isti iqliminə möhtacam ..
Zaman tükəndi artıq...
Tükəndim, ALLAH’ım..
Ey qəlbimin sahibi..
Ey mərhəmətlilərin ən mərhəmətlisi…
Rəhmətsizlikdən qovrulan könlümə nurlarını yağdırarsanmı… ?
Ey dərdlərin yeganə dərmanı olan..
Ey əzəli və əbədi dostu qullarının…
Gəldim…Burdayam…
Qəbul etməzsən məni ? ‘’Qulum’’ deməzsən?...
Yoxsa almazsan hüzuruna…
“Qul’’ olduğunu unudub qulluqdanan bixəbər bir acizi…
Bagışlayarsanmı məni, ALLAHım?...
Bu qədər günahıma baxıb bağışlayarsanmı?...
Ey Rəbbim, izn ver..
İzn ver hüzurunda günahsız durum..
Günahımı alıb bu yükdən qurtarmazsan?
Bu qədər zamandır etdiyim günahlardandır Sənə çata bilməmişəm…
Sənə gəlişimi əngəlləyən bütün yolları sök ALLAH’ım..
"Qulum’" dediklərin arasına qat məni də..
Sənə layiq qul olmaqla şərəfləndir ALLAHım…
Bağışla, ALLAH’ım..
Günahım çox…Amma Sənin rəhmətin daha çox…
axi Sən rəhmətinin 99%-ni qiyamətdə mömin qullarına saxlayansan…
Hüzurunda boynumuzu bükmə, ALLAH’ım..
Bilirəm …
Bilirəm bağışlayarsan, ALLAHım..
Əksik etmə qəlbimdən rəhmətinin damlalarını..
İzn ver tövbə qapılarını keçim…
Dilimə dəyən hər bir hərf könlümdə yeni dua çiçəkləri yaratsın..
Baharın ölmüş toprağa həyat verdiyi kimi ,
mən də bir həyat tapım ..
Ölüləşmiş qəlbimdən gələn pis qoxular ruhuma dəymədən ,
rəhmətinin xoş qoxuları ilə qəlbimi doldur..
Bizi atəşin əzabından qoru, ALLAHım!!!
ALLAHIM Gəldim
Printable View
-
05-22-2010, 09:20 PMyo_adiosALLAHIM Gəldim
-
05-22-2010, 09:49 PMDeli_UREKRe: ALLAHIM Gəldim
Amin Ya Rebbim.cox gözəl idi zövq aldim cox sagol
-
05-23-2010, 01:02 AMPOWER_RANGERSRe: ALLAHIM GəldimAlıntı:
Bizi atəşin əzabından qoru, ALLAHım!!!
Amin!!!
