[
Bir sərxoş içkinin təsiri ilə məscidə girib bir küncdə oturur, əllərini açıb, belə dua etməyə başlayır:
- Ya Rəbbim, məni Firdövs Cənnətinə qəbul eylə, mənə cənnət saraylarından saray ver, o gözəl Kövsər suyundan içməyi mənə qismət eylə, gözəl hurilərdən mənə də ver.
Bu zaman həmin məscidin müəzzini içəri girir, sərxoşu görür və uca səslə oxuduğu duaları eşidib bərk əsəbiləşir. İstəyir ki, sərxoşun yaxasından yapışıb çölə çıxartsın. Əsəbi halda belə deyir:
- Ey ağıldan, dindən qafil adam, sənin bu məsciddə nə işin var axı? Sən nə xeyir iş gördün ki, Allah-Təaladan o cür şeylər istəyirsən, həm də utanmırsanmı ki, bu sərxoş halınla, bu sərxoş dilinlə Allah-Təalaya müraciət edib, Ondan bu cür nemətlər diləyirsən? Bu heç sənin bu halına yaraşarmı?
Sərxoş müəzzinin sözlərini eşidib ağlamağa başlayır və belə deyir:
- Müəzzin əfəndi, müəzzin əfəndi! Mən sərxoşam, yaxamı burax, mənə toxunma, məni incitmə, qəlbimi qırma. Cənabi-Haqqın mərhəmətindən, lütfündən Onun günahkar qulları da ümidlərini kəsməzlər. Tövbə qapısı hər zaman açıqdır. Allah-Təala elə böyük bir lütf Sahibidir ki, Onun lütfü, mərhəməti, böyüklüyü ilə müqayisədə mən öz günahlarımı böyük hesab etməkdən utanıram. O sonsuz mərhəmətin, lütfün yanında öz əməllərimə, xətalarıma böyük deyə bilmirəm. Mənim sənə sözüm yoxdur, amma sən də əlini məndən çək. Mən səndən bir şey istəmirəm ki, mənim üz tutduğum Allahdır və mən Allah-Təaladan istəyirəm.
Mən Allahdan istəyirəm
Printable View
-
02-24-2010, 06:16 PMAgLaYaN_BuLuDMən Allahdan istəyirəm
-
02-24-2010, 09:11 PMPOWER_RANGERSRe: Mən Allahdan istəyirəm
Allah razi olsun @Emin ::yerivar::
-
02-24-2010, 09:38 PMRuzgar_GuluRe: Mən Allahdan istəyirəm
::yerivar:: :alqis:
-
02-24-2010, 10:07 PMTutu20Re: Mən Allahdan istəyirəm
:meyus: :alqis: COX SAG OL ALLAH RAZI OLSUNN.ALLAH ARZULARINI VERSINN AMIN AMIN :alqis:
-
02-24-2010, 11:28 PMAgLaYaN_BuLuDRe: Mən Allahdan istəyirəm
cox sag olun
-
02-25-2010, 12:19 AM_SoMMeT_Re: Mən Allahdan istəyirəm
sagol Emin bele movzular icin ::yerivar::
