[
Rəbbim...
Səninlə dolub daşdığım bir gecənin səhərində, sarılıram qələmimə..
Möhtacıq köməyinə,
Möhtacıq sevginə…
Rəbbim...
Sən ;
SƏNƏ adanmış bir ömürün nəfəsisisən..
Adını zikr edərkən tir-tir titrəyən bədənim,
Keçmişimi , gələcəyimi əskiksiz bilənimsən…
Rəbbim...
Sən ;
Dilimə dua dua düşən "eşq"sən
Hər dəfə açılan qapımız,
Acizliyimizdən sığındığımız limansan…
Qurtuluşumuz,
Çarəmiz,
Dərmanımızsan…
Rəbbim...
Sən ;
Səhvlərimdən, günahlarımdan qaçıb yönəldiyim Rəhmətsən..
Sən bağışlayıcısan, əfvi sevərsən…
Alınan nəfəsimiz,
Atılan hər addımın hesabı veriləcək bilirəm..
Qorxum, cəhənnəm atəşlərinə düşmək deyil
Dincliyinə çıxacaq üzü tapa bilməməkdir özümdə..
Götürmədən verməyi bilən ,
Sevgini sevən Allahım
Gözümdə yaşlar ,
Ovucumda peşmanlıqlar,
Ürəyimdə sevdan dincliyindəyəm
Kürəyimdə tövbələrim qapındayam…
Rəbbim...
Bizidə də bağışladıqların arasına qoy..
Səndən gəldik və dönüşümüz Sənədir.
Nəsib edəcəyin hər yeni nəfəs,
Sənə qaçacağım yollara açılan bir qapıdır…
Rəbbim...
Gözyaşlarımız ,
Dualarımız
Və şükrümüz yalnız Sənədir…
İçimdə qovrulan ən böyük duamdır
"bizidə də sənə adanmış bir ömürlə əcəlini qucaqlayanlardan et "
Rəbbim
Printable View
-
02-22-2010, 10:43 PMAgLaYaN_BuLuDRəbbim
-
02-22-2010, 11:06 PMTutu20Re: Rəbbim
Rəbbim...
Bizidə də bağışladıqların arasına qoy..
Səndən gəldik və dönüşümüz Sənədir.
Nəsib edəcəyin hər yeni nəfəs,
Sənə qaçacağım yollara açılan bir qapıdır…
INSALLAH REBIM SESIMIZI DUALARIMIZI ESIDER AMIN AMIN AMIN -
02-23-2010, 12:39 AMAseriRe: Rəbbim
::aze:: Tutu, sene cox minnetdaram bu yazi ücün.
Rebbim!
Meni hemise gör, her gün, her saat, her etdiyim islerimde sene ehtiyacim var.
Menim ümidlerimi üzme, Senin mene baqisladiqin heyata biraz da sen qüvvet ver,
Tanrim, Rebbim sen menim penah yerimsen, sen menim yapisacaqim son aqac budaqisan, ele yapismisam ki, ,,,,,,,, -
02-24-2010, 03:11 PMAgLaYaN_BuLuDRe: Rəbbim
Rəbbim
Gerçək mənada məni sən sevdin… Nə qədərləri isə sevər kimi göründü… Amma daim, özlərini sevdilər… Çünki aciz idilər, fani idilər… Özlərinə belə çata bilmədilər ki, mənə çatsalar…
Hamısı Sənə borclu idi varlığını. Hamısının bir canı vardı… Və onlar, öz canları yanmadıqca, anlaya bilmədilər ağrını… Anlayanlar da onsuz da özlərincə bir məna çıxardı…
Sən varsan haqqıyla bilən məni… Hər şeyimlə bilən, hər şeyimlə sevən, bir tək Sən… Sevdiyini bilirəm, çünki sevməmiş olsaydın, o qədər özünlə məşğul etməzdin məni. Sevməmiş olsaydın, axtartdırmazdın beləsi…
Sən sevməmiş olsaydın, sevə bilər idimmi ki Səni?
Sən canımın Cananı… Sənin sevgində vəfanı idrak etdim mən… O bənzərsiz vəfana, cavab verməkdən aciz oldum hər vaxt… Səni, Sənin məni sevdiyin kimi sevməkdən acizəm… Çünki Sən yaradansan, ya mən? Mən, qul olmağı belə bacara bilməyən…
Yalnız Səndə idi təmin… Yalnız Səndə. Bir Sən çatdın mənə… Kəslərlə kifayətlənə bilmədim…
Acı çəkməyi sevər oldum Sənin icazəsinlə. Dərdlərin içində gizlənmiş nə qədər dərman tapdım…
Sevdirdiyincə sevdim Səni… Tapdırdığınca tapdım… Geridə nə varsa fani… Bütün varlıqların hamısı fani… Kimi gözəl, kimi çirkin, kimi orta, amma işdə hər biri fani… Budaqlardakı çiçəklər, göylərdəki buludlar, çöllər, mənbələr həmişə fani… İlğımlar və kölgələr fani…
Çöllərdə qalmağı sevdim Səninlə… Təkdim, izdihamlar içində… Hər şeydə Sənin sənətini görməyi sevdim mən… Hər kəsdə Səndən bir təcəlli tapmağı sevdim… Ulduzlarda nurunu, günəşdə narını, atəşdə harını tapmağı sevdim.
Heç bir şeyə möhtac olmayışını sevdim mən. Əziz oluşunu, Qədri mütləq oluşunu sevdim. Səttar oluşunu sevdim. Elə gözəl bir sirdaş idin ki Sən, kəslərə bir sirrimi vermədin. Günahıma baxmayaraq ucaltdın məni. Şərəf ikram etdin. Əkrəm-ül əkrəminsən…
Qulunu sevməyini sevdim. Ey Rəbbim! Mən unutdum, unutmadın. Mən, adını xatırlamadım, yenə də buraxmadın. Ucalar ucası eşqinə cavab vermək varkən, Səni buraxıb başqalarına yandım… Yenə də imtina etmədin məndən.
Sevdin məni, halbuki, mən Sənə qul belə ola bilmədim. Nankorluq etdim. Yenə də nemətlərini əsirgəmədin.
Şikayət edən, sızlanan, dərd yanan həmişə mən oldum. Sən, səbr etdin. Sən sevdin məni… Mənsə vəfasız bir sevgiliydim. Qiymətini bilmədim.
İndi, camalının həsrətiylə yanıram. Və Sənin söhbətin fani həzzləri məndən yox etdi. O qədər ki, günəşin qovurucu istisində də, sərinlədən küləkdə də, Sənin həsrətin içindəyəm. -
02-25-2010, 12:18 AM_SoMMeT_Re: Rəbbim
tsk ::yerivar::
-
03-01-2010, 04:00 PMAgLaYaN_BuLuDMənim RƏBBİm
Gözəli sevən Rəbbim, mənim içimi nurlarınla gözəlləşdir… İçimin gözəlliyiylə davranışlarım nurlansan!…
Gözlərəmin baxışında Sən olmalı, kirpiyimin ucundakı damlada Sən parlamalısan!…
Sənin yolunda çalışarkən yorulduğum üçün istirahət etməliyəm…
Rahatım da Sənin üçün olmalı yəni, Yuxumda Səni sayıqlamalıyam…
Yollarım Sənə gəlməli həmişə! Dönsə gəzsə yenə Səni tapmalı ünvanlarım!…
Həyatımdakı hər ciddi addımı Sənin üçün atmalı, yenə Sənin üçün qaçmalıyam, Sənin yolunda…
Bağışlamağı sevən Rəbbim, bağışlanılmanın dincliyini yaşatdır mənə…
Günahkar qulunun tək təsəllisi; Sənin hüzurunda üzr istəyərkən, süzülən gözyaşlarıdır…
Bu qədər günahıma baxmayaraq, məni bir sevgiylə rahatlaşdıran; tövbə etməyi nəsib edən Rəbbimin, qullarını bağışlamağı sevməsidir…
Səndən qoparma məni! Sənsiz buraxma ürəyimi… Səndən uzaq qalınca; elə aciz, elə çarəsizim ki…
Səninləykən dincliyim artir. sanki hər şey, hər gözəl şey mənim, bütün xoşbəxtliklər mənimlə…
Dünyanın bütün çiçəklərini iyləsəm, Sənə dua edən zamanı olan dincliyi yenə tapa bilməm…
Ən gözəl sözləri istifadə etsəm Sənin üçün, həmişə Səni söyləsəm danışdığımda; Səni izah etməyə yenə doya bilməm!…
Dostlarını sevsəm; ürəklərində Sən yaşayırsan deyə…
Bütün yaratdıqlarına ibrətlə baxsam; Səni xatırladır deyə…
İçimdəki sevgiyə dair nə varsa etsəm; Səni sevməyə yenə doya bilməm!…
Qulunu bağışlayarsanmı Rəbbim; məni Sən əfv edirsənmi ?!…
Gözəli sevən gözəl! Sənə fəda edəcəyim gözəlliklər ver!…
AMİN....
