[
Əgər yağış yağırsa ... - Birdən ağlınıza uzun zamandır xəbər almadığınız, nə etdiyindən xəbər bilmədiyiniz keçmiş sevgiliniz gəlir.
Əgər arxasınca göy guruldayırsa ... Zəng edib zəng etməmə arasında qalirsiniz. İçinizdən bir səs "zəng et" deyir və o səs gedərək yüksəlməkdədir. Telefon əllərinizdədir, nömrə aglınızda.
Əgər şimşək çaxırsa ardından ... Deməli o da səsinizi eşitdiyinə çox sevinmişdir. "Necəsən" deyə soruşursuz, amma əslındə bilmək istədiyiniz şey "Mənsiz necəsən" dir.Yoldan keçərkən... bir səs eşidirsinizsə və duyduğunuz səs sizə çox tanış gəlirsə, birlikdə paylaşdığınız anlar keçir gözünüzün önündən.
Əgər bir musiqi kecirsə içindən... Söyləmək istədiyiniz çox şey vardır. "Darıxdım" demək istəyərsiniz, amma bunu içinizdə deyirsiz. Eyni şəkildə qarşılıq görməməyə bildiyiniz üçün çəkinirsiniz.
Əgər bir şəklə baxarkən... Axı niyə ayrılmışdıq? Nə idi bu sevgini bitirən şey? Deyə düşünürsüz... Bəlkə adi bir mübahisə, bəlkə bir qısqançlıq. Bəlkə də bir xəyanət… Amma artıq heç bir şeyin mənası yoxdur ... Oradasınız, onun yanında. Gözünüzün önündə onunla olduğunuz anlar vardır.
Əgər [b]illəri sayırsa insan.... Ayrıldığınız ilk anlarda nə qədər da mənasız idi deyə düşünürsünüz, günlər, gecələr keçmək bilməzdi, sayardınız amma bitməzdi.
Əgər gözlərin dolarsa birdən... Gözyaşları hücuma qalxmaga hazır əskərlər kimi gözləməkdədir. Danışdıqca ağlamamaq üçün özünüzü güclə tutarsınız. "Niyə" "Niyə bitdi"... deyə bilməzsiniz, Göz yaşları içinizə axar çarəsiz-çarəsiz. Zəiflıyınızı anlamasını istəməzsiniz.
Əgər bir ulduz itərsə birdən... Deməli ulduzsuz gecələrdə yaşamaga məhkumsunuz ya da özünüzə yeni bir ulduz tapmışsınız
Səhər oyanırsınız və özünüzə sual verirsiniz "Nə idi bu?"... Cavabı yoxdur. Çünkü "Bu elə bir şey"dir... O an yaşadığınız və bəlkə də bir daha heç yaşamayacağınız bir şey...
Əgər..Əgər..Əgər..
Printable View
-
02-10-2010, 11:16 AMKralica_Əgər..Əgər..Əgər..
-
02-10-2010, 11:48 AMsuzi333Re: Əgər..Əgər..Əgər..
Tsk mövzu için
-
02-10-2010, 03:26 PMKralica_Re: Əgər..Əgər..Əgər..
:cry:
-
02-10-2010, 03:34 PMDamla1Re: Əgər..Əgər..Əgər..
Əgər gözlərin dolarsa birdən... Gözyaşları hücuma qalxmaga hazır əskərlər kimi gözləməkdədir. Danışdıqca ağlamamaq üçün özünüzü güclə tutarsınız. "Niyə" "Niyə bitdi"... deyə bilməzsiniz, Göz yaşları içinizə axar çarəsiz-çarəsiz. Zəiflıyınızı anlamasını istəməzsiniz.
:meyus:
