[
Darıxdığınız və qaçırdığınız duyğuları bəlkə də yenidən tapa bilərsiniz...
Sonuncu dəfə nə vaxt darıxmısınız?
Təbii ki, darıxmaq deyərkən, rastlaşdığımız köhnə bir tanışa sərf etdiyimiz sözləri nəzərdə tutmuram.
Məsələn:
- Haralardasan, darıxmışdım sənin üçün?
- Eynilə mən də, çoxdandır ortada yoxsan, narahat idim sənin üçün.
- Görüşək bir gün.
- Mütləq görüşək, aranı bu qədər soyutmayaq.
- Mütləq mənə zəng et, küsərəm yoxsa...
Qətiyyən yuxarıda gedən dialoqdan getmir söhbət.
Bir düşünün...
Saatlardır gözlədiyiniz qatar nəhayət stansiyaya çatdı...
Əllərində çamadanlar, insanlar yavaş-yavaş qatardan enməyə başlayır...
O yoxdu!
Aman Allahım, o yoxdur!
Get-gedə qatardan enən insanlar seyrəlir.
Stansiyada tək-tük insan qaldığı bir vaxtda, qatarın pilləkənlərində görünür...
Bax, o zaman xatırlayırsınız ki, həmişə belə arxaya qalırdı.
İstər-istəməz bir təbəssüm dodaqlarınıza yerləşir.
Göz-gözə gəlirsiniz...
Bax o, hər şeyə dəyən gülümsəmə yenə qarşınızda...
Sizə qovuşub, qucaqlaşana qədər keçən anın dadını həyatda başqa nə vaxt yaşayacaqsınız?
Hətta bir daha belə bir an yaşaya biləcəksinizmi?
Ürəyiniz sanki ağzınızdan çıxacaq, qucaqlayanda qoxusu ciyərinizə dolacaq, fərqində belə olmadan gözünüzdən axan iki damla yaş onun yanaqlarına axacaq...
O an üçün ömür belə verilər, deyilmi?!
Darıxmaq və darıxılmaq üçün çox darıxıram...:(
Bilirəm, sən də yuxarıda oxuduqlarının həqiqət olduğunun fərqindəsən...
Bir də düşün ki, O (istənilən insan ola bilər) sənin üçün darıxır...
Bəs sən necə, darıxmısanmı onun üçün? Məncə daha gözləmə.
Çünki əminəm ki, o, çoxdandır bu sözü səndən eşitmək üçün darıxıb...
Darıxmaq və darıxılmaq üçün çox darıxıram
Printable View
-
02-10-2010, 10:52 AMKralica_Darıxmaq və darıxılmaq üçün çox darıxıram
-
02-10-2010, 11:47 AMsuzi333Re: Darıxmaq və darıxılmaq üçün çox darıxıram
Tsk gözel mövzu için,bekle sms yazım deyim :D
-
02-10-2010, 04:02 PMKralica_Re: Darıxmaq və darıxılmaq üçün çox darıxıram
Darixmisham dostum ucun hemde coxxx :cry:
-
02-10-2010, 08:11 PMje_demeureRe: Darıxmaq və darıxılmaq üçün çox darıxıram
Darixmaq haqqinda yazi gorende bele birteher oluram :(
-
03-19-2010, 11:15 PMje_demeureRe: Darıxmaq və darıxılmaq üçün çox darıxıram
Mən heç bu qədər darıxmadım sənin üçün...
Qovuşacaq belə olsaq sonunda ürəyimi əllərinə buraxdım...
Kim bilər mən yoxkən başqasının ürəyini sahiplənməyəsən deyə…
Mən heç bu qədər darıxmadım sənin üçün...
Daşdan divarlar hördüm önünə...
Baxa bilməsin başqası,sevə bilməsin səni deyə!!!
Hələ bu gün dinlədik mahnıda da;
"bağla gözlərini kimsə görməsin..." deyə!!!
Mən heç bu qədər sevmədim bilirsənmi?
Heç bu qədər ağlayıb sızlamadım,
Heç kimə izah edəcək sözüm yox bu sevdanı..
Heç gücümdə yox bilirsənmi?
Səni sevməkdən başqa heç bir şeyə gücüm yox..
O qədər çəlimsiz qaldım ki səndən bsşqa hər şeyə..
Elə darıxdım ki sənin üçün...
Mən heç belə olmadım və sən heç belə sevilmədin!!!
Elə sevdim ki səni, elə sevdim ki, mən heç kim üçün darıxmadım bu qədər!
Bunu bil yetər!
Sevgi sözünü başqa heç kim üçün belə içdən, belə ürəyim dəlicəsinə çarparaq sərf etmədim bilirsənmi?!
Bağışla,mən daha əvvəl bu qədər sevmədim!
Buna görə sıxdım səni bu qədər,
Məni buraxıb gedərsən deyə qorxumdan sovurdum həmişə təhdidlərimi...
Halbuki mən həmişə özümü təhdid etdim..
Unutsan ölərsən dedim özümə!!! -
03-19-2010, 11:33 PMRuzgar_GuluRe: Darıxmaq və darıxılmaq üçün çox darıxıram
men darıxtım sozunu gördugumde je demura geliyor aklıma onun kadar darıxan yox :meyus:
-
03-20-2010, 01:45 AMAgLaYaN_BuLuDRe: Darıxmaq və darıxılmaq üçün çox darıxıram
Her sey insanlarin elinde darixmaqda darixamaqda
-
03-20-2010, 09:52 AMje_demeureRe: Darıxmaq və darıxılmaq üçün çox darıxıram:( he bir az eledi :( Ama menim elimde deyilAlıntı:
Ruzgar_Gulu Nickli Üyeden Alıntı
-
03-20-2010, 11:14 AMDamla1Re: Darıxmaq və darıxılmaq üçün çox darıxıramDüzgün deyil mene göre.Darixmaq insanin elinde ola bilmez. onda yalandan darixmaq olur o...Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
-
03-20-2010, 01:49 PMcanbellRe: Darıxmaq və darıxılmaq üçün çox darıxıram
men darixanda mene hec ne komek etmir.ozu kecir
