Sənsən mənim axtardığım hüzur.
Əvvəlidə, sonuda gerçək olan məhəbbətimin xəyali sonluğu.
Sənsiz bu həyat mənə nə qədər ağır, nə qədər dözülməz görünərdi.
Amma nə yaxşıki, sən varsan.
Məni görməsəndə, sevməsəndə, duymasanda nə fərq edər?
Sənki, varsan.Səni uzaqdan görmək, sənin varlığını hiss etmək, sənin nəfəs aldığın hava ilə nəfəs almaq belə mənə yetər.
Yetərki, sən ol.Mən sənin eşqinin diləncisiyəm.Yeganə sevincim , təsəllim sənsən.
Sənə çox ehtiyacım var.Səni sevirəm yalnız səni.
Sənsiz bu həyat mənə günəşsiz gün kimi, ulduzsuz gecə kimi görünərdi.
Amma nə yaxşıki, sən varsan!
Kim bilir sən olmasan gündüzlərim nə qədər uzun, gecələrim nə qədər qaranlıq keçərdi.
Gözlərinin zərrəcikləri belə mənə yetərki qaranlıq ömrüm işıqlansın.
Bunu məndən esirgəmə.Sənin varlığındı məni yaşadan, həyata bağlayan.
Sənin yoxluğunu hiss etdiyim an yox olardım.Ölüm mənim üçün başlanğıc olardı.
Inan…..Gözlərim ancaq səni görür, ürəyim yalnız sənin üçün döyünür.
Hər yerdə səni axtarıram.Hər an səni gözləyirəm.
Mən səni sevirəm, bir tək səni.Sən ürəyimdə əbədi məhkumsan.
Cəzan ömür boyu sevilmək.
Cəzam ölüncəyə qədər sevmək.
Səni sevmək, səni yalnız səni…..
Fikirləriniz . . .
[
Səni sevmək
Printable View
-
02-04-2010, 09:31 AMPOWER_RANGERSSəni sevmək
