An olar, dəli sevdamın susqunluğunu yüklənərəm bir başıma.
An olar, görüşər ürəklərimiz ən günahsız sevda yollarında.
Ümid ki, bitmiş daha yolun ən başında...
Nə yolumdasan,nə yolsan sən mənə...
Bilməzdim işıqsız yollarda ümidə qovuşmanın yorğunluğunu,
Bilməzdim, ümidin bir rənginində qara olduğunu.
[
Gecə olar, ən parlaq ulduza ilişər dalar gözlərim...
Gecə olar, birdən axar gedər yoxluğuna ulduzum.
Kölgən ki, düşmüş ürəyimə..
Nə yaxınsan,nə uzaqsan sən mənə.
Bilməzdim xəyalının aynalarda da danışdığını...
Bilməzdim, gözlərinin səmada da dayandığını.
[
Gün olar, buz dağından qopan bir buz parçası qədər soyuq,
Gün olar, isidər kainatımı günəşimin içimə çəkdiyi üfüq...
Sevgin ki, yandırmış atəşiylə,
Nə istisən,nə soyuqsan sən mənə..
Bilməzdim sevginin də atəşdən bir gül olduğunu..
Bilməzdim, göyqurşağının da çiçək kimi solduğunu...
[
Mövsüm olar, damarlarımda gəzən qan cəhənnəm istisində qovrular...
Mövsüm olar, ürəyimdə qopan fırtınalar qızğın səhralara sovrular...
Şəfqətin ki, qucaqlamış ruhumu...
Nə əllərindəyəm,nə əllərimdəsən sən mənim..
Bilməzdim,yağışın suyu da həsrətiylə qurutduğunu,
Bilməzdim,meşədə gəzişən yaralı bir ceyranı ürəyindən vurduğunu...
[
Sevinc olar qəhqəhələrlə ağladığıma gülər keçərəm...
Sevinc olar, xoşbəxtliyi qağayıların səsindən dinlərəm.
Təbəssüm ki, dönmüş hıçqırığa içimdə...
Nə yalansan,nə doğrusan sən mənə...
Bilməzdim bir təbəssümün gözyaşı gətirdiyini.
Bilməzdim, dodaqlar gülümsəyərkən ürəyə qan dolduğunu..
Bilməzdim...
Printable View
-
02-02-2010, 04:29 PMje_demeureBilməzdim...
-
02-02-2010, 04:38 PMKralica_Re: Bilməzdim...
::yerivar:: Cox gozel
-
02-02-2010, 05:24 PMRuzgar_GuluRe: Bilməzdim...
Bilməzdim, dodaqlar gülümsəyərkən ürəyə qan dolduğunu.. :meyus: ::yerivar::
-
02-02-2010, 09:20 PM_SoMMeT_Re: Bilməzdim...
::yerivar:: ellerine saglik canim
