Sən-
Tozlu rəflərdə unudulmağa üz tutmuş, bəlkə dəfələrlə oxunmuş, bəlkə çox vaxt yarım buraxılmış, bəlkə də oxuyanın istədiyi sonla bitmədiyi üçün mənasızlaşmış hüzünlü bir hekayə kimisən artıq...
Mən-
Köhnə zamanlara xas ağ-qara bir şəklin içində; ağlayan gözlərlə, getməkdə olan bir adama baxan, bir az sevgi əskikliyi ilə yıxılmış bir qız uşağı surətində bu hekayənin qapağını bəzəməkdəyəm...
[
Fərdi hekayələr həyatın axışı içində ortaq hekayələrə çevrilə bilər...
Eynilə səninlə mənim fərdi olaraq başlayan, zaman içində səndən məndən uzaqlaşan,bizə çevrilən hekayəmiz kimi...
Bir hekayəyə sığdıra bildiklərimin hamısını sığdırdım nə varsa sənlə...
Bir az sevilmişlik...
Bir az sevmişlik...
Bir tutam ümid...
Bir ovuc gözyaşı...
Bir az kədər,bir az xoşbəxtlik
Və sonda ayrılık
[
Əllərinin titrəməsi, gözlərinin vaxtsız dolması, dodaqlarının sus payı büzülüşü, kimsənin eşidə bilməyəcəyi səssiz qışqırıqların içində əks səda etməsi yazılması və tərifi çətin duyğulardır...
Buna görə yazmaq yaşamaqdan hər daim daha asandır...
Amma yazdığın giley dolu bir səsləniş, həzm etməyi bacara bilmədiyin bir ayrılığın giriş cümləsi isə...
Bax o an yaşananları yazmaq da bir o qədər çətin gəlir yazana...
Boğazında düyünlənən hıçqırıqların səbəbindən bilərsən,anlarsan bu çətinliyi...
[
Hər şeyin mənasız qatran qarası olduğu zamanlar qucaqlamışkən dörd bir tərəfi Sətirlərlə işıqlandırmaq istər insan ruhunu,
Buna görə də hər yazı içində bir tutam ovuntu saxlayaram məndəki yoxluğunun məlhəmi olsun deyə
En pisi isə başlanğıcda bütün varlığım dediyiniz insanın ayrılıq vaxtında heçliyinizə bürünməsi...
Həyat kimi...
Gələnlər və gedənlər olar...
Gələn hər şeyin, gedən heç bir şeyin olar...
[
Neçə gecəni səhərə əmanət etməyin lazımdır bilə bilməzsən...
Tutulmamış sözlərin hesabını soruşarsan boş divarlardan...
An olar ağlarsan, an olar ürəyini qanadarsan...
Yara qabıq bağlar sanarsan, buna inanarsan...
Qanadıqca bəzi yaraların bağlanmayacaq olduğunu anlarsan...
Keşkələr tutar dörd bir yanını,
Heç sevməmiş olmağı diləyərsən...
Unutmaq üçün dualar edərsən...
Yenə də sızlayar ürəyin ən zəif yerindən...
[
Tapılması çətin bir tapmaca...amma yenə də mənə görə:
Eşq kəpənək kimidir...
Ya ömrü günlükdür...
Ya da ömürlükdür
[
Ya ömrü günlükdür...Ya da ömürlükdür...
Printable View
-
01-31-2010, 02:53 PMje_demeureYa ömrü günlükdür...Ya da ömürlükdür...
-
01-31-2010, 02:56 PMNuriyeVRe: Ya ömrü günlükdür...Ya da ömürlükdür...
vayyy yerri oxudum çox beyendim ve bunu men buran oğurladım :( ela idi insanı alır başqa yerlere götürür
-
01-31-2010, 03:04 PMje_demeureRe: Ya ömrü günlükdür...Ya da ömürlükdür...Beyenmene sevindim...:)Alıntı:
NuriyeV Nickli Üyeden Alıntı
-
01-31-2010, 03:27 PMAgLaYaN_BuLuDRe: Ya ömrü günlükdür...Ya da ömürlükdür...
cox gozel tebrik hem hekaye hemde orda ki sekil ::yerivar::
-
01-31-2010, 03:41 PMje_demeureRe: Ya ömrü günlükdür...Ya da ömürlükdür...Tesekkurler patron :)Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
-
01-31-2010, 04:33 PMzeynalov_Re: Ya ömrü günlükdür...Ya da ömürlükdür...
:alqis: ::yerivar:: :alqis:
-
01-31-2010, 06:32 PMGLAMOURKARe: Ya ömrü günlükdür...Ya da ömürlükdür...
Yazan ellerin var olsun.Insallah senin sevginin omru omurluk olar. :aferin: :aferin: :aferin: :aferin: :aferin: :aferin: :aferin: :aferin: :aferin:
-
01-31-2010, 06:39 PMje_demeureRe: Ya ömrü günlükdür...Ya da ömürlükdür...tesekkurler :)Alıntı:
zeynalov_ Nickli Üyeden Alıntı
Amin canim...:canim: Tesekkurler..Teki butun sevgiler omurluk olsun :rose:Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
