:meyus:
Şer deqiqeleri
Printable View
-
01-27-2010, 10:41 AMPOWER_RANGERSRe: Şer deqiqeleri
-
01-27-2010, 02:04 PMsuzi333Re: Şer deqiqeleri
Bir uşaq doğulmağı gözləyər
Bir ağır xəstə ölməyi
Bitkilər yağış və günəşi gözləyər
Tək bir qadın sevilməyi
Və düşün ki bir adam
İçində bütün gözləyənlərin qorxusu və ümidi
Səni gözləyər
Asılmağı gözləyən bir edam məhkumu kimi
Sən gələnə qədər
Pəncərəm bağlı dayanacaq
Külək gəlməsin deyə
Artıq pərdələri açmayacağam
Gün işığı girməsin deyə
Sonra məhv olacağam
Bu qaranlıq da, bu dərin təklik də
Və günlərlə gecələr tərəfindən qışqıracağam
Hardasan deyə, hardasan deyə???
Bir gün bu qapıdan sən girəcəksən
Bilirəm
Gec-tez bu gözləyişin bir sonu gələcək
İllərcə sonra
Öldüyüm gün belə gələcəksən...
Bütün bu gözləyişlərimi və öldüyümü unudub
Uşaqlar kimi sevinəcəyəm
Qalxıb sarılacağam əllərinə
Uzun uzun ağlayacağam.......
Burdasan,burdasan,mənimsən ...
Düşüncələrimin,ürəyiminsən...
Sən hər şeyinlə həmişəlik mənimsən.....
-
01-27-2010, 02:07 PMAgLaYaN_BuLuDRe: Şer deqiqeleri
::yerivar::
-
01-27-2010, 03:30 PMTutu20Re: Şer deqiqeleri
Günlərdir arayıb sormursan məni,
Barı bir zəng elə, daniş insafsiz.
Taleyimə belə biganə olma,
Hərdən əhvalımı soruş vəfasız.
Vaxt vardı axtarıb sorardın məni,
Hər gundə yüz dəfə arardın məni,
Harda olsam yenə tapardın məni,
İndi gəl halımı soruş vəfasız.
SUPER SEYLERDI HEQIQETEN UREYIME ISLEDI. COOOO SAG CANİM ::yerivar:: ::yerivar:: ::yerivar:: ::yerivar:: ::yerivar:: -
01-31-2010, 07:47 PMje_demeureRe: Şer deqiqeleri
Ellerinize saglik ::yerivar::
Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
Superdiler :alqis: -
01-31-2010, 09:25 PM_SoMMeT_Re: Şer deqiqeleri
ay masallah !!!
esqin mehebbeti dusub yadima qara goz yaslarin sil qadoy alem :lol: :lol: -
01-31-2010, 11:34 PMsuzi333Re: Şer deqiqeleri
[
H er türlü zorluluğa karşı
A rkamda oluşunu bilmektir;
Y aşarken nefes almak...
A şka dair her anlamı
T amamlayan varlığın,
I şık saçarken yüreğime
M ümkün değildir
I ssız tenhalarda eriyip gitmek...
N edensiz bir gülüşsün dudaklarımda...
A şığınım yar...
N akşettim yüreğime ismini...
L akin varsa ayrılık kaderimizde,
A şkı musallaya yatırırım ruhumu...
M ühürlerim kaderimi...
I smarlarım ölüme düşlerimi...
P.S.Bas herfleri oxuyun :wink: -
02-01-2010, 10:28 AMPOWER_RANGERSRe: Şer deqiqeleri
Madamki içində o atəş söndü
Bir daha yandırmadan gedə bilərsən
Aglında qalmasın bu son baxışlar
Üzüme baxmadan gedə bilərsən
Illərdir verdiyin kədəri görmə
Üstümə yıxdığın qüssəni görmə
Ömrümdən aldığın günləri görmə
Mənidə görmədən gedə bilərsən
Sən düşün yaranı kimlər saracaq
Sən düşün könlünü kimlər alacaq
Bir an öncə yox ol oldu olacaq
Bir vəda etmədən gedə bilərsən
Demək mənəm gunahkar sən isə haqlı?
Mən zalım bir düşmən sən isə vefalı?
Ən gözəli alıb məni isə atmalı?
Məni bağışlamadan gedə bilərsən
Çalışma özünü vəda etməyə
Çalışma gözüən yaşlar tökməyə
Məcburda deyilsən bir şey deməyə
Heç bir şey demədən gedə bilərsən -
02-01-2010, 10:53 AMDamla1Re: Şer deqiqeleri
Məni yormayın! - Çox tənbələm...
Mənə yalan deməyin! - Nifrət edirəm!
Mənnən heçnə soruşmayın! - Bilmirəm!
Ciddi olmayın! - Mən gülürəm...
Gəl deyin! - Gələrəm!
Dərdin var? - Dinləyərəm...
Çox çətindi? - Cəhd edərəm!
Məni sevmə! - Mən sevə bilmirəm!
:meyus: :meyus: -
02-01-2010, 11:11 AMDamla1Re: Şer deqiqeleri
EŞQ BAĞIMIN SOLDU QÖNÇƏ GÜLLƏRİ,
SƏN GEDƏLİ HƏDƏR OLDU İLLƏRİM.
YAŞAMAĞA HƏVƏS YOXDUR NEYLƏYİM ?!
QAYIT DESEM QAYIDARSAN ? BİLMİRƏM !
UZUN EŞQ YOLUMUZ SONAMI ÇATDI?
YOXSA BİTDİ hƏR ŞEY YARIMÇIQ QALDI?
SENDEN MƏNƏ YALNIZ XATİRƏ QALDI.
QAYIT DESEM QAYIDARSAN ? BİLMİRƏM!
QAYIDARSAN, QAYIDARSAN DEYİRƏM,
ÜMİDMİ EDİRƏM BİLƏ BİLMİRƏM.
MƏN SƏNƏ SEVGUİLİM QAYIT DEYİRƏM
QAYIDARSAN SÖYLƏ GÖRÜM GERİYƏ? :meyus:
