-
Meni UnuTma...
[
Bir gün gələr unudarmış insan
Ən sevdiyi xatirələri belə
Heç olmasa sən hər gecə yorğun səsiylə
Saat on ikini vurduğu zaman
Məni unutma
Çünki mən hər gecə o saatlarda
Səni yaşar və səni düşünərəm
Xəyal içində pərişan yeriyərəm
Sən də qaranlığın susduğu yerdə
Məni unutma
O saatlarda səpilər gülüşün
Bir ovuc su kimi içimə, ey yar
Sənin də başında o dəli külək
Dəli dəli əssə bir gün
Məni unutma
Mən ayağımda çarıq, əlimdə əsa
Sənin üçün bu yollara düşmüşəm
İllər sonra sənə dönüşüm
Bir məhşər gününə rast gəlsə də
Məni unutma
Hələ səndədirsə yaşıl paltarın
Onu bir gün mənim üçün geyin
Saxsıdakı bənövşəyi qərənfildə çiy
Və bağçanda yorğun bir quş görsən
Məni unutma
Böyük ağrılara alovlandığım gün
Çox uzaqlarda olsan da yenə gəl
Bu ölərcəsinə "sevdiyin"ə gəl
Nə olar Tanrıya qovuşduğum gün
Məni unutma.
Heç bir zaman unudulmamanız diləyiylə...
-
Re: Meni UnuTma...
-
Re: Meni UnuTma...
Unutmaram qorxma.Men unudanlardan deyilem :(
-
Re: Meni UnuTma...
Bir gün gələr unudarmış insan
Ən sevdiyi xatirələri belə
Heç olmasa sən hər gecə yorğun səsiylə
Saat on ikini vurduğu zaman
Məni unutma :meyus:
-
Re: Meni UnuTma...
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.