-
BİR DƏ QAYITMA
[
BİR DƏ QAYITMA
Onsuz da hər şeyi məhv etmişik biz,
Qayıtma, nə olar, bir də qayıtma!
Yaşanan günləri unutmuşuq biz,
Qayıtma, nə olar, bir də qayıtma!
Bir daha geriyə dönən deyiləm,
Mən sənin oduna yanan deyləm,
Qarşında bu qədər sınan deyiləm
Qayıtma, nə olar, bir də qayıtma!
Belə oyunları istəmirəm mən,
Oyunlu anları istəmirəm mən,
O sənli günləri istəmirəm mən,
Qayıtma, nə olar, bir də qayıtma!
Sevdamın alovu sönübdür artıq,
Ürəyim soyuyub, donubdur artıq,
Qəlbimə dəymisən, sınıbdır artıq,
Qayıtma, nə olar, bir də qayıtma!
Olanlar olubdur, unut onları,
Keçmişdə qalıbdır, unut onları,
Duyğular ölübdür, unut onları,
Qayıtma, nə olar, bir də qayıtma!
-
Re: BİR DƏ QAYITMA
Sənsiz
Sən gedəndən artiq neçə il keçib
Hələ də özümə gəlməmişhem mən
Qəlbimə adını necə yazmışam,
Elə də qalıbdı,silməmişəm mən.
Sən getmək istədin,mən qucaqladım
“Getmə,yalvarıram”deyib saxladım
Yadındamı o gün necə agladım?
O zamandan bəri, gülməmişəm mən.
Həz alırdın məni ələ salmaqdan
İçimdən sirrimi bir-bir almaqdan
Deyəndə ”qorxuram tənha qalmaqdan “
Qururla deyirdin “ölməmişəm mən”.
-
Re: BİR DƏ QAYITMA
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.