Yağışın olacağam. Yağışın olub hər dəfə yağacam sən darıxanda. Mənə baxacaqsan pəncərəndə. Seyr edəcəksən məni. Sevəcəksən məni. Xəyallara dalacaqsan.. Mənə toxunmaq istəyəcəksən. Əllərini pəncərədən çıxarıb toxunacaqsan. Damla-damla məndə sənə toxunacam. Daha da yaxın olmaq istəyəcəksən. Damlalarımla islanmaq istəyəcəksən. Dahada sürətli yağacam. Yağacam, süzüləcəm yanaqlarından. Üşüyəcəksən. Damlalarımla isidəcəm səni. Yağışın olacağam. Pəncərənə yağacam. Adımı yazacaqsan pəncərənə.
Ürəyindən çıxıb gəzmək keçəcək. Gəzəcəksən. Məndə sənlə bir gəzəcəm. Narın-narın yağacam. İslanacaqsan. Göylərə baxıb sevgimə vurulacaqsan. Məni yox səni sevməyimi sevəcəksən. Mənsizliyə darıxacaqsan. Gözlərin dolacaq. Ağlayacaqsan. Göz yaşlarını siləcəm damlalarımla. Oturub bir anlıq keçən günlərimizi düşünəcəksən. Yenə mənsizliyə darıxacaqsan. Əvvəlki günlərimizə dönmək istəyəcəksən. Gec olduğunu anlayacaqsan. Dahada güclü yağacam. Heyran olacaqsan mənə, sevgimin hələdə var olduğuna inanacaqsan.
Titrəyirsən. Kəsəcəm, daha yağmayacam. Toxunmayacam daha sənə, süzülməyəcəm yanaqlarınnan. Daha çox darıxacaqsan. Yenə yağmamı istəyəcəksən. Məni seyr etmək istəyəcəksən, mənə toxunmaq istəyəcəksən. Yenə pəncərəndən məni izləmək istəyəcəksən. Daha yağmayacam.
Düşünməki bir gündə başqası üçün yağacam, başqasının yağışı olacam. Yox! Mən ancaq sənin yağışın olacağam. Həmişə sənin üçün yağdım. Səni sevdiyim üçün yağdım. Səni izləmək üçün yağdım. Mənə toxunduqca məndə sənə toxundum. Damlalarımla tutdum əllərindən. Damlalarımla öpdüm səni.. Damlalarımla tumarladım saçlarını. Pəncərədən məni izləyəndə məndə sənə baxdım. Mənsizliyə ağlayarkən məndə sənsizliyə ağladım. Yağışın oldum. Sənə yaxın oldum. Səni hər damlam qədər sevdim. Qorxdum xəyallarını yuyub aparmağımdan. Narın-narın sanki nəğmə kimi yağdım. Yavaş-yavaş saçlarında qurudum. Məni sənə xatırlatdığı üçün küsmə yağışdan. Mən xatirəyə çevrilən damcılar oldum!
Yağışın olacam...
Printable View
-
01-05-2010, 11:34 PMzeynalov_Yağışın olacam...
-
01-05-2010, 11:36 PMAgLaYaN_BuLuDRe: Yağışın olacam...
:alqis: :alqis: :alqis: eladir
-
01-05-2010, 11:38 PMzeynalov_Re: Yağışın olacam...
Çox sağol sen beyendinse demek hamı beyenecek :D
-
01-05-2010, 11:41 PMAgLaYaN_BuLuDRe: Yağışın olacam...Heqiqeten ela idi yaxsiya yaxsi demek lazimAlıntı:
zeynalov_ Nickli Üyeden Alıntı
-
01-05-2010, 11:45 PMzeynalov_Re: Yağışın olacam...
Hə sağolll
-
02-16-2010, 02:26 AMAgLaYaN_BuLuDRe: Yağışın olacam...
:meyus: :meyus: :meyus:
-
02-21-2010, 05:31 AMrihannaRe: Yağışın olacam...
:alqis: :alqis: superdi. Ela
-
02-21-2010, 06:40 AMRuzgar_GuluRe: Yağışın olacam...
:meyus: gercekten yaxsi
-
05-19-2010, 08:56 PMAgLaYaN_BuLuDRe: Yağışın olacam...
[
Yağ yağışım.Xəbər apar sevgilimə.Onsuz darıxdığımı ona demə.Çox güclü yağma oyatma sevgilmi yuxularından.Narın-narın yağ yağışım.Damlalarınla islat getdiyimiz o yolları.İslat itir o izləri.Yağ yağışım sevgilimin pəncərəsinə yağ səhərə qədər.Onu sevdiyimi yaz pəncərəsinə damlalarınla.Yağa-yağa yuxularına apar məni sevgilim.Apar yuxularda gəzək damcılarının altında.
Qucaqlaşaq,islanaq biz sən bizim üçün yağ yağışım.İslat bizi,qısqanma sevgimizi..Gözlərinnən süzülərək yağ mən silim o damlaları.
Yağ yağışım.Xəyallarını gətir mənə sevdiyimin.Yağ yağıçım oturaq biz sənə baxaq,sənə heyran olaq.Hər damlan qədər olduğunu anlayaq bu sevgimizin.Yağ yağışım ağlayanda sil göz yaşlarını sevgilimin.Ne vaxtsa darıxsa sən onun üçün yağ.Yağ yağışım bizim olan mahnıları dinlət ona həzin-həzin.Üşüyəndə isit onu.
Mən idim o yağışım dediyim.Mən idim darıxanda sənin üçün yağan yağış.Mən idim üşüyəndə səni isidən.Mən idim pəncərənə səni sevdiyimi yazan.Mən idim ağlayanda göz yaşlarını silən.Çünki ancaq sənin yağışın olmuşam həmişədə sənin yağışın olacağam.. :sorry: -
05-19-2010, 09:07 PMcanbellRe: Yağışın olacam...
::yerivar:: Avatar da eladi,hele mövzunu demirem :(
