Mənə sevmədiyini söylə..
Əgər sevmədiyin halda: günləri saymaqdısa, gecə zənglərini gözləməkdisə, sadəcə söhbət etməkdisə...
O zaman mənə sevmədiyini söylə...
Əgər halsız olduğum halda səni çağırışım və sənin həmin an gəlişin sadəcə görməkdisə...
O zaman mənə sevmədiyini söylə...
Əgər uzun müddət sonra yenidən qovuşmağımız və həsrətə son qoymağımız, sadəcə təsadüfdürsə..
O zaman mənə sevmədiyini söylə..
Əgər yuxusuz gecələrin, yorğun anların, hirsli vaxtların sadəcə düşünülməmişsə...
O zaman mənə sevmədiyini söylə...
Əgər : “ Sənsizik mənim məhvimdir,” “ Səni sevirəm”, Mənimsən” kəlimələri sadəcə boşdursa...
O zaman mənə sevmədiyini söylə...
Əgər “qoxumu hiss etmək”, ”səsimi səssizcə dinləmək” hətta danışığımı belə mənimsəmək sadəcə keçirilmiş vaxtdırsa...
O zaman mənə sevmədiyini söylə...
Əgər günlərlə həsrətimdə olmaq, darıxmaq, sadəcə xatirələrlə kifayətlənməkdisə...
O zaman mənə sevmədiyini söylə..
Əgər mənə görə mübarizə aparmaq, məni hər şeydən qorumaq, sadəcə özünü nümayiş etdirmək idisə...
O zaman mənə sevmədiyini söylə...
Əgər süni hərəkətlərin, süni danışığın və gülüşlərin sadəcə unutmaq istəyi deyilsə...
O zaman mənə sevmədiyini söylə...
Əgər yaşanmış uzun zaman, küsülü və barışıq anları, sadəcə itirilmiş vaxtdırsa...
O zaman mənə sevmədiyini söylə...
Əgər qürur və hirsdən keçə bilmirsənsə, sadəcə edilən səhvi düşünürsənsə...
O zaman mənə sevmədiyini söylə...
Əgər bu qış aylarında soyuqluğu hiss edə biləcəksənsə, tənhalıq və mənsizlikdən qorxmursansa...
O zaman mənə sevmədiyini söylə...
Əgər başqalarında məndə görmədiyin qayğı və diqqəti axtarırsansa, sadəcə unutmağa çalışırsansa...
O zaman mənə sevmədiyini söylə...
Məni sevdiyin halda belə, əgər o sevgi sənə və mənə əzab verirsə...
Mənə sevmədiyini söyləmə...
Mənə sevmədiyini söylə.............
Printable View
-
01-05-2010, 11:27 PMAgLaYaN_BuLuDMənə sevmədiyini söylə.............
-
01-05-2010, 11:31 PMzeynalov_Re: Mənə sevmədiyini söylə.............
:alqis:
-
01-05-2010, 11:32 PMAgLaYaN_BuLuDRe: Mənə sevmədiyini söylə.............cox sag ol qadasiAlıntı:
zeynalov_ Nickli Üyeden Alıntı
