Ayrılıqlardan yoruldum,
Hər tapanda itirməkdən.
Hər görəndə yoxa çıxmandan,
Hər baxanda gorməməkdən.
Hər toxunanda hiss etməməkdən,
Hər dinləyəndə eşitməməkdən,
Hər addımlayanda gedə bilməməkdən,
Əl uzadanda toxuna bilməməkdən YorulDuM
************************
Sənsizliyə üsyanım var,
Sənsiz açılan sabahlarıma.
Ömür səhifəmə sənsiz yazılan günlərimə,
Sənsiz nəfəs alışıma.
Sənsiz gülüşümə,
Mənə sənsiz baxan gözlərə.
Məni sənsiz göstərən aynalara,
Sənsiz gələn sabahlarıma ÜsYaNIM VaR.
************************
Bir gün mənə gələcəyinə ümidim var,
Səni sevirəm deyəcəyinə.
Səni heç kəs əvəz edə bilmədi deyişinə,
Sənsiz yaşamaq,
Hətta sənsiz yaşlanmaq istəmirəm deyəcəyinə ÜmiDiM vAR.
************************
Mən çox-sən az sevirsən fərq var,
Mən zəif, sən güclü.
Mən dəli, sən dəliqanlı,
Mən qız, sən oğlan.
Mən sevən, sən sevilən FərQ VaR.
************************
Sənin olan mənə sevgim var,
Sənin varlığına.
Sənin gülüşünə, yerişinə,
Sənin ümidverici sözlərinə.
Sənin səs tonuna,
Sənin süzgün baxışına SevGiM VaR.
************************
Səni məndən alan insanlara nifrətim var,
Cavabsız qalan zənglərimə.
Bilinməyən ünvanlara,
Eşidilməyən səsimə.
Acizliyimi üzə çıxaran göz yaşlarıma,
Məni yenən sevgimə NiFrəTiM VaR...
Ayrılıqdan yoruldum...
Printable View
-
01-05-2010, 01:30 AMzeynalov_Ayrılıqdan yoruldum...
