Atəş vurdu getdi hara
Ürəyimi saldi tora ,
Qəlbim oldu para-para,
Esq aparar hara məni
Sevgisiz bu həyat heçdi,
Təkcə gözüm onu seçdi,
Eşqin şərbətini içdi,
Gözlər saldi tora məni.
De mən hara,həsrət hara,
Yarim getdi uzaqlara .
Onsuz keçir günüm qara,
Saldi zülmə, zora məni.
Xəyaləyla qoşa durdum ,
Qəlbimdə toy-büsat qurdum ,
Kimi gordum ,onu sordum ,
Həsrət yaxdə qora məni
Qış getməsə bahar olmaz ,
Gül, çiçəklər açəb solmaz ,
Bu dünya heç kimə qalmaz ,
Saldi nədən dara məni
Gözüm yolda, könlüm xəstə,
Gəl Qəmərdən cani istə ,
Dayanib yolunun üstə ,
Yar gəlib apara məni.
Yar gəlib apara məni
Printable View
-
01-02-2010, 05:32 PMNuriyeVYar gəlib apara məni
-
01-03-2010, 12:16 AMSindyRe: Yar gəlib apara məni
beh beh beh...xosuma geldi,tesekkurler.
-
01-03-2010, 12:22 AMNuriyeVRe: Yar gəlib apara mənigeler dayna çünki bu sineden geliveyy :cool:Alıntı:
Sindy Nickli Üyeden Alıntı
