[
Qış gəlir..öz soyuğunu özü ilə birgə gətirir. Qarlı, çovğunlu günlərə lap az qalıb. Artıq indidən qalın geyinirik. Papaqla başımızı isidirik ki donmasın. Qalın geyinirik ki üşüməyək. Əlcək taxırıq ki əllərimiz donmasın.
Bəs qəlbimiz? Onu nə isidəcək? Bəlkə bir insanın sevgisi bizə yetər ki qəlbimiz isinər və nə əlcəyə , nə də ki papağa ehtiyac qalmaz. Bəlkə də onun sevgidolu sözləri bizim qəlbimizin sobasıdır.
Bəlkə də bircə dəfə sənin saçına sığal çəksə o sənin isti papağındır.
Bəlkə də bircə dəfə sənin əlindən tutsa o sənin əlcəyindir.
Bəlkə də bircə dəfə sənə sarılıb qucaqlasa o sənin ən qalın geyimin olar.
[
Soyuq, qarlı, çovğunlu qış günündə qar dənəcəkləri gözlərini açmağa imkan verməsə belə onun gözlərinə baxıb sevgidolu sözlərini oxumaq qəlbin istiliyi deyilmi?
Soyuq dodaqlarımızı qurutsa belə bu dodaqlara baxaraq “səni sevirəm” kəlməsini eşitmək qəlbin istiliyi deyilmi?
Qulaqlar soyuqdan buz parçası olanda qulağına pıçıldayıb “səni sevirəm” deməsi qəlbin istiliyi deyilmi?
Burnun qıpqırmızı olub soyuqdan donanda onun burnunuzdan bir öpüşü qəlbin istiliyi deyilmi?
Qış sizi soyuğuna bürüsə belə, əsas odur ki qəlbinizi isidəcək sevgi gətirsin...
[
Qış mənə SƏNi gətirdi...
Printable View
-
12-24-2009, 01:29 AMsuzi333Qış mənə SƏNi gətirdi...
-
12-24-2009, 01:37 AMXeyallarimRe: Qış mənə SƏNi gətirdi...
Qış sizi soyuğuna bürüsə belə, əsas odur ki qəlbinizi isidəcək sevgi gətirsin...
AMIN -
12-24-2009, 01:48 AMGLAMOURKARe: Qış mənə SƏNi gətirdi...
Qış sizi soyuğuna bürüsə belə, əsas odur ki qəlbinizi isidəcək sevgi gətirsin...
Qish meni dondurube,maroz buz edib.Cetin buzum acila. :smile -
12-24-2009, 10:25 AMDamla1Re: Qış mənə SƏNi gətirdi...
40 derecede istide de üşümek olur. :meyus:
-
12-26-2009, 02:10 AMGLAMOURKARe: Qış mənə SƏNi gətirdi...
ufffffffff :meyus: marozun dondurdugu bes deyilmish kimi,cadugarda dasha donderib men yazigi. :cry:
-
12-26-2009, 03:12 PMRuzgar_GuluRe: Qış mənə SƏNi gətirdi...
Amin. Qıs onu getirdi ama yollar bizi ayırdı :cry: :meyus: :meyus:
-
01-09-2010, 09:29 PMdalgalarRe: Qış mənə SƏNi gətirdi...
Bəs qəlbimiz? Onu nə isidəcək? Bəlkə bir insanın sevgisi bizə yetər ki qəlbimiz isinər və nə əlcəyə , nə də ki papağa ehtiyac qalmaz. Bəlkə də onun sevgidolu sözləri bizim qəlbimizin sobasıdır.
Bəlkə də bircə dəfə sənin saçına sığal çəksə o sənin isti papağındır.
Bəlkə də bircə dəfə sənin əlindən tutsa o sənin əlcəyindir.
Bəlkə də bircə dəfə sənə sarılıb qucaqlasa o sənin ən qalın geyimin olar.
he birce kelme yeterki seni iside amma bezen birce kelme yeterki seni buz eder.soyug baxislarla soyug sozlerle o zaman insan ne geder geyinse de isine bilmez cunki usuyen gelbindir. -
01-10-2010, 01:26 AMGLAMOURKARe: Qış mənə SƏNi gətirdi...
:crazy: :crazy: :crazy: Yaza az qalib darixmayin,Qishi geride qoyaciq. :crazy:
