[
Sevmək dedim.
Yolunda ölmək dedi.
Yol dedim.
Götürüb başını getmək dedi.
Getmək dedim.
Bir Ahh çəkib dostlardan ayrılmaq dedi.
Dost dedim.
Dayandı mənə baxdı dost deyə zümzümə etdi.
Ürəyimə necə qoysam bilmədiyim dedi.
Ürək dedim.
Dünyaları içinə sığdıra bilmədiyim dedi.
Dünya dedim.
Həyatın bir üzü dedi
[
Üz dedim.
Arxasında nə gizləndiyi bilmədiyim dedi.
Gizlənmək dedim.
Həmişə həll etməyə çalışdığım dedi.
İşləmək dedim.
Bitməyəcək əhvalat dedi.
Əhvalat dedim.
Minlərləsini içimdə gizləyirəm dedi.
Gizləmək dedim.
Hər şeyin sonu dedi.
[
Dayandım. Dayandım. Və susdum!
Niyə susdun? deyə soruşdu.
Ürəyim titrədi sanki dedim.
Niyə susudun? deyə soruşdu.
Bilmirəm dedim. Ülvi O!"
Bəli dedi. Ülvi O!
Harada? deyə soruşdum.
Hər yerdə dedi.
Necə? deyə soruşdum.
[
Ürəyini aç dedi
Ürəyimi açmaq! dedim.
Bir təbəssümlə bax hər şeyə dedi.
Təbəssüm dedim.
Hər qapının açarı dedi.
Qapı dedim.
Girmədən bilə bilməzsən dedi.
Qorxu! dedim.
Bilinməyəndən qorxar insan dedi.
Mən kiməm? deyə soruşdum.
Sevgiylə bəslənənsən dedi.
Dayandım. Dayandım. Yenə susdum.
Kimsən? deyə soruşdum.
SƏNim dedi.
"Səni Sevirəm" Dedim
"Mən də Səni" Dedi
Müellif: NuriyeV
Səni Sevirəm" dedim. ."Məndə Səni" Dedi..!
Printable View
-
12-15-2009, 10:18 AMNuriyeVSəni Sevirəm" dedim. ."Məndə Səni" Dedi..!
-
12-15-2009, 10:47 AMDamla1Re: Səni Sevirəm" dedim. ."Məndə Səni" Dedi..!
:alqis: gözeldi cox sağ ol.
