HER DENIZ BIR DALGA
HER RÖYA BIR YUXU
HER MEZAR BIR ÖLÜ
HER AGAC BIR KÖK TAPAR
MEN BASQA BIR SEN TAPA BILMEREM
seirler
Printable View
-
12-16-2009, 02:33 AMyo_adiosRe: seirler
-
12-16-2009, 09:05 AMGLAMOURKARe: seirlertaparsan,taparsan insallahAlıntı:
yo_adios Nickli Üyeden Alıntı
-
12-16-2009, 06:25 PMyo_adiosRe: seirler
Gezmek isteyirem...sensizliyimi
Yollarda itirim,unudum tamam.
Hara gediremse,xatiren kimi
Agir bir yuk ile qarsilasiram.
Seni itirmisem,neyleyim ancaq
Her zaman,her yerde gorunur yerin.
Yox doze bilmirem,derd ondadir ki,
Ozunden agirdir xatirelerin.
Sirin xatirelerin bir tikan kimi,
Yollara sepilib destebedeste.
Xatiren dikandir,cizir qelbimi,
Yoxlugun duz sepir yaramin uste.
Gulmek isteyirem...ureyimdeki
Honkurtu sesini batirmaq ucun.
Bilmirdim mehebbet bir cellad teki
Menim gulusumu oldurmus butun.
Yandirdi konlumu bu soyuqlugun,
Var iken,sag iken yox olmusam men.
Gor nece guclusen,senin yoxlugun,
Menim varligimi aldi elimden. -
03-05-2010, 06:42 PMnueva_vidaRe: seirler
Bir salama dəymədi…
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarəna ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğili anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!!!
