SƏN GETMİSƏN...
Sən getmisən,
sanma sevgim yox olub.
O ölməyib, yaşayır,
əvvəlki tək.
O səninlə, mənim ilə
doğulub,
O son dəfə mənim ilə
öləcək.
***
O taledən ikimizin
payıdı,
İkimizin ürəyində
göyərdi
Zaman-zaman neçə ildi,
ay idi,
Hər gün bizim qəlbimizi
döyərdi.
***
O düşmüşdü ağızlara,
dillərə,
Nəğmələrin qanadında
uçurdu.
Şer olub dolaşırdı
elləri,
Öz qoynunu sevənlərə
açırdı.
***
Müqəddəsdi... yaranmışdı
çün haqdan,
Onu əyə bilməmişdi
bir fələk.
Çıxmışdı hər imtahandan,
sınaqdan,
İki ürək olmuş idi
bir ürək.
***
Nə qədər ki, yaşayıram
mən varam,
O da sağdır, demək o da
yaşayır.
Ona bir yad nəfəs dəyə,
qoymaram,
Mən bu yolda ağartmışam
başımı.
***
İllər ilə yar qadasın
yar alar,
İndi biz tək sevən
hanı, əzizim?
Biz ikimiz o dastanı
yaratdıq,
Mən, sən yazdıq o dastanı
əzizim.
***
O dastanın öz ünvanı,
öz adı.
Yalnız gülüm,
bizim ikimiz olduq,
Həmi onun müəllifi,
ustadı,
Həmi onun qəhrəmanı,
biz olduq.
***
Güc alıram daim onun
gücündən.
Onu yalnız zaman,
silə biləcək.
O sədadır, o nalədir,
içimdə.
Yalnız gülüm, o mənimlə
öləcək.
sevgi dolu şerlerim
Printable View
-
11-21-2009, 12:12 PMDamla1Re: sevgi dolu seirlerim
-
11-21-2009, 01:30 PMKralica_Re: sevgi dolu seirlerim
Daha mənə elə baxma
Daha səni sevəmmərəm
Ölsəm belə səndən ötrü
Dönüb sənə gələmmərəm
Sevgimiz qar çiçəyiydi
Saralan ağ ləçəyiydi
Məhəbbətim getçəyiydi
Enib, sənə gələmmərəm
Bir ilahi səsə bəndəm
Sən tanrimsan, mənsə bəndən
Incimə əzizim məndən
Dönüb sənə gələmmərəm
Səndən sonra dünyam bomboş
Heysiz canım yənə sərxoş
Sənsiz keçən günləri xoş...
Bilib sənə gələmmərəm
Sənsiz nəyə gərək gecə
Heç bilmirəm ötür necə
Girsəm ürəyim gizlicə
Ölüb sənə gələmmərəm -
11-21-2009, 01:31 PMKralica_Re: sevgi dolu seirlerim
Taledir, bilmək olmaz...
Ürəyində mənim yerim,
Gözündə nura çevrilim
Mən necə sevirəm deyim
Üzündə yad baxışı var
Dəsmala dönübdü əlim
Mən yanına necə gəlim
Yanındakı o gelinin
Alqışı var, qarğışı var
Dərdini gizlə danışma
Oda toxunsan alışma
Küsmüsənsə ta barışma
Gözün qəfil yağışı var
Öz içində köç eleme
Gözəldir baxan aləmə
Fələyə qarğış eleme
Necə dostu tanışı var
Bu dərd bizim, gulmək olmaz
Yazılanı silmək olmaz
Dünya adil... bilmək olmaz
Bəxtin min bir naxışı var -
11-21-2009, 01:32 PMKralica_Re: sevgi dolu seirlerim
:cry: :cry: Inanmadin
Bu gece yamanca yalqizam sensiz
Hönkürüb agladim məni duymadin
Atəşə tutuşan pərvanə oldum
Yandim , kulə dondum, sən inanmadin
Soraqladim ötən gündən ötəni,
Qovdum yolumuzdan dumanı, çəni
Bağrının başında göyərtdim səni
Döndüm külə döndüm, sən inanmadın...
Sən mənim deyildin, bilirdim bunu
Niyə dustaq etdim bəs öz ruhumu.
Ilahi sevgimin bu imiş sonu
Dandim... bunu dandım, sən inanmadın
Bir alın yazısı, bir qəza-qədər,
Hər nağıl lap sonda ümid gətirər.
Demək bu göz yaşı, bu qüssə hədər
Qandım günahımı, sən inanmadın.
Istəsn qayıt gəl, istəməsn yox,
Sənin yolun üstə çıxanlar ha çox
Bir dəfə demişdin: “atılmaqdan qorx!”
Inandım! Bəs niyə sən inanmadın... :cry: -
11-21-2009, 05:23 PMXeyallarimRe: sevgi dolu seirlerimBU SUPER COX XOSUMA GELDI ::yerivar:: :mad:Alıntı:
Kralica_ Nickli Üyeden Alıntı
-
12-14-2009, 12:59 PMKralica_Re: sevgi dolu şerlerim
Sən mənim qəlbimin tək sahibiydin
Getdin gözlərimdə yaşlar qoyaraq,
Getdin ürəyimdə yarımçıq sevdan,
Getdin yollarımda izlər qoyaraq!
Hər axşam baxırdım gedən yollara
Gözlərim qalırdı o yollarında
Sorub soruşdurdum tanıyanlardan,
Bilən olmadı ki, hardasan gülüm.
Sənsiz kədərliyəm sənsiz dərtliyəm
Gözümdə canlanır o sənin gülüşün,
Qəlbimin evində sözü,
Sənsiz alışmayır sənsiz yanmayır.
Bir cansız varlığam sən yoxsan inan,
Gedişin gözümdə canlanır hər an
Nə olar son dəfə görəydim səni,
Nə olar ay gülüm buraxma məni!
Gəldin ürəyimə elə girdin ki,
Həyatımı başdan başa dəyişdin!
Getdin heyatımdan elə getdin ki,
Sən mənim ömrümü tamam dəyişdin! -
12-29-2009, 05:03 PMKralica_Re: sevgi dolu seirlerim
ÖZÜMÜ SEVMƏYƏ MƏCBUR ETSƏMDƏ,
SONU NECƏ OLACAQ VALLAH BİLMƏDİM.
SEVGİNİN GÜCÜNDƏN SONDA ÖLSƏMDƏ,
NƏ EDİM SEVGİNİ UNUDA BİLMƏDİM.
UNUTMAQ İSTƏDİM AMMA OLMADI
SEVGİMİN SONUNU BELƏ GÖRMƏDİM.
SEVGİLİM,URƏYİN MƏNLƏ OLMADI,
NƏ ETDİM SEVGİNİ UNUDA BİLMƏDİM.
UNUTMAQ KAŞ ELƏ ASAN OLARDI,
AXI UNUTMAQÇÜN SƏNİ SEVMƏDİM.
KAŞ BÖYÜMƏZİDİM UŞAQ QALARDIM,
NƏ QƏDƏR ÇALIŞDIM UNUDA BİLMƏDİM.
UNUT DEDİM ÖZÜMƏ BUNA MƏCBURSAN,
AXI O SƏNİ SEVMİRDİ NİYƏ GÖRMƏDİN
ONSUZDA ÖMÜRLÜK BUNA MƏHKUMSAN,
NƏ ETSƏM YENƏDƏ UNUDA BİLMƏDİM.
BİLİRƏM QARŞIMA ÇIXMAYACAQSAN,
NƏ DEYƏ BİLƏRƏM BUDUR QİSMƏTİM.
HƏYATIMDA HEÇ ZAMAN OLMAYACAQSAN,
NEYLƏYİM AXI SƏNİ UNUDA BİLMƏDİM.
Buraxma məni
Ağılımın küncündə,
Ürəyimin ən dərin yerində,
Yerin var sevgilim,
Getmə bir yerə?
Həsrət dənizinə atma məni,
Göz yaşlarına itələmə məni,
Uzatdım əllərimi
Çevirmə geri?!
Gülüşündə tapdım səadəti,
Məhrum etmə o gülüşlərdən məni,
Sevirəm sevgilim, anla halımı
Sənsiz bir heçim buraxma məni?!
Basdır da get
Əlvida nə hüzn söz,
Səni bir daha heç görə bilməmək,
Yaşamamaq əslində,
Məncə yaşayarkən ölmək.
Nə olar sən mənə əlvida dəmə.
Gedəcəksənsə,
Getməlisənsə,
Öldür də get.
Buraxma məni belə,
Can verərkən.
Bax bədənim qaldı ortada,
Basdır da get.
Əllərə buraxma məni.
Onlar bilməz qiymətimi.
İtələmə məni, buraxma sənsiz.
Get gedəcəksənsə,
Məcburum deyirsənsə.
Lakin mənə əlvida demə,
Heç olmazsa bir ümid qalsın,
Səndən xatirə mənə.
Dönə bilmə ehtimalınla yaşayım,
Həyata yapışma ümidim olsun.
Mənə heç olmazsa bu yaxşılığı et də get.
Yalvarıram sənə,
Mənə;
Hələlik qal de,
Yaxşı günlər de,
Lakin nə olar,
Əlvida demə. -
12-29-2009, 05:07 PMKralica_Re: sevgi dolu seirlerim
Vaxt var idi həyatım deyirdin mənə,
Nə üçün inandım görəsən sənə?
Mənli günlərini verdin özgəyə,
Gərək açılmasın sevgilər sənə.
Taleyin qisməti beləymiş nədən,
Məndim eşq bağıma çiçəklər əkən.
Sən puç eylədin bağçamı nədən,
Yəqin həsrətindən dolub gözlərim.
Bu həyat çox sınağa çəkibdir məni,
Ən böyük qorxumdur itirmək səni.
Neyləyim, sevgindən olmuşam dəli,
Hər yerdə axtarır gözlərim səni.
Susuram, səbəbi gözlərin deyil,
Qəmim, kədərimdir susduran məni.
Səndən ayrılımmı, bu mümkün deyil,
Məni ilk sevdirən olub gözlərin.
O gözəl gözlərin nədən yadlaşıb,
Kövrək könlüm oda düşüb alışıb.
Söylə, bəs ürəyin nədən daşlaşıb,
Sən gedəndən ağlar qalıb gözlərim. -
12-29-2009, 05:09 PMAgLaYaN_BuLuDRe: sevgi dolu seirlerim
ela seirlerdi cox sag ol
-
12-29-2009, 05:10 PMfidan494Re: sevgi dolu seirlerim
:alqis: :alqis:
-
12-30-2009, 01:51 PMKralica_Re: sevgi dolu seirlerim
Getdin.... Bu gedişdən nə düşdü mənə??? Neçə lal hıçqırıq gözlərimdədir...
İlk sözü dodağın demişdi mənə,son sözü yaşaran gözlərin dedi....
İndi məhəbbətim həsrət dənizi,orda dalğaların yarışı başlar....
Tutulur göylərin mavi bənizi,sonra da son sözen yağışı başlar...
Qəlbim öz səhvinə çoxmu yanacaq??? Niyə bəs qədrini bilmədim onda???
Axır qiymətini tapdım mən ancaq,səni itirmişdim onu tapanda...
Bəlkə də adıma çox söz deyirlər,istəsən inanma istəsən inan…
Ayıq ol! Adama çox söz deyərlər,gör hansı doğrudur,gör hansı yalan…
Yaxın gəl,oduna gir bu ürəyin.Sevənlər payıza,qışa bürünməz...
Əsil çiçəklərlə kağız çiçəyin,uzaqdan baxmaqla fərqi bilinməz...
Hər sətir üstündə titrəyir əlim,sətirlər qəlbimdən od alıbdılar...
Mən sənə bir dəfə aldandım,GüLüM,məktublar ömürlük aldanıbdılar...
Sənə ümid dolu dikilən gözler,yenə xatirədə donub qalandır...
Əlim əsə-əsə yazdığım sözlər,o zaman düz idi indi yalandır...
Həyatın özündə sınadım səni,demə bahar idim,indise qışam...
Yaxşı ki,nəhayət sınadim səni,,,,,, Yaxşı ki,ömürlük aldanmamışam...
Görüş yerimizdə yaşıl bürünən,o ağac cildini quş tək ucurdu...
Son 2 yarpağı biz idik dunen,bizi də məhəbbət payızı vurdu.. -
12-30-2009, 02:05 PMDamla1Re: sevgi dolu seirlerim
24 May 2009
Şah dağından əsən küləh saçlarını darasın,
Səni sevən Qudyalçayın sahilində arasın.
Dilin ana torpağının meyvəsindən şirindir,
Məhəbbətin ürəyimdə dəryalardan dərindir.
Nəqarat
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Vətənimin bəzəyisənç qubalı qız, qubalı.
Nəfəsindən duyuram mən çiçəklərin ətrini,
Bu dünyada mənim kimi bilən hanı qədrini?!
Şöhrətini ulduzlara, aya, günə yazmışam,
Surətini ürəyimin duvarından asmışam
Aytennnnnnnnnn bu sene :D -
12-30-2009, 02:12 PMGLAMOURKARe: sevgi dolu seirlerim
:aferin: :aferin: :aferin: :aferin:
-
12-30-2009, 02:14 PMKralica_Re: sevgi dolu seirlerim
canimsan cox sag ol nece teshekkur edim sene bilmirem opdum cox beytyendim sag ol can
-
12-30-2009, 02:16 PMKralica_Re: sevgi dolu seirlerim
Etiraf sheri
Mence en qiymetli varliq heyatdir.
Ezelden insana sevgi qanaddir
Neler bexs eleyir sevgi insana
Sen dusun Ferhadi, bir bax Mecnuna
"Ehsen bele esqe" deyir nesiller.
Nakam mehebbeti duymasin eller.
Inamin vardirsa, sevgin de vardir.
Sevgisiz bir konul xarabazardir.
Esqin atesiyle yanasan gerek.
Verdiyin vedeni anasan gerek.
Incime sozumden ey nazli sona.
Rehm et menim kimi seven oglana
Eger qaranliqsa sozumun coxu,
Misralarin bas herflerini oxu. -
12-30-2009, 02:17 PMElifRe: sevgi dolu seirlerim
yazan elin dert görmesin. çox gözel şerler :alqis:
-
12-30-2009, 02:20 PMDamla1Re: sevgi dolu seirlerim
Sən demə təzəzdən sevmək olarmış
Sən demə təzədən sevmək olarmış
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözü yaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş
Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi, təzədən dolur
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur
Sən demə təzədən sevmək olarmış
Köhnə yaraları vaxt, zaman silir
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir
Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzətər görməmişikmi?!
Sən demə təzədən sevmək olarmış
Sevgi fürsət deyil quş kimi uça
Nə də Kölgədir ki, qaçasan qova
Ya da sən qovasan, o səndən qaça
Çixarsan qəlbindən ötən sevginin,
Bir gün də tənhalıq sıxacaq sıni
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin
İlk sevgi yuvadan düşən quçcuğaz,
Körpə qanadlarə pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...
Mən ki, görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir, bir dəfə sevilir insan,
Sen demə hər zaman sevmək olarmış
Nüsrət Kəsəmənli -
12-30-2009, 02:27 PMKralica_Re: sevgi dolu seirlerim
Gedirsən, sevgini özünlə apar...
Getsən, əbəti get ömrümdən gülüm ,
Bir daha gözümə görünmə mənim .
Səni hər görəndə istəmirəm ölüm ,
Bir daha qelbimdə döyünmə mənim.
Get , bu sevginidə al menden apar,
Onsuzda yaşamaq mənə çətindi.
Sevgini bir təhər qəlbimdən qopar,
Məni öldürən sənin məhəbbətindi.
Qoy ölüm qarışım qara torpağa,
Görək ölümüm sənə nə verəcək.
Nə qədərki sən qara desən ağa,
Ömrünə sevinc yox kədər gələcək.
Dünya yalan , sən yalan ,məhəbbət yalan ,
Yalanlar içində bogulacagam .
Mən səni ilk görüb sevən zaman ,
Elə bildim yenidən doğulacağam.
Bir zaman doğuldum ,indi peşmanam,
Bilmirəm həyat pis ,yoxsa mən pisəm .
Mən də həyata gəlmiş adi insanam ,
Ölənlər yanında axı mən nə kəsəm.
Hələ yaşayırıq ömrümüz qalıb,
Sən məndən ayrı ,mən səndən ayrı.
Biz unudulmuşuq sevgimiz qalıb,
Indi düşüb sevən sevəndən ayrı.
Daha ayrılmışıq qovuşmayaq biz ,
Nə sən ezab ver ,nə mən eziyyət çəkim .
Bu sevgiylə yanıb alışmayaq biz,
Nə sən yalan de , nə mən xəcalət çəkim ! -
12-30-2009, 02:32 PMKralica_Re: sevgi dolu seirlerim
Əllərin əlimdə,gözün gözümdə,
Əlinin istisi üşüdür məni.
Anlaya bilmirəm bunu özüm də,
Niyə deməyirsən sevirəm səni?! -
12-30-2009, 02:37 PMKralica_Re: sevgi dolu seirlerim
Yollara baxmaqdan gozum yorulub
Ozum yox, ureyim sene vurulub
Omur gun-saatdir vaxtla qurulub
Bir gun doneceksen… olmaycagam -
12-30-2009, 02:39 PMKralica_Re: sevgi dolu seirlerim
Yollara baxmaqdan gozum yorulub
Ozum yox, ureyim sene vurulub
Omur gun-saatdir vaxtla qurulub
Bir gun doneceksen… olmaycagam
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Gul kimi acilib sonsem de sensiz
Gunlerin, aylarin otushur mensiz
Urek baglansa da sene kemersiz
Bir gun doneceksen … olmayacagam.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Ne cefa cekdirsen dozerem yene
Adinla shifreler bezerem yene
Gozle geleceyem demishdin mene
Bir gun doneceksen… olmayacagam
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Bash aca bilmedim hiyleden-tovdan
Gor mene neyledi belali sevdan
Cixdin seferden, getdiyin yoldan
Bir gun doneceksen… olmayacagam!!! -
12-30-2009, 02:41 PMKralica_Re: sevgi dolu seirlerim
Indi yashayiriq kuskunler kimi
Konul rubabimin qirilib simi
Men gezdirirem dag boyda qemi
Seni seven qelbim senden inciyib
Yene soyuqlugun yandirir meni
Seni seven qelbim senden inciyib
Oxu eshq bulbulum qemli negmeni
Seni seven qelbim senden inciyib.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Mohneti hemishe yari bolerdik
Her cur cetinliye qalib gelerdik
Bir gun gorushmesek sanki olerdik
Seni seven qelbim senden inciyib.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Indi yashayiriq kuskunler kimi
Konul rubabimin qirilib simi
Men gezdirirem dag boyda qemi
Seni seven qelbim senden inciyib -
12-30-2009, 02:43 PMKralica_Re: sevgi dolu seirlerim
Sevdinse
Sevdinse kolgeye donub her zaman,
Sen onu her yerde izleyeceksen.
Sevdinse qem icib derd udacaqsan.
Onu unutmagı unudacaqsan.
Sevdinse bes il ne on bes il nedir?
Butun omrun boyu gozleyeceksen.
Ne boyda zulm etse sevgilin sene,
Sevdinse "her zulme doz" deyeceksen.
Sevdinse kolgeye donub her zaman,
Sen onu her yerde izleyeceksen.
Sevdinse qem icib derd udacaqsan.
Onu unutmagı unudacaqsan.
Zererin xeyirdir, xeyirin zerer,
Sevdinse gunahın icinde haqsan.
Onu unutmaga calıssan eger?
Sen ozun ozunu unudacaqsan. -
12-30-2009, 02:44 PMDamla1Re: sevgi dolu seirlerim
Seni unutsam!
Men seni unuda bilmirem, axi
unutsam neleri unudam gerek
Goylere baxmisiq ayli gecede
Unutsam goyleri unudam gerek!
Denizi unudum, ya dalgalari
Xatiren yadimdan cixaydi bari
Payizda xezani, qishdasa qari
Baharda gulleri unudam gerek!
De nece unudum men seni nece?
Sevgi durna deyil payizda koche
Yuxuma gelirsen menim her gece
Aylari, illeri unudam gerek!
Senin xeyalindir hesretle baxan
Adindir her saat qarshima cixan
Qarishib shekline gozumden axan
Yagishi, selleri unudam gerek!
Sinemde peshiman ureyim qaldi
Uchdun ellerimde leleyim qaldi
Neleri itirib, bax neyim qaldi
Neleri, neleri unudum gerek!!! -
12-30-2009, 02:53 PMRuzgar_GuluRe: sevgi dolu seirlerim
Sevgi adına
Şarkılar söylenir sevgi adına
Şiirler yazılır sevgi adına
Bir yuva kurulur sevgi adına
Sevgi denen duyguyu anlatsana
Sevgi denen duyguyu yaşat bana
Gurbet yolu gözlenir sevgi adına
Gözyaşları dökülür sevgi adına
Gülücükler saçılır sevgi adına
Sevgi denen duyguyu anlatsana
Sevgi denen duyguyu yaşat bana
Dertlere katlanılır sevgi adına
Ömür harcanılır sevgi adına
Bir vatan kurtarılır sevgi adına
Sevgi denen duyguyu anlatsana
Sevgi denen duyguyu yaşat bana
Sırtında taşırsın sevgi adına
Oğlunu kızını ana babanı
Baş koyarsın yastığa sevgi adına
Sevgi denen duyguyu anlatsana
Sevgi denen duyguyu yaşat bana
Bir güle kıyamazsın sevgi adına
Karıncayı incitmezsin sevgi adına
Herşeye katlanılır sevgi adına
Sevgi denen duyguyu anlatsana
Sevgi denen duyguyu yaşat bana -
12-30-2009, 03:00 PMKralica_Re: sevgi dolu seirlerim
Son mektub
Bir aci taleyin, aci qismetin,
Evvelinde menem, axirinda sen.
Bu omru yasamaq cetindir, cetin.
Bagisla, sevgilim. Bacarmiram men.
Cox dedim, ay gozel, ol mene hemdem.
Sen tenha yanarsan, sen yaxilarsan.
Sixma bu ureyi. Urek cehennem.
Axi sen ordasan, sen sixilarsan.
Bilmirem, men nece baslayim soze.
Itibdir beynimin zehni, yaddasi.
Samin isiginda gorunur goze,
Bir qelem, bir kagiz, bir de goz yasi.
Qarsimda sam yanir. Qem yeyirem men.
Belke, var menim tek, samin da derdi.
O sam eridikce, eriyirem men.
Sanki, omrum onun omru qederdi.
Sam yanir... Suzulur hezin damcilar.
Diqqetle baxiram seme bu axsam.
Samin goz yasidir, hemin damcilar.
Deme, eridikce, hey aglayir sam.
Qelbimde deyerdim sene, her gece,
Sevgiden ureye dolan sozleri.
Bir parca kagiza yazim men nece,
Mene candan eziz olan sozleri?
Mende yanir, sende sonen mehebbet.
Donmusen elcatmaz olan ulduza.
Aci goz yasina donen mehebbet,
Suzulub yanaqdan dusur kagiza.
Seni gozleyirek her qis, her bahar,
Deyirdim, bir gozel gozleyirem men.
Yene gozleyirem. Amma, ferqi var.
Indi ise, ecel gozleyirem men.
Men seni sevmedim itirmek ucun.
Itmis umudleri axtariram men.
Sene salamimi yetirmek ucun,
Aglayib, kuleye yalvariram men.
Qalmirdi vusala, hec, guman yeri,
Dusdukce, her defe, saclarima den.
Baxiram kagiza. Bos qalan yeri,
Agarmis sacima benzedirem men.
Gormeyim heyatda qem, feryadini.
Bu sozu dilime urek getirir.
Yagis pencereme yazir adini,
Sacinin etrini kulek getirir.
Sen mene deyende "Bu son gorusdu.",
Inana bilmedim qulaqlarima.
Gor, menim gorkemim nece deyisdi,
Goz yasim iz salib yanaqlarima.
Yumaraq gozumu, indiki demde,
Cisginli, dumanli yol gedirem men.
Bu axsam, hem mektub yaziram, hem de,
Gunahsiz sevgimi defn edirem men.
Bu qeder hesrete urek etmez tap.
Senden xahisim var, bu son nefesde
Bu son mektubuma yazarsan cavab,
Gelib oxuyarsan qebrimin uste.
Danisarsan menim, sen, mezarimla.
Butun varliginla duyarsan meni.
Sekildeki qemli baxislarimla,
Gozden itenedek oturrem seni.
Seni sarsitmasin ne hicran, ne qem.
Sene biganeler baxib gulmesin.
Gul, danis... Sen mene saxlama matem.
Kimse gozlerini yasli gormesin.
Axir ki, mektubun sonuna catdim.
Opub oxuyarsan sen onu her gun.
Ebedi heyata qoyuram addim.
Imza: "Seni seven, isteyen Elcin.". -
12-30-2009, 03:05 PMDamla1Re: sevgi dolu seirlerim
Arzudan o yana...
Əllərin əlimə dəyməyəydi kaş,
Saçların üzümə toxunmayaydı.
Gərək, əvvəlki tək sən, ürəyi daş,
Elə əvvəlki tək saymaz olaydın...
Bu istilik hardan, san ki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün...
Sən, mənə əlçatmaz bir ulduz idin,
Göylərdən qolumun üstünə düşdün.
Bu da vüsal günü... Yox sevinmirəm,
İndi darıxıram, bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım, bilmirəm,
Yoxsa sən darıxdın dərələr üçün...
Dünənə yol yoxdur zaman apardı,
Təəssüf zamana çatarmı görən?
Daha sənə gələn yollar qurtardı,
Arzudan o yana yol varmı deyə.
Ötən günlərimə bir ümman dedim,
Boşalıb ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur... -
12-30-2009, 03:18 PMGLAMOURKARe: sevgi dolu seirlerim
Yigishin sizi sheir musabiqesine gonderirem.Juri men ve Emine Yusif qizi olacaq.
:aferin: :aferin: :aferin: :aferin: -
12-30-2009, 03:20 PMDamla1Re: sevgi dolu seirlerim
Bir sevda aglayir icimde menim
Meni unutmagin inadin kimi
Ilk sevgi agrisi feryadin kimi
Lap oz adin kimi soyadin kimi
Bir sevda aglayir icimde menim
Gel dedim, koksume yarali dusdu,
El acdim, ellerim arali dusdu,
Ona bu ag dunya qarali dusdu,
Bir sevda aglayir icimde menim.
Qedri bilnimedi, omru qirildi,
Hesret boyun bukdu, hicran yoruldu,
O her gun incidi, her gun vuruldu,
Bir sevda aglayir icimde menim.
Min gul solduranlar, min gul derdiler,
Yungul cicekleri yungul derdiler,
Men urek acanda baxib gorduler,
Bir sevda aglayir icimde menim
Duneni bukulu xatiresine,
Vurgundur bu gunu xatiresine,
Qisilib murgulu xatiresine,
Bir sevda aglayir icimde menim.
Bacara bilmedim ozum-ozumle,
Dil tapa bilmedi isim sozumle,
Menim feryadimla, menim gozumle,
Bir sevda aglayir icimde menim.
Menem das dasiyan o mehebbete,
Itmis qas-dasiyam o mehebbete,
Ozum bas dasiyam o mehebbete,
Bir sevda aglayir icimde menim.
Gec oldu qedrini men bilende de,
Sevinci yasayib, qem bolende de,
Uzume baxmayin, men gulende de
Bir sevda aglayir icimde menim... -
12-30-2009, 03:22 PM_SoMMeT_Re: sevgi dolu seirlerimevvala :alqis: yazanlara. sonra ay baji sen ne danisirsan ne juri unutma sen y..... :lol:Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
12-30-2009, 03:23 PMDamla1Re: sevgi dolu seirlerim
INANMA, EZIZIM,INAN, EZIZIM
Deseler onu da eyilen gorduk,
Dunen dediyini bu gun danirdi.
Deseler yaxshica dersini veerdik,
Gulub uzumuze yaltaqlanirdi
Inanma,ezizim...
Inanma buna.
Bir sinmish agacin onunde cokub,
Deseler budagi baglayirdi o.
Birsolmush ciceyi min defe opub,
Lap ushaqdan beter aglayirdi o,
Sen inan , ezizm ,
Sen inan buna.
Birinin haqqini aldilar elden,
Deseler dash kimi susub baxirdi.
Heykele donmushdu durdugu yerde,
Sesini icine qisib baxirdi.
Inanma ,ezizim,
Inanma buna.
Deseler qirdilar qol-qanadini,
Ciyninden tezeden qanadlar bitdi.
Dilenciye verib son manatini,
Deseler evine piyada getdi,
Sen inan, ezizim,
Sen inan buna.
Deseler birinin uzune gulub,
Sonra arxasinca danishdi onun.
Deseler omrunumin yere bolub,
Bashi gorushlere qarishdi onun,-
Inanma, ezizim,l
Inanma buna.
Deseler unutmur o ilk eshqini,
Ustune gul kimi bitir mezarin.
Sanki ilk goruse geetdiyi kimi
Her gun gorushune gedir mezrin;
Sen inan, ezizim,
Sen inan buna.
Deseler defn etdik dunen biz onu,
O da hami kimi yashadi,oldu.
Bilmezdikbu qeder yaxinmish yolu,
Qayidib dunyaya tezeden geldi,
Sen inan, ezizim,
Sen inan buna!...
:meyus: -
12-30-2009, 03:23 PMGLAMOURKARe: sevgi dolu seirlerim
men ne???????? 8O 8O 8O
-
12-30-2009, 03:25 PMKralica_Re: sevgi dolu seirlerim
Ay baji sen hardasan oldum msnde gelde
-
12-30-2009, 03:27 PM_SoMMeT_Re: sevgi dolu seirlerimy bajini deyirsense mende oldum gelmiree :cry:Alıntı:
Kralica_ Nickli Üyeden Alıntı
-
12-30-2009, 03:30 PMKralica_Re: sevgi dolu seirlerim
:cry:
-
12-30-2009, 03:34 PMGLAMOURKARe: sevgi dolu serlerim
:hunter :hunter :hunter :mad: forumu chata dondermeyin min defe demishem.movznuzu,cavabinizi yazin.msn-imde acilmir,hatasi vr.yazilir ki,hec vaxt acilmayacq.
-
12-30-2009, 09:03 PMfidan494Re: sevgi dolu seirlerim
sevgi dolu qelblere eshq olsun :)
-
02-08-2010, 02:57 PMKralica_Re: sevgi dolu seirlerim
Səni necə unudum?
Səndən qaçdığım yollar,
sənə tərəf yollanır.
sənsiz keçən gecələr,
səninlə xumarlanır.
səni necə unudum?
sənə olan sevgimin
ətəyindən tutmuşam
dizində sürünmüşəm dizimdə uyutmuşam
mən səni unutmağı ömürlük unutmuşam
səni necə unudum?
sən mənim yaddaşıma
silinməyən yazısan
ayazıyan ömrümün
baharısan yazısan
səni necə unudum?
səni mənə qısqanar
tərəddüdlər şübhələr
bircə yol baxışınla
ümidim pöhrələnər
səni necə unudum?
gəncliyin ağlı viran
gənclik hissin əsiri
rəbbimi unutduran
rəbbimin şah əsəri
səni necə unudum?
sevgi sözüm qəlbimə
qısılı qaldı getdi
xəyalın kirpiyimdən
asılı qaldı getdi
səni necə unudum?
bu həsrət səhrasında
dodaqlarım qurudu
mən sənə susamışam
məhəbbət ver bir udum
səni necə unudum?
səni necə unudum? -
02-08-2010, 03:02 PMKralica_Re: sevgi dolu seirlerim
Gəzirəm
Həsrətin od olub deşdi bağrımı
Yurd yurd əl əl əldə səni gəzirəm
Yatırdarsan sandım ürək ağrımı
Dərman bilib dildə səni gəzirəm
Səni sevib dönmüşəm bir ölüyə
Sənsizlik döndərib məni dəliyə
Səni mənnən alıp apardı deyə
Gur yağışda seldə səni gəzirəm
Beş vaxt namaz vaxdı gecə niyazda
Dayanmıram nə isdi nə ayazda
Mahnıda şerdə çalınan sazda
Pərdələrdə teldə səni gəzirəm
Sənsiz həyat dönüb qara zindana
Niyə zülm edirsən sevən insana
........ gül üzlüm dönüb Məcnuna
Səhralarda çöldə səni gəzirəm -
02-09-2010, 04:12 PMKralica_Re: sevgi dolu seirlerim
Bu yaşın sevgisi
Bu sevgi haradan haqladı məni
Bu yaşın sevgisi dəli olurmuş
Günün qızqınında sidirqi yağış
Qəfildən tökülən dolu olurmuş.
Bu sevgi insanda gizli qalsa da
İnsana kədəri başa salsa da
Ürəkdə od tutub qəlbdə yansa da
Tüstüsü olurmuş külü olurmuş.
Sevirsən heç bir şey.. Sev axıradək
Sevgi yollarında olmasın xəndək
Qışda üşüyərkən soyuqdan ürək
Baharda açılan gülü olurmuş.
