Bəzən sənin üçün çox darıxıram...
Ağlıma ilişən sual olub heç cür içindən çıxa bilmədiyimdə...
Bəzənsə ağlıma belə gəlmirsən...
Həlli özümdə tapıb yerli yerinə oturtduğumda...
**
Bəzən sənin üçün çox darıxıram...
məsafələr uzaq olub da heç çata bilməmə qorxusu qucaqladığında...
Bəzənsə ağlıma belə gəlmirsən...
Ən uzağın belə yaxın olub hər şeyin yanımda olduğunda...
**
Bəzən sənin üçün çox darıxıram
Heç kimlə danışa bilməyib sus pus oturduğumda...
Bəzənsə ağılıma belə gəlmirsən...
Susmaq istəməyib bacardığım qədər qışqırdığımda...
**
Bəzən sənin üçün çox darıxıram...
Yapışacaq bir budaq,sığınacaq bir liman axtardığımda
Bəzənsə ağlıma belə gəlmirsən...
Dimdik ayaqda dayanıb,həm budaq həm liman olduğumda...
**
Bəzən sənin üçün çox darıxıram ...
Mahnının romantikliyində,sözlərinin hüznündə...
Bəzənsə ağlıma belə gəlmirsən...
Ritmin tavernasında şən şaqraq səs-küylərdə...
**
Bəzən sənin üçün çox darıxıram...
Gülmək istəməyib də acı-acı təbəssüm etdiyimdə...
Bəzənsə ağlıma belə gəlmirsən...
Ən acı günlərimdə belə kədəri qəlbimdə dəfn etdikdə...
**
Bəzən sənin üçün çox darıxıram...
Əlini tutub bərabərcə hər yeri gəzmək istədiyimdə...
Bəzənsə ağlıma belə gəlmirsən...
Üzünü belə görmək istəməyib
Bütün dünyanı sənsiz gəzdiyimdə...
**
Bəzən sənin üçün çox darıxıram...
Bir ana şəfqəti axtarıb,ninni söyləyib nəsihət istədiyimdə...
Bəzənsə ağlıma belə gəlmirsən...
Uşaqlıqdan nifrət edib,
Ən kiçikkən belə böyüdüyümdə...
**
Bəzən sənin üçün çox darıxıram...
Keçmişlə üzləşib keşkələrlə baş-başa qaldığımda...
Bəzənsə ağlıma belə gəlmirsən...
Gələcəyin nəfəsini ciyərlərimə çəkib
Keçmişə süngər çəkdiyimdə...
**
Bəzən sənin üçün çox darıxıram...
Ürəyimə məğlub olub hıçqıraraq ağladığımda...
Bəzənsə ağlıma belə gəlmirsən...
**
və mən sənin üçün həqiqətən çox darıxıram...
Dərin yalnızlığımı bütün ağrısı ilə hiss etdiyimdə...
Bəzən sənin üçün çox darıxıram...
Printable View
-
10-02-2009, 11:15 PMje_demeureBəzən sənin üçün çox darıxıram...
-
10-03-2009, 12:12 AMje_demeureRe: Bəzən sənin üçün çox darıxıram...
[
-
10-03-2009, 02:50 PMSindyRe: Bəzən sənin üçün çox darıxıram...
hesretin uzunlugu,vusalin sirinliyidir. darixdigimiz insan buna eyerse elbetdeki,tesekurler.
-
10-17-2009, 12:14 AMXeyallarimRe: Bəzən sənin üçün çox darıxıram...
gozeldi tessekurler
-
02-18-2010, 08:08 PMNuriyeVRe: Bəzən sənin üçün çox darıxıram...
keçmişlere qayıtdım biraz keçmiş mövzulara bu mövzunu nece olubki görmemişem daha doğrusu bu şeri çox gözeldi yerri mene heqiqeten çox tesir eledi ve bu şeri aldım burdan halal et :D
-
02-18-2010, 08:37 PMje_demeureRe: Bəzən sənin üçün çox darıxıram...Tesekkurler...halal olsun :)Alıntı:
NuriyeV Nickli Üyeden Alıntı
-
03-05-2010, 05:42 PMnueva_vidaRe: Bəzən sənin üçün çox darıxıram...
menim ucun darixmisan hee bax geldim darixma daha :wink:
-
03-05-2010, 06:03 PMdalgalarRe: Bəzən sənin üçün çox darıxıram...men senun ucun her zaman darixiram ANA. bir an bir, saniye bele aglimdan, yaddasimdan cixmirsan. her gun Allaha dua edirem ki, senin sesini, uzunun gurlusunu ve mene verdiyin nesihetleri hec vaxt aglimdan, beynimden silmesin ve seni hec vaxt unutmayim AMIN. kas ki.... heyat cox acimasizdir.Alıntı:
je_demeure Nickli Üyeden Alıntı
-
03-15-2010, 10:36 PMje_demeureRe: Bəzən sənin üçün çox darıxıram...:( sen yoxsan Sommet yox :( .... cooox darixiram coooox :sorry:Alıntı:
nueva_vida Nickli Üyeden Alıntı
