Səni sevmək haqqımdan istifadə edirəm...
Bəzi duyğular vardır izah ediməz,anlaşılır sadəcə
Sevənin sevdiyini bilməsi qədər sevilən də anlar sevildiyini
Sevgi hər zaman bəlli kəlimələrlə söylənməz
Çox zaman bir baxış kifayət edər də artar belə...
Yer üzündə heç bir qüvvə insanoğlundan
Sevmə haqqını ala bilməz...
Sevmək çox zaman var olmaqdır
Sonunda bizi yox olmağa aparsa belə...
Mən indi varam və səni sevmək haqqımdan istifadə edirəm...
Sən belə mane ola bilməzsən buna.
Sənə gəlincəyə qədər sonu gəlməz bir axtarışdı sevgilərim.
Bir zaman başqalarında axtardım səni,
Başqa üzlərdə,başqa əllərdə axtardım...
Aldandım...Ancaq bir gün səni tapmaq ümidimi heç itimədim..
Necə olsa gələcəktin bir gün...
Və nəhayət gəldin də!
Mənə dadmadığım hüzünləri daddırmağa,
Ağrıdan yana nə qalmışsa yaşamadığım
Hamısını bir bir sən yaşadacaqsan mənə.
Bir gün yaşamanın belə gərəksizliyini səndən öyrənəcəyəm...
Bu selin axışını heç bir şey dayandıra bilməz artıq
Ummadığım və ummadığın bir anda çıxdın qarşıma.
Coşqun çaylar kimi,amansız sellər kimi gəldin,
Mütləq yıxaraq və məndən bir çox şeyləri
Bərabərində sürüyərək gedəcəksən..
Və o zaman yoxluqların ən dayanılmazı ilə
Qarşı qarşıya qalacağam...
Gec tez gedecəksən..Məni başa düşmədən
Məni sevmədən gedəcəksən...
Yalnız dərin bir ümid qırıqlığı qalacaq səndən...
Təsəllisiz bir hüzün qalacaq səndən...
İllərdir axtardığım sən idin...
Ama sən getdikdən sonra başqasını axtarmayacağam..
Gəlməyəcək belə olsan...
Ömrümün sonuna qədər axtardım səni..
Ama gəldin bir dəfə...İstər bilərək gəlmiş ol, istər bilmədən...
Gəldin ya!
İndi hər şey gözəl səninlə...
Yerimənin,danişmanın
Nəfəs almanın belə başqa mənası var artıq...
Sən varsan ya...Hər şey bambaşqa gözlərimdə...
Re: Səni sevmək haqqımdan istifadə edirəm...
Bağışlayın bunu siz yazmısınız? :alqis:
Re: Səni sevmək haqqımdan istifadə edirəm...
Re: Səni sevmək haqqımdan istifadə edirəm...
Yene nolub gozuvun suyun axidirsan ??? :D
Re: Səni sevmək haqqımdan istifadə edirəm...
Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
Yene nolub gozuvun suyun axidirsan ??? :D
yoo hec ne olmayib..men aglamiram ki :D aglamaq yox daha,sebeb ne olursa olsun :wink:
Alıntı:
Azerbaycanli Nickli Üyeden Alıntı
Bağışlayın bunu siz yazmısınız? :alqis:
yox muellif men deyilem,sadece cox beyendiyim ucun sizlerle de bolusmek istedim