-
Adı hüzün olsun...
Adı hüzün olsun həqiqətin
Ayrılığın donduran soyuqluğunu hissetmənin
Və səndən sonrakı yaşantının,
Adı hüzün olsun !
Bütün rənglərini aldığın
Tək fəsillik dünyamın,
Və səndən başlayan səfərimin,
Hər limanda üzləşdiyim sənsizliyin
Adı hüzün olsun!
Heç cür gəlməyən gələcəklərin,
Bir yarısı səndə qalan keçmişin,
Və hər gün bir az daha ölən ümidlərimin
Adı hüzün olsun!
Getdikce qəribələşən rəftarlarımın,
Azalan ideallarımın,
Vərdiş halına gələn sıradanlıqların,
Bir birinə bənzəyən hər günün
Adı hüzün olsun!
Yadımda qalan mahnı sözlərinin,
Əksik ürəyimin,görə bilmədiyim rənglərin,
Sənsizliyin...yarım qalmışlığın
Adı hüzün olsun!
Dəyişməyən şeylərin,
Eyni filmin təkrarına bənzəyən röyaların,
Sədaqətini əldən buraxmayan könlümün,
İçimdəki tənha şairin...bu yaşantının
Və bu şeirin Adı hüzün olsun!
-
Re: Adı hüzün olsun...
-
Re: Adı hüzün olsun...
-
Re: Adı hüzün olsun...
-
Re: Adı hüzün olsun...
:) siz de cox sagolun :wink:
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.