Hər dəfə doluxsundum,ağlamaq istədim...
Hər dəfə bağışladım,sevilmək istədim...
Ürəyinin döyüntüsünü dinlədim,məni sevdiyini eşitmək üçün...
Qoxunu iylədim...Güllərin ətrini almaq üçün...
Telini oxşadım,səni uyutmaq üçün...
Hər dəfə də doluxsundum...ağlamaq istədim...
Ağlamadım...
Bəlkə səni itirməkdən qorxdum..
Səni itirməmək üçün ağlamadım...
Axı göz yaşımın hər damlasında sən vardın...
Gözlərim məndən xəbərsiz ağladı,göz yaşlarım içimə axdı və alov kimi yandırıb-yaxdı...
Ürəyim yandı qışqırmaq istədim... Susdum...
Hər dəfədə doluxsundum...ağlamaq istədim.
Ağlamadım...
Güldüm...
Təbəssümümü sənə bağlamaq üçün..
Röyalarımda səni görmək istədim...Hər gecə yuxuma gəlməyin üçün.
Sevgi bağımızda çiçək olmaq istədim,sənin əllərinlə dərilmək üçün...
Ocaq olmaq istədim..Səni nəfəsimlə isitmək üçün...
Ağzında dilin olmaq istədim,sözünün şirinliyini dadmaq üçün...
Dodağın olmaq istədim,öpüşlərin olmaq üçün...
Sənin olmaq istədim,dəli kimi sevdiyim üçün...
Xəyal olmağını istədim,heç kəsin səni görməməyi üçün...
Kar olmanı istədim,fəryadımı eşitməməyin üçün...
Lal olmanı istədim,başqasını sevdiyini deməməyin üçün...
Hər dəfə də doluxsundum...ağlamaq istədim...
Ağlamadım...
Artıq heçnə istəmirəm,olmayacağını bildiyim üçün.
Hönkürüb ağlamaq istədim,ürəyimi boşaltmaq üçün...
Ağlamadım...
Həmişəlik ürəyimdə olduğunu bildiyim üçün !!!
Ağlamadım...
Printable View
-
09-25-2009, 06:17 PMje_demeureAğlamadım...
-
09-25-2009, 07:29 PMLive_Your_LifeRe: Ağlamadım...
super ela men hele heyatımda ilk defediki 1 şeirden bu qeder tesirlendim ellerin dert görmesin yazdığın üçün bu şeiride yazana eşq olsun ::yerivar::
-
09-25-2009, 07:44 PMje_demeureRe: Ağlamadım...coox sagol...beyenildiyine sevindim :wink:Alıntı:
Live_Your_Life Nickli Üyeden Alıntı
-
09-25-2009, 08:10 PMLenigmeRe: Ağlamadım...
::yerivar:: elaaaaa cox sag ol.
-
09-25-2009, 09:40 PMXeyallarimRe: Ağlamadım...
Hər dəfə də doluxsundum...ağlamaq istədim...
Ağlamadım...
cox saq ol tesekurler -
09-25-2009, 10:42 PMje_demeureRe: Ağlamadım...Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
Alıntı:
Lenigme Nickli Üyeden Alıntı
Deymez xosunuza geldiyine sevindim :wink: -
03-22-2010, 08:58 PMje_demeureRe: Ağlamadım...Alıntı:
je_demeure Nickli Üyeden Alıntı
:( Neler de yazmisam :) -
03-22-2010, 09:21 PMahu_56Re: Ağlamadım...
MARAQLIDI.TSK BIRDENEM :wink:
