Sevgi, Var-dovlet,muveffeqiyyet?
Bir qadın evdən çıxırdı ki, qapıda üç qocanın dayandığını gördü.
Qadin: “Sizi tanımıram, ancaq hiss edirəm ki, acsınız, bəlkə, evə gələsiniz”, - dedi. Qocalar qadından həyat yoldaşının evdə olub-olmadığını soruşdular. O da evdə heç kimin olmadığını dedi.
Qocalar: “Elə isə, biz sizin evinizə girə bilmərik”, - dedilər...
Axşam həyat yoldaşı evə gələndə qadın əhvalatı ona danışdı.
Yoldasi da: “Onlara evdə olduğumu de, qoy gəlsinlər”, - deyə cavab verdi. Qadın qapıya çıxdı və bayırda gözləyən qocaları evə dəvət etdi.
Ancaq qocalardan biri: “Biz bir yerə dəvət ediləndə hamımız getmirik”, - dedi. Bu söz qadını təəccübləndirdi.
Onun teeccublendiyini goren qoca: “Biz üç yoldaşıq. Birimizin adı Var-dövlət, birimizinki Müvəffəqiyyət, o birimizinki Sevgidir... İndi get yoldaşınla məsləhətləş. Hansımızı dəvət etmək istəyirsə, qoy bizə bildirsin”, - dedi. Qadın evə gələrək hər şeyi həyat yoldaşına danışdı.
Yoldas? cox sevindi ve: “Var-dövləti dəvət edək, qoy evimiz var-dövlətli olsun”, - dedi.
qadin ise : “Bəlkə, Müvəffəqiyyəti dəvət edək?” - deyə təklif etdi. Bu vaxt yan otaqdan onları dinləyən qızlarının səsi eşidildi.
Qiz: “Sevgini dəvət etsək, daha yaxşı olar. Onda evimiz sevgi ilə dolar”, - dedi.
Heyat yoldasi: “Məncə, qızımızın fikri daha yaxşıdır”, - deyərək qadına Sevgini evə çağırmağı tapşırdı. Qadın qapıya çıxdı və Sevgini evə dəvət etdi. Sevgi qalxdı. Evə yaxınlaşanda o biri dostları da onun arxasınca gəlməyə başladılar.
Qadin teeccuble: “Mən ancaq Sevgini dəvət etmişdim”, - dedi.
Sevgi ise cavab verdi: “Əgər siz Var-dövləti və ya Müvəffəqiyyəti dəvət etsəydiniz, onda ikimiz gəlməyəcəkdik. Ancaq siz məni dəvət etdiniz. Harada Sevgi varsa, orada Var-dövlət də, Müvəffəqiyyət də var”...
Sevgi, Var-dövlət, Müvəffəqiyyət
Printable View
-
09-22-2009, 08:24 PMLenigmeSevgi, Var-dövlət, Müvəffəqiyyət
-
09-22-2009, 11:29 PMxeyallarinRe: Sevgi, Var-dövlət, Müvəffəqiyyət
mene qalsa men muveffeqiyyeti devet ederdim
-
09-23-2009, 08:11 PMXeyallarimRe: Sevgi, Var-dövlət, Müvəffəqiyyət
men yene de oz fikrimde qaliram esas odur ki istediyin sahede uqur qazanasan muveffeqiyyet elde edesen ,sevgi de , pul da ondan sonra ozu seni tapacaq
-
09-24-2009, 09:49 AMGLAMOURKARe: Sevgi, Var-dövlət, Müvəffəqiyyəttam raziyam.Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
09-29-2009, 08:43 PMSENLI_DUNYAMRe: Sevgi, Var-dövlət, Müvəffəqiyyət
MENDE SEVGINI DEVET EDERDIM.SEVGI VARSA O EVDE HORMETDE ,DOVLETDE.MUVEFFEQIYYETDE OLACAQ
