Sənin haqqında danışmağımı istəsəydilər
Sənin haqqında danışmağı istəsəydilər bir ömür danışardım, amma yenədə bitməzdi.Sənin hər telini anlatmaq üçün bir ömür lazımdır.Suzmazdım bir dəqiqə səni anlatmaq üçün.Sıxardım bütün nəfəsimi, danışardım boğulana qədər.
Desəydilər yaz onu:
Yazardım ən gözəl şeirləri, bütün sevgi hekayələrini.Yazardım şairlərin şeirlərində həmişə yazmaq istədikləri o mələyi. Yazardım onu barmağlarım yox olana qədər, yazardım onu vərəqlər bitənə qədər, yazardım onu dənizlərə, okeyanlara.Yazardim onu, dağlara, buludlara. Yazardım onu dəlicəsinə sevən bu ürəyimə.Yazardım səni günəşə, heç kim silə bilməsin deyənə. Yazardım səni damarımda axan qanımla, qoy bilsinlər sən mənim qanımdasan.
Desəydilər şəklini çək onun:
Çəkərdim bir dünya şəkli, çünki o mənim dünyamdır.Sonra dünyanın bütün güllərini çəkərdim, deyərdim bax bütün bu güllərdə olan gözəllik ondadır, mənim gülümdə.Çekərdim mələklərin şəklini, deyərdim bax o bu mələklərdəndə gözəldir. Çəkərdim səni dünyada bütün rənglər bitənə dək, çünki bütün gözəlliklər səndə öz əksini tapır.Çəkərdim ulduzları, səndə onlar kimi parlaq və əl-çatmazsan.
Desəydilər kimdir O ?
O deyərdim, bəli bəli O, səhərlərə qədər məni onun haqqında düşünməyə vadar edən O.Bir əlimə günəşi, bir əlimədə ayı versələrdə yenədə ondan imtina edə bilməyəcəyim O. Qışın dondurucu soyuğunda məni günəş kimi isidən O. Bahar çiçəyi kimi ətir saçan, qışda yağan və bütün çirkinliklərin üzərini örtən o pak qardır O. Mənə dünyanın bütün gözəlliklərini göstərən O. Hər aldığım nəfəsdə, hər atdığım addımda, hər gülüşümdə, hər sevincimdə onun olduğunu anladığım O. Yanımda olanda belə darıxdığım, getdiyində ayaqlarını basdığı hər yerə qısqandığım O.
Bəli Bəli O. İndi bu dəqiqə yazdıqlarımı oxuyan SƏN !!! seni cox sevirem
Sənin haqqında danışmağımı istəsəydilər
Printable View
-
09-04-2009, 08:00 PMyo_adiosSənin haqqında danışmağımı istəsəydilər
-
09-04-2009, 09:48 PMkombat80Re: Sənin haqqında danışmağımı istəsəydilər
Yazini ilk men oxudum :D
-
09-04-2009, 09:56 PMje_demeureRe: Sənin haqqında danışmağımı istəsəydilər:mad: pahhh .ilk reyi siz yazmisiniz.Sizden de evvel oxuyan var :mad:Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
09-04-2009, 10:16 PMkombat80Re: Sənin haqqında danışmağımı istəsəydilərPaxil :pah:Alıntı:
je_demeure Nickli Üyeden Alıntı
-
09-04-2009, 10:40 PMje_demeureRe: Sənin haqqında danışmağımı istəsəydilərmen??? 8O paxil??? 8O :pah:Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
09-05-2009, 01:50 AMdalgalarRe: Sənin haqqında danışmağımı istəsəydilər
gozel yazilardi. belkede siz bu yazilari hansisa sayitdan goturub yazmisiniz amma men bunlari her an dusunurem...
-
09-05-2009, 02:19 AMyo_adiosRe: Sənin haqqında danışmağımı istəsəydiləreceb etdin oxudun :DAlıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
09-05-2009, 02:22 AMNuriyeVRe: Sənin haqqında danışmağımı istəsəydiləryavaş yavaş qan edir bu qız :DAlıntı:
yo_adios Nickli Üyeden Alıntı
-
09-05-2009, 09:33 AMDamla1Re: Sənin haqqında danışmağımı istəsəydilər
Gözel sözlerdi.Amma bele gözel söz deyenlerin coxu o qeder cox sevmirler .Yeni boğazdan yuxari deyilir coxusu.Sadece demeyi bacarırlar sevmeyi yox. Esebleşme :D bu menim fikrimdi.Belke sen bele deyilsen :cool:
-
09-06-2009, 01:24 AMyo_adiosRe: Sənin haqqında danışmağımı istəsəydilər:wink:Alıntı:
yo_adios Nickli Üyeden Alıntı
