. . .SEVDINSƏ. . .
Sevdinsə…Beş il,on beş il nədir,
Bütün ömrün boyu gözləyəcəksən.
Nə boyda zülm etsə sevgili sənə,
Sevdinsə…"hər zülmə döz",- deyəcəksən.
Sevdinsə… Kölgəyə dönüb hər zaman
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə…qəm içib,dərd udacaqsan,
Onu unutmağı unudacaqsan.
Zərərin xeyirdir, xeyirin zərər,
Sevdinsə…Günahın içində haqsan.
Onu unutmağa çalişsan,əgər.
Sən özün özünü unudacaqsan.
Sevdinsə…qanqalı gül biləcəksən.
Hər əsən yarpağa kövrələcəksən.
Sevdinsə…nə dünən, nə də bu günsən,
Sevdinsə…həmişə sən gələcəksən.
Sevdinsə…bir ömrün ilk sabahısan,
Dünyanın ən böyük xeyirxahısan.
Sevdinsə...
Printable View
-
08-31-2009, 10:03 PMNuriyeVSevdinsə...
-
08-31-2009, 10:22 PMSindyRe: Sevdinsə...
hemise sevin,sevilin. ureyinde sevgi hissi olmayan insan yasamir demekdir.
-
08-31-2009, 10:34 PMNuriyeVRe: Sevdinsə...
onda men yaşamıram demekki...
-
08-31-2009, 10:43 PMSindyRe: Sevdinsə...
ola bilmezki,qelbinizde neyese qarsi sevgi olmasin.sevgi tek qarsi cinse olan sevgi deyilki, ailene qarsi,dostuna qarsi, vetenine qarsi,senetine qarsi. heyata qarsi, ve s eger bunlarin hec biri yoxdursa,hemekki heqiqeten aysamirsiz,ama inanmiram ele bir insan olsun.
-
09-01-2009, 01:21 AMQuickHappyRe: Sevdinsə...
Can can can əziyyət çəkirsən sevginnən...üzülmə buda gəlib keçər...hər şeyin sonu oldugumu kimi sevginin də sonu vardır...
-
09-01-2009, 01:31 AMNuriyeVRe: Sevdinsə...sen güya indi teselli verirsen?Alıntı:
QuickHappy Nickli Üyeden Alıntı
-
09-03-2009, 01:43 AMXeyallarimRe: Sevdinsə...
insani yasadan sevgidir ,cox gozel hisdir sevib sevilmek ,kas her kese nesib olsun AMIN
-
09-03-2009, 12:44 PMQuickHappyRe: Sevdinsə...Yox..Alıntı:
NuriyeV Nickli Üyeden Alıntı
-
09-03-2009, 12:59 PMNuriyeVRe: Sevdinsə...okAlıntı:
QuickHappy Nickli Üyeden Alıntı
