Həsrətin alov alov yandığı saatlar bunlar. Gün çəkilir, ay parlayır. Haydı, gələcəksənsə indi gəl. Ümidinlə, ürəyinlə, sevdanla gəl, yıx qaranlığımı. Həyata dair pis olan nə varsa yıx onları, məni yeni ümidlərə sürü. Aşan ən tündünə, ən ehtiraslısına apar məni.
Min ildir gözləyir kimiyəm səni. Min ildir qaranlıq bir otaqda tək başıma otururam sanki. Kim girib çıxmışsa həyatıma, kim talan etmişsə ürəyimi hamısını silmək üçün gəl. Bir tək sən qal içimdə. Səni bilim bundan sonra. Sevdan çatsın mənə. Sənin eşqinlə yaşamaq istəyirəm artıq, elə isə gəl, gözləmə gəl.
Səninlə olmaq, səni duymaq səni görmək, səni anlamaq, səni yaşamaq tərifsiz sevinclər yaradacaq içimdə bilirəm. Bu üzdən səslənirəm sənə. Budaqlarımdakı qurumuş yarpaqları tək-tək təmizləmək istəyirəm artıq. Gəlişinlə yenidən yaşıllaşmaq, yeni yarpaqlar açmaq istəyirəm. İstər xəbər ver, istər vermə; amma gəl gözləyirəm.
Bakını küçə küçə keçib gəl. Hər küçədə öz icazəsini görəcəksən, çaşma. Hara getdimsə səni də apardım yox idin; amma, yanımda idin. Həmişə ürəyimdə həmişə ağılımda idin. Gəl, bu şəhərin tarixinə ən ölümsüz sevdanı yazaq. Nə qədər eşqə məzar olmuş Bakı, bu dəfə qəbul etsin uduzdugunu.
Qorxma gəl, başqalarında gördüyün xəyanətlər, ikiüzlülüklər, bitmək bilməyən ağrılar yox məndə. İlk dəfə burax özünü qayğısız tərəfindən. Sabahı düşünmeden,a sonra'demeden gəl. Xilas ol səni qucaqlayan məhbusluqlardan, sənə yazdığım, səni yazdığım şeirləri oxumaq üçün gəl.
Bax, günlər mənasızca keçib gedir. Halbuki ömür dediyin şey üç gündəlik. Birlikdə və sevərək istehlak etmək varkən günləri, belə tünd qaranlıqda qalmaq niyə? Gəl haydı, sənsiz keçən günlərə bir yenisini daha əlavə etmək istəmirəm. Həsrət yanır alov alov. Həsrətin atəşini söndürüb aşan atəşini yandırmağa gəl. Gözləmə artıq, gələcəksənsə indi gəl. GƏL Kİ. ..
GəL...
Printable View
-
07-12-2009, 11:37 AMsus-qunGəL...
-
07-12-2009, 11:51 AMXeyallarimRe: GəL...
Sevgi ele bir hissdir ki , calisa insan onu omur boyu yasamaya , sevdise onu hec bir seyle unuda bilmir . Men seni tam basa dusurem . Ona gorede sene bir seyi tovsuye ede bilerem ,YALVARMA , gedibse o geri donmeyecek .Sen ise qaldigin yerden yasamaga davam ele onsuz tek , tenha . Inan mene heyat o qeder gozeldir ki , etrafda o qeder gozel seyler var ki ,bunlar ucun .
-
07-12-2009, 01:01 PMGLAMOURKARe: GəL...
Qorxma gəl, başqalarında gördüyün xəyanətlər, ikiüzlülüklər, bitmək bilməyən ağrılar yox məndə. İlk dəfə burax özünü qayğısız tərəfindən. Sabahı düşünmeden,a sonra'demeden gəl. Xilas ol səni qucaqlayan məhbusluqlardan, sənə yazdığım, səni yazdığım şeirləri oxumaq üçün gəl.
:alqis: -
07-12-2009, 06:21 PMXeyallarimRe: GəL...:cool:Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
07-12-2009, 06:23 PMGLAMOURKARe: GəL...boyy ne oldu?????movzudan bir parca gorurdum.ozum yazmadimki ele baxma. :ceeAlıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
07-12-2009, 06:28 PMXeyallarimRe: GəL...Onda bele :D :D razi qaldin ? :DAlıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
07-12-2009, 06:40 PMalenaRe: GəL...Gelki bu esqin yeniden yandirsin ureyimi ,gelki nefesinle isidesen meni,gelki gozlerim yolda qalmasin artiq sev meni evvelki kimi,gelki ezizim ureyimde solmasin sevgin,gelki,gozlerim seni gorsun,hesretin daha cox aci vermesin qelbime,gel bir daha ayrilmamaq sertile,gelki seni hiss edim yanimda ,gelki yanginin qalmasin icimde,hesretin qalmasin konlumde,butun gunlerim seninle dolu olsun deye,gel ezizim gel elim ellerine toxunsun deye :meyus:Alıntı:
sus-qun Nickli Üyeden Alıntı
-
07-12-2009, 06:41 PMGLAMOURKARe: GəL...aglama meni de agladacaqsan. :cry:Alıntı:
alena Nickli Üyeden Alıntı
-
07-12-2009, 07:28 PMkombat80Re: GəL...
:aferin:
