Xəyalımdan da çıx daha
Necəki özün getmisən
Xəyalımdan da çıx daha
Məni divanə etmisən
Xəyalımdan da çıx daha
Bir bilsəydin sevdim necə
Həsrət çəkdim gündüz gecə
Məni sözüb sən sakitcə
Xəyalımdan da çıx daha
Boylanıb röyamda yenə
Gülmə saçımdakı dənə
Yalvarıram gülüm sənə
Xəyalımdan da çıx daha
Sənsiz günlər gedir bada
Tənhayam bu gen dünyada
Ya sən məni öldür yada
Xəyalımdan da çıx daha