Eh sənə nə var ki?
Mən səni gec tapıb, itirəcəyəm
Özümdə bilmirəm nəçisən, kimsən?
Bəlkə bir xəyalsan gözəgörünməz,
Bəs, onda qəlbimə necə gimisən?
Sevirəm söylədin sükut içində,
Deyirəm yuxuymuş bəlkə o anlar.
Səhəri həsrətlə gözləyirəm ki,
Açım gözlərimi-yuxum çin olar.
Dodağı çatlamış susuz torpağam
Üstümə ələnməz yağış olmusan
Gələndə min istək, min arzu idin
Gedəndə bilmədin günah olmusan.
Sən məni duymadın duya bilmədin
Bəlkə də bilmədin məhəbbət nədir?
Mənim ünvanıma dediyin yalan
Məni unutmağa bir bəhanədir.
Məni xatırlayib, düşünüb hərdən,
Bilirəm qəhərdən boğulacaqsan.
Eh sənə nə var ki günəş kimisən
Kiminsə bəxtində doğulacaqsan.
Eh sənə nə var ki?
Printable View
-
09-25-2008, 08:34 PMvusal_21Eh sənə nə var ki?
-
05-16-2009, 10:55 AMXeyallarimRe: Eh sənə nə var ki?
Eh dogrudanda sene ne var ki ?
