Həsrət
Göz yaşları həsrət dolu qəlblərə tökülən iztirab damlalarıdır. Həsrət hicranla yanan ruhun sızıltısıdır. Ona nə dil, nə də parlaq ifadələr tərcüman ola bilər. Onu bütün hərarəti ilə ancaq həssas könüllər hiss edə bilər.
Həsrət dalğaları hiss dolu könüllərin sahilini insafsızcasına döyər və hər dəfə ruhdan bir parça qoparıb, yeni həmləyə hazırlaşar. İradəsi güclü olanlar polad ruhları ilə müqavimət göstərsələr də, zəif iradəlilər yavaş-yavaş əriyib gedərlər.
Bir də, könül vermək üçün həqiqi “məhbub” tapa bilməyən, ağlı və ruhu ilə fani “məhbub”lara aşiq olan ruhlar var. Əgər onlar bilsəydilər ki, heç bir fani “məhbub”a könül verməyə dəyməz və hər “şəfəq”dən sonra “qürub” başlayır, o vaxt “Leyli” deyib arxasınca qaçdıqları ilğımlardan əl çəkər, “Mövla” deyib, könüllərini həqiqət mehləri ilə doldurardılar...
Göz yaşları həsrətin ən gözəl tərcümanıdır. Üfüqün arxasındakı “məhbub” üçün göz yaşı tökən həsrət dolu gözlər dərin bir kədərlə hicrana qərq olar.
Həsrət
Printable View
-
05-16-2008, 02:32 AMElifHəsrət
-
05-18-2008, 01:29 AMSecde
Bu gün fikirləşdim ki, həsrət çəkməyim. Həsrət sızıltıların azaldım könlümdə. Nə deyim ay Elif! dilləndirdin həsrətimi yenidən.
Həsrətindəyəm
İllər xəstəsiyəm sənin eşqindən,
Sənin hicrindən və gözlərindən.
Aylar keçsə də, vaxtım ötsə də,
Yenə də sənin həsrətindəyəm.
Həmdəm-xəyal olub uçsam göylərdə
Səhnəyə çıxıb oxusam yenə
Kimnənsə gülüb danışsam belə
Onsuz da sənin həsrətindəyəm.
Gözümün yaşı sel kimi axsa,
Ürəyimin içi gül kimi solsa
Ömrümün fəsli sona çatsa da
Bil ki sənin həsrətindəyəm.
Həsrətin
Çətindir uzaqda yaşamaq sənsiz
Həsrətin qəlbimi yandırır gülüm.
Baxıram şəklinə səssiz-səmirsiz
Sənsizlik hər zaman çəkdirir zülüm
Səni unutmağa gücüm yetmədi
Xəyalın yuxumdan çıxıb getmədi
Mən səni itirdim sevgim itmədi
Belə yaşamaqdan yaxşıdır ölüm!
Qəlbləri dindirən segahdı həsrət. Yollarda qalmış gözlərdi həsrət. Qəlbimə köklənmiş intizrdı həsrət. Məni məndən almış sevgidir həsrət. Dilə gətirə bilmədiyim duyğularımın meyvəsidir həsrət. -
05-25-2008, 10:44 PMSindy
Hesret ne qeder uzun olsa ,vusal bir o qeder sirindir... esasi odurki hesretin sonunda qovusmaq dura....
-
05-27-2008, 01:53 PMtenha_urek
həsrət varsa vüsalda var
-
06-01-2008, 05:07 PMdoktorTçox haklısın :wink: :aferin:Alıntı:
Sindy Nickli Üyeden Alıntı
-
06-04-2008, 10:26 AMmeet
Hasret içimde dinmeyen bir yaradır.
Kalbe saplanmış bir bıçak gibi her ah ettiğinde biraz daha derinleşen bir sızıdır. -
02-09-2010, 03:48 PMKralica_Re: Həsrət
Məni həsrət öldürüb...
Meni hesret oldurub
duygularin ozunde
arzular donub qalib
sene hesret gozumde
yasamaq istemedim sensizliyin qoynunda
goz yasina cevrildim ayriligin yolunda
meni hesret oldurub
indi ozun qoruyub,
oz elinle ruhumu
buludlara buruyub
Semanin goz yasiyla asimana tapsir sen
bu deli mehebbeti
qelbimde apardigim
son gumana tapsir sen
Meni hesret oldurub
Ciceklerin ruhu yox
Ruhumun mezarina duygulari getir sen
menim ondan duydugum gul qoxulu etir sen
meni hesret oldurub
Sevgi omru yasa sen
Sene ehsen deyirem
axi nece bacardin
senin ile doyunen bu divane ureyi
cevirmedin dasa sen
Meni hesret oldurub
Son ana yetismedin
Ureyimde o gizli
Sevgimle gorusmedin
Indi bir ruh heykelin onune geleceksen
Belke bu gunden sonra seklimi seveceksen... -
02-10-2010, 08:13 PMje_demeureGözlərimdəki yazı
[
İtirdim...
Ağlamadım yoxluğuna...
Fikrim daş dəymiş pəncərə şüşəsi...
Nə günəşi şahid çağırdım, nə ulduzları
Bu çılpaq həqiqəti görmək üçün.
Gecələr səni yuxumda gördüm,
Balıncımı da çevirmədim yuxuna girmək üçün.
Demirəm nağıl qədər uzaqdasan, əbədi bir gecənin sakiniyəm.
Demirəm bu görkəmdə fanarları sındırılmış avtomobil kimiyəm.
Belə olsa nə vardı,
Gözlərim olmasa da, əllərim səni tapardı.
Yolları bir yumaq kimi yığardım əllərimə,
Dağıdardım qatarların sırasını, çatardım əllərinin həsrətinə.
Elə səni axtarmaq olardı peşəm,
Gözlərimdən su çilərdim yollara,
Bir də nəğmə oxuyardım:
~~Küçələrə su səpmişəm...~~
Demirəm sənsizlik yolları kəsib.
Yox!
Bir bax gözlərimə,
Bircə kəlmə söz yazılıb:
~~Təəssüf!~~ -
02-10-2010, 09:09 PMRuzgar_GuluRe: Həsrət
Hasret
Hasret mi yüreğime çöken seni görmeden önce
Kol kola girmişçesine rüzgârla güneş
Bir saç teli kadar ince sızlıyor içim
Hasret ki benim karanlığımda
Erircesine demir kıvamında
Erircesine ömrümce
Rüyalar kâbus derinliklerinde
Daralınca göğüs kafesim
Sıkarcasına boğazımı
Hasret en büyük işkence
Hasret esen rüzgar yağan yağmur
Hasret kar boran
Hasret siyah beyaz bir resim
Hasret bir çift göz derinliklerinde kaybolan
Büyük okyanus
Hasret nefes
Hasret ben
Tükendikçe ömrüm karanlık gecelerde
Hasret sen karagözlüm hasret sen
-
02-11-2010, 10:20 AMsuzi333Re: Həsrət
[
Sevdinse…Bes il, on bes il nedir,
Butun omrun boyu gozleyeceksen.
Ne boyda zulm etse sevgili sene,
Sevdinse…"her zulme doz",- deyeceksen.
Sevdinse… Kolgeye donub her zaman
Sen onu her yerde izleyeceksen.
Sevdinse…qem icib, derd udacaqsan,
Onu unutmagi unutacaqsan.
Zererin xeyirdir, xeyirin zerer,
Sevdinse…Gunahin icinde heqsan.
Onu unutmaga calissan, eger.
Sen ozun ozunu unudacaqsan.
Sevdinse…qanqali gul bileceksen.
Her esen yarpaga kovreleceksen.
Sevdinse…ne dunen, ne de bu gunsen,
Sevdinse…hemise sen geleceksen.
Sevdinse…bir omrun ilk sabahisan,
Dunyanin en boyuk xeyirxahisan.
Bextiyar Vahabzade
-
02-13-2010, 02:56 AMdalgalarRe: Həsrət
SƏN MƏNƏ LAZIMSAN
Sən mənə lazımsan sutək, havatək.
Sən mənə lazımsan öz canım qədər.
Səni arzulayır sinəmdə ürək,
Bu böyük həsrəti duymursan məgər?
Qəmli günlərimdə lazımsan mənə
Qovasan qəlbimin kədərini sən.
Xoşbəxt günlərimdə lazımsan yenə
Böyük sevincimi yarı böləsən.
Kef üçün, zövq üçün, nəşəçün deyil,
Xəstəyə dərmantək mənə gərəksən.
Həyatın yolları tufanlıdır bil,
Ona gərmək üçün sinə gərəksən.
Sən ümid, təsəlli, sən şirin arzu,
Sən ömür yelkəni dumanda, çəndə!
Bir az yaxşı düşün, gülüm doğrusu,
Sənə bunlar üçün lazımam mən də!
-
02-13-2010, 09:41 AMDamla1Re: Həsrət
Ümidsiz sabah
Gözlərimə kədər tək yazılmısan sevgilim
İllərim tənhadı sevincim baha
Ömrümü ağrılar sarıb bax yaman
Ümidsiz gedirəm üzü sabaha
Sabahlar hey sənsiz qüssəli keçər
Qəlbimi yandırıb ayrılıq biçər
Eşqim bal yerinə bil zəhər içər
Ümidsiz gedirəm üzü sabaha
Gözlərəm ömrümün son anınacan
Mənəm bu dünyada dalınca qaçan
Sən məni sevərsən de görüm haçan
Ümidsiz gedirəm üzü sabaha
Sənli həyat arzusu
Fərhadı bezdirən dağlara sordum
Mənidə bezdirə bilərsənmi sən
Ağlasam ey gözəl mən həsrətinlə
Gözümün yaşını silərsənmi sən
Sən mənə get dedin ölümə bərabər
Mənimlə bir yerdə ölərsənmi sən
Sən ölmə, sən yaşa, can verirəm mən
Mən ölsəm qəbrimə gələrsənmi sən
Həmişə mənimlə acı danışdın
Bir dəfə üzümə gülərsənmi sən
Danışıb bir azda üz-üzə baxıb
Dərdini mənimlə bölərsənmi sən
