Bu gün gözəl bir gün olsun...
Bu gün kiçik möcüzələr günü olsun...
Bu gün kiçik möcüzələr günü olsun...
Sadə, gözəl...
Ancaq sənin olsun...
Günəş ancaq sənin üçün doğsun, ancaq sənin üçün işıq saçsın...
İkram edilən təzə dəmlənmiş bir stəkan çay,
Yaxud da misk qoxulu bir fincan qəhvə,
Ancaq sənin üçün dəmlənsin...
Köhnə dostlardan birinin gözləmədiyin bir telefon zəngi...
Gördüyün ən gözəl yuxu bu gün çin olsun...
Evə, işə və ya hər hansı bir yerə gedərkən bütün yol boyu sfetoforlarda yanan yaşıl işıq...
Bu gün içində kiçik sevinclərin olduğu, həm də bol olduğu bir gün olsun...
Hər şey üzünü gülümsəsin...
Sən də gülümsə...
Buxarlanmaqda davam edən bir stəkan çay arxasında səni gözləyən bir dost... Bir yar... Bir sirdaş... Bir sevgili... Hətta yoldan ötən bir insan...
Sırf sənə ayrılan zaman...
Radionu açdığında ən xoşladığın mahnı efirdədir və sən də özündən asılı olmayan gizli səslə o mahnını zümzümə edərək təkrarlayırsan...
Bu gün geyindiyin paltar sənə hər zamankından daha çox yaraşır...
Çünki sən o paltarı ən çox sevdiyin insanı qarşılamaq üçün geyinmisən...
Sənə uzanmış bir ədəd qızıl gül...
Sevginin ifadəsi...
Təbəssüm, xoşbəxtlik, rifah, səmimiyyət, rahatlıq və ...
Dolu bir gün olsun...
Xoşbəxtliyin günü olsun bu gün...
Allahın hər zaman sənin yanında olduğunu hiss edə bilmək...
Bu duyğu ilə yaşamaq...
Çox xoş və səmimi duyğularla sənə uzadılan bir əl...
İnan ki, sən bunlara layiqsən...
Deyirlər ki: “Özəl bir insanla rastlaşmaq, bəlkə, bir an,
Onun özəl biri olduğunu anlamaq, bəlkə, bir saat,
O özəl birini sevməksə, bəlkə, bir gün davam edə bilər.
Ancaq o insan bir ömür boyu unudulmaz...”
Unudulmamağın yolu unutmamaqdan keçir...
Dostlarınıza və sevdiklərinizə zaman ayırın,
Onlara zəng edin, hal-əhval tutun.
Çünki sizin gözlədiyiniz zəngi onlar da gözləmiş ola bilərlər.
Və böyük ehtimal ki, gözləyirlər...
Bəlkə, indi onlar da bu günün sənin istədiyin kimi keçməsini istəyirlər...
Başqasına verdiyin dəyər, əslində, özünə verdiyin dəyərdir...
Niyə gözləyirsən?...
Natiq Pənahlı