Müasir gənclər ünsiyyət qurmaqda çox vaxt çətinlik çəkirlər. İnternet vasitəsilə tanışlıq əsasən, real həyatda ünsiyyət qurmağa vaxtı və cəsarəti olmayanları öz imkanları ilə cəlb edir. Təcrübə göstərir ki, internetdə ünsiyyət çox rahat keçir. Ancaq bunun əyləncə, yoxsa əsl hisslər olduğunu necə təyin etmək olar? Bunu bilmək çox asandır: əgər daim fikrinizdə onun sizə yazdığı ifadələr dolaşırsa, mail-ini gördükdə ürəyiniz tez-tez döyünürsə - bu elə virtual sevgi deməkdir. "Aysel" gənclərin, həmçinin orta yaşlı insanların da müraciət etdiyi virtual sevginin müsbət və mənfi tərəflərini sadalayır.
1. İnternetdə 90-60-90 bədən ölçülərinə malik olmağınız, boyunuzun 170 sm-ə çatması vacib deyil.
2. Məhz burada siz öz ağlınızı və yumor hissinizi səhv başa düşülməkdən qorxmadan göstərə və sizə mənən yaxın olan insanı tapa bilərsiniz.
3. Şəbəkədə öz tələblərinizi və istəklərinizi açıq-aydın bildirə, deməli ünsiyyətdə olduğunuz adamdan nə gözlədiyinizi gizlətmədən açıqlaya bilərsiniz.
4. Onunla istənilən mövzunu on-line müzakirə edə, istədiyinizi deyə bilərsiniz, bununla belə, onun üçün sirr olaraq qala da bilərsiniz.
5. Hətta öz şahzadənizi tapmasanız belə, real həyata da keçirə biləcəyiniz çoxlu yeni dostlar qazanmış olacaqsınız.
6. Ən əsası - əgər sizə virtual görüş təyin ediblərsə, əyninizdə köhnə paltarın və ya saçlarınızda kəpəyin olmasının dərdini çəkməyəcəksiniz. Sadəcə, ayaq altında qalıb tapdalanmış kedləri və köhnə idman köynəyinizi geyinib klaviaturada necə cazibədar və valehedici olduğunuzu yaza bilərsiniz.
7. Əvvəllər ünsiyyət yalnız quru yazılarla kifayətlənirdisə, indi mikrofon və veb kamera sayəsində həmsöhbətinizi həm eşidə, həm də görə bilərsiniz. Bu, az da olsa, real ünsiyyəti əvəz edir.
Ve En Sonda Virtual sevginin ən üstün cəhəti Səni xarici görünüşünə görə yox, məhz özünü sevirlər
Virtual Sevgi
Printable View
-
07-14-2010, 08:18 PM_SeDRiK_Virtual Sevgi
-
07-14-2010, 08:29 PMnauthly_girlRe: Virtual Sevgi
Ve En Sonda Virtual sevginin ən üstün cəhəti Səni xarici görünüşünə görə yox, məhz özünü sevirlər
Sevirlər deyəndə gülməli gəlir, yəni burda sevgidən söhbət açmaq olar ki?!Boş-boş şeylərdi, hamisi insan aldadici, amma əyləncə kimi pis deyil net aləmi, başqa şeylərə görə isə fikrim mənfidi...Kreslodan durdunsa başla öz həyatina, virtualdaki isə kvadrat formasinda olan komputerində qalacaq... :D -
07-14-2010, 08:37 PMTutu20Re: Virtual Sevgi
Niyede yox,tanidigim iki genc virtualda tanish olub,reallashdirib,evlendiler.Allah xoshbext elesin.
[
[ -
07-15-2010, 11:55 AMSolidatRe: Virtual SevgiSekillerin yeri var Tutu xanim.Alqislar:)Alıntı:
Tutu20 Nickli Üyeden Alıntı
-
07-15-2010, 01:34 PM_SeDRiK_Re: Virtual Sevgi:alqis: :alqis: :alqis:Alıntı:
nauthly_girl Nickli Üyeden Alıntı
-
07-15-2010, 07:44 PMKralica_Re: Virtual Sevgi
Sevginin məkanı,mühiti olmaz,o istədiyi zaman gəlir,bizə xəbər etməz.Ümumiyyətlə hər bir insanın virtual sevgiyə inanmama haqqı var. Amma fikrində ciddi olanlar, sözü bütöv olan insanlar, bu sevgini reallıqdan əsirgəmir.Əvvəl kimsə tapırdı o qızı, görüşdürürdü, valideyinlərinin sənə göstərdiyi şəkil ilə v.s..Sadece sevginin birinci simptomu ele baglantinin ozudur.Bir insan obirisine baglanmasa,oyreshmese onda sevgi de olmaz.
-
07-15-2010, 09:37 PM_SeDRiK_Re: Virtual Sevgi:alqis: :alqis:Alıntı:
Kralica_ Nickli Üyeden Alıntı
-
07-15-2010, 10:45 PMXeyallarimRe: Virtual Sevgi
2. Məhz burada siz öz ağlınızı və yumor hissinizi səhv başa düşülməkdən qorxmadan göstərə və sizə mənən yaxın olan insanı tapa bilərsiniz.
::yerivar:: ::yerivar::
