[
Sən bir vaxtlar mənim idin yadındadırsa, mənim olanı mən özümdən də yaxşı tanıyıram!
Sən məni zərrə qədər unuda bilməyibsən, aldatma özünü!
Gecələr yatdığında, bizim mahnımız səslənəndə mən yadına düşürəm, əvvəl mənim üçün necə darıxırdınsa indi də darıxırsan, ağlamamaq üçün özünü, qürurunu güclə tutursan, ama tutma, çünki sən o qürurunu çoxdan itirmisən, odur ki, ağla, boşalt içindəkiləri doyunca, əvvəllər etdiyin kimi, aldatma özünü!
Mən səni görməsəm də, səndən xəbərim olmasa da, sənin məndən xəbərin var, gözünün qabağında xəyanət edirəm sənə, cəsarətin varsa gəl, gəl və məndən nifrət etdiyini de, məni sevmədiyini düşünüb, bunun keçici bir hiss olduğunu düşünüb aldatma özünü!
Gələ bilməzsən, bir kəlmə belə deyə bilməzsən mənə, çünki o cəsarəti aylar öncə aldım sədən, o haqqı aldım səndən, hələ də haqqın olduğunu düşünüb aldatma özünü!
Tut başqa əlləri, öp başqa dodaqları, qucaqla başqa birisini, ama gözünü yumub başqa birisinin əlini hər tutduğunda, onu hər öpdüyündə, onu hər qucaqladığında məni xəyal edirsən, məni düşünürsən... Aç gözlərini! Yaxşı-yaxşı bax! O mən deyiləm! Aldatma özünü!
Onadamı yalan deyirsən? Onudamı aldadırsan? Verdiyim suala bax, əlbəttə aldadırsan, əlbəttə ona da yalan deyirsən! Onadamı mənə dediyin kimi, sən mənim ilk sevdiyimsən demisən?! Əlbəttə demisən! Sən xoşbəxtliyin arxasıyca qaçırdın həmişə, ama yoluna çıxanları incidə-incidə, qıra-qıra! Bağışla ifadəmə görə, ama sən bu ağılla, bu yalanlarla xoşbəxt ola bilməyəcəksən, olmayacaqsan! Aldatma özünü!
Bu sözləri deməklə öz-özümü aldatdığımı düşünürsən? Yanılırsan! Onu bil ki, mən yalnız səni sevməklə aldatdım özümü..