[
Sevgimə layiq olmayan sən ahıma qurban olmağa alışarsan.
[
Xatirələr iz buraxır onu göz yaşları kimi silə bilməzsən!
[
Dağlara duman-duman həsrət çökər, dağlara göz yaşlarım yağmur olar, yollara könlümdə min yel əsər. Ağlama, ağlama sən göz bəbəyim, ağlama yalnız səni sevəcəyəm, unutma ölsəm belə dönəcəyəm.
[
Anladım ki, ağaclar torpağa acı verdikcə böyüyürlər. Sən də mənə acı verərək sevincli olacaqsan. Davam et, dəyər vermə deyilmişdi inanmamışdım. Səni vəfalı sandım əfv et.
[
Xəyal etməyi xəyallarda yaşamayınca, hər nəfəsdə hava kimi suyu da içmədikcə səni necə sevdiyimi bilməzsən.
[
Bir gün bu köşədə səssiz sədasız hönkür-hönkür ağlayıb bu lənət qədərimə qarşı çıxıb, Tanrıya son dəfə yalvaracam. Gözəl gözlərin gələcək ağlıma, solub gedəcəyəm ən gözəl çağımda, sənsizlik məni çağırdığında, boş sədalara hayqırdığında, artıq burada olmayacağam.
[
Nə geri dönəcək yolun olacaq nədə tutunacaq arxan qalacaq. Qorxuram peşmanlıq sonun olacaq yalnız qalacaqsan. Günlərin birində peşman olacaqsan.
[
Bəlkə də əbəs yerə yazıram. Bəlkə də əbəs yerə səni narahat edirəm. Məqsədim bu deyil mən sadəcə səni unutmadığımı xatırlatmaq istəyirəm.
[
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!
[
Hər xatırlayış əvvəlində unutmağı saxlar. Mən səni bir an olsun belə unutmadım.
[
Əlvida birdənəm səninlə öyrəndiyim və səninlə daddığım bütün gözəlliklər üçün sağol. Ağlamağı sevməyi gözləməyi həyatı sənlə tapdım, amma səni anlamımı itirdim.
[
Bir gün bağçana bax, islaq bir torpaq üzərində bir çiçək açacaq. Bu çiçəyin üzərində məni unutma yazacaq.
[
Vəfasız sanma unutdum səni. Sevən qəlbimi tərk edən sən peşmançılıq duyub, ürəyin sızlayıb yanarsa, haradasan deyə sorarsansa əgər, bil ki, həsrətin çölündə, sürgündəyəm mən!
[
Heç bir zaman çıxdığın qapını çırpma, günlərin birində dönmək istəyə bilərsən.
[
Mən səni sevməkdən deyil əfv etməkdən bezdim!
Həsrət və gözlənti
Printable View
-
06-02-2010, 10:45 PMAgLaYaN_BuLuDHəsrət və gözlənti
-
06-02-2010, 11:09 PMPOWER_RANGERSRe: Həsrət və gözlənti
Əməyə hörmət qadası
-
08-21-2010, 05:27 PMXeyallarimRe: Həsrət və gözlənti
Əlvida birdənəm səninlə öyrəndiyim və səninlə daddığım bütün gözəlliklər üçün sağol. Ağlamağı sevməyi gözləməyi həyatı sənlə tapdım, amma səni anlamımı itirdim.
tesekkler ::yerivar::
